20 İyun 2025 17:17
586
DÜNYA
A- A+
“ChatGPT” beyin aktivliyini aşağı salır

“ChatGPT” beyin aktivliyini aşağı salır


Amerikalı tədqiqatçılar qrupu neyron şəbəkələrdən istifadənin beyin fəaliyyəti və informasiya qavrama qabiliyyətində yaratdığı dəyişiklikləri əlaqələndirən ilk genişmiqyaslı araşdırmanı həyata keçirib. Nəticələr göstərir ki, “ChatGPT”nin köməyilə mətn yazıldıqda beynin aktivliyi nəzərəçarpacaq dərəcədə zəifləyir və yazılan məlumat daha çətin yadda qalır.

Təcrübədə 18-39 yaş arasında 54 nəfər iştirak edib. İngilis dili daşıyıcısı olan iştirakçılar peşəkar mətn yazarlığı təcrübəsinə malik olmayıblar. İştirakçılar 3 qrupa bölünüblər: Birinci qrup esse yazarkən “ChatGPT”dən istifadə edib, ikinci qrup yalnız “Google” axtarışından yararlanıb, üçüncü qrup isə tamamilə öz biliklərinə güvənib. Yazı mövzuları SAT imtahanlarına bənzər olub. Məsələn: “Uğur yalnız karyera ilə ölçülməlidirmi?” və ya “Uğursuzluğun dəyəri varmı?”.

Tədqiqatçılar beyin fəaliyyətini EEG vasitəsilə qeydə alıblar və bir sıra davranış testləri aparıblar. “ChatGPT”dən istifadə edən iştirakçılarda diqqət, işçi yaddaş və nəzarət funksiyalarına cavabdeh olan əsas beyin sahələrində neyron aktivliyi ən aşağı səviyyədə müşahidə olunub. EEG nəticələrində alfa və beta diapazonlarında aktivliyin azaldığı və beynin alın və təpə payları arasındakı əlaqənin zəiflədiyi qeydə alınıb. Eyni zamanda, neyron şəbəkədən istifadə etmədən yazı yazan iştirakçılar bütün sessiya boyunca beynin daha aktiv və davamlı işini nümayiş etdiriblər. “ChatGPT” ilə yazılan esselərdə daha çox şablon ifadələr, təkrarlanan anlayışlar və daha az müxtəlif sintaksis istifadə olunub. Sorğularda süni zəka qrupunun bir çox üzvü qeyd edib ki, yazdıqları mətni “özləri yazmış kimi” hiss etmirlər və nə yazdıqlarını dəqiq xatırlaya bilmirlər. “ChatGPT” yazı prosesini sadələşdirməyə həqiqətən kömək edir, lakin bunu beynin fəaliyyəti və uzunmüddətli yaddaş baxımından daha səthi şəkildə həyata keçirir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!