12 Sentyabr 2025 08:15
639
SİYASƏT
A- A+
Cənubi Qafqazda yaranan yeni reallıq bəzi qüvvələri narahat edir

Cənubi Qafqazda yaranan yeni reallıq bəzi qüvvələri narahat edir


Proseslər isə göstərir ki, onların bütün planları iflasa məhkumdur


Avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmalardan sonra demək olar ki, regionumuza sülh artıq gəlib. Vaşinqtona qədər olan dövrdə Ermənistan sülh müqaviləsinin şərtləri ilə razı olduğunu bildirsə də, əməli addımlar atmırdı. Belə ki, ölkəmiz tərəfindən Minsk qrupunun ləğv edilməsi ilə bağlı tələbi dəfələrlə  irəli sürməsinə baxmayaraq, Ermənistan bu məsələlərə konstruktiv yanaşmırdı. Amma Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in baş katibinə birgə müraciət ünvanladı. Artıq ATƏT-də bu məsələyə müsbət yanaşılıb, Minsk qrupu və onunla bağlı digər təsisatların ləğvi barədə qəbul edilib.

 Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün maneə yaradan əsas iki məsələdən biri həll olunub: "Sual oluna bilərdi ki, Minsk qrupunun ləğvi nəyə görə vacibdir və bu gün Ermənistanda sülhə mane olmaq istəyənlər bu məsələdən niyə bu qədər narahatdırlar? Bu sualın cavabını anlamaq üçün Minsk qrupunun yaradılmasının məqsədlərinə nəzər salmaq kifayətdir. Bu təsisat yaradılanda məqsəd keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin sülh yolu ilə həll edilməsi idi. Minsk qrupuna Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll olunması və BMT TŞ-nin 4 qətnaməsinin icra edilməsi üçün  mandat verilmişdi. Amma təəssüflər olsun ki, Minsk qrupu mandatına uyğun heç bir iş görmədi. Bu qrupun həmsədrləri regionumuza vaxtaşırı turist səfərləri edir və boş-boşuna danışıb çıxıb gedirdilər. Yəni əməli iş görüb münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində işğalçı tərəfə hər hansı bir təzyiq göstərmək mexanizmi üzərində işləmirdilər. Bunun da kökündə dayanan əsas məsələ Minsk qrupuna həmsədrlik edən dövlətlərin münaqişəyə  ikili standartlardan yanaşması idi".

Deputat qeyd edib ki,  həmsədrlər münaqişəni həll etməyə yox, dondurmağa və Azərbaycan xalqını mövcud status-kvo ilə razılaşdırmağa çalışırdılar. Amma dövlət başçımız bütün görüşlərdə və beynəlxalq platformalarda bəyan edirdi ki, münaqişə sülh yolu ilə həll olunmazsa, bunu hərb yolu ilə edəcəyik. Ermənistana dəstək olanlar Azərbaycanın öz gücü ilə torpaqlarını işğaldan azad edəcəyinə inana bilmirdilər. Nəticədə 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində bu məsələ öz həllini tapdı. Azərbaycanın şanlı ordusu 44 gündə Ermənistanın 30 ildə öz ordusu ətrafında formalaşdırdığı məğlubedilməz mifini darmadağın etdi. 

A.Badamov vurğulayıb ki, Azərbaycan münaqişəni qısa zaman kəsiyində həll etməklə regionda yeni reallıq yaradıb: "Torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan özünün suveren əraziləri ilə bağlı məsələni heç kimlə müzakirə etmək fikrində olmadığını və bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan etdi.  20 sentyabr 2023-cü ildə Qarbağda lokal xarakterli antiterror tədbirləri keçirməklə öz ərazisində erməni separatizminin kökünü kəsdi. Yəni Minsk qrupunun görəcəyi işi Azərbaycan özü gördü və Qarabağ münaqişəsi adında  problemi birdəfəlik həll etdi. 2022-ci ilin oktyabrında Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını bəyan etdi.  Bu o demək idi ki, Minsk qrupu de-fakto arxivə göndərildi. Təbii ki, de-yure ləğvi üçün ATƏT-ə birgə müraciət ünvanlanmalı idi.  Bu məsələni Ermənistan yubadırdı və nəhayət ki, Vaşinqtonda müraciətə imza ataraq ATƏT-ə göndərildi".  

Deputat Vaşinqtonda həm də sülh müqaviləsinin paraflandığını xatırladaraq deyib ki,  bu sənəd regionumuza sülhün gəlməsinin ilkin mərhələsidir. Sülh müqaviləsinin paraflanmasından sonra regionda reallıq yenidən dəyişib, belə ki, Ermənistan rəhbərliyi də sülh baxışlarını ortaya qoymağa başlayıb.  Çində ŞƏT sammiti çərçivəsində ölkə liderləri  heç bir vasitəçi olmadan ikitərəfli qaydada görüşərək sülh gündəliyini bir daha müzakirə etdilər. İki ölkə arasında yaranmış diplomatik kanallar vasitəsilə ikitərəfli danışıqlar aparılır. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yaradılmış hökumətlərarası komissiyanın görüşü keçirilərək məsələlər müzakirə olundu.  "Beləliklə, Vaşinqton razılaşmalarından sonra davamlı sülhə bir addım da yaxınlaşdıq. İndi isə yekun sülh müqaviləsinin imzalanması üçün maneə olaraq qalan yeganə məsələ Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddilarının çıxarılmasıdır. Ermənistanda yeni konstitusiyanın hazırlandığı ilə bağlı xəbərlər eşidirik. Amma bununla belə, regiona sülhün gəlməsini istəməyən qüvvələr Ermənistanda revanşistləri və radikal müxalifəti qızışdırır, ictimai-siyasi gərginlik yaratmağa çalışırlar. Ermənistan Baş naziri Paşinyanın  verdiyi açıqlamalarda da bu məsələlər açıq şəkildə ifadə olunur. Təbii ki, indiki vəziyyətdə Ermənistanda cərəyan edən hadisələr sülh prosesinə təsir edə bilər, çünki qarşıdan parlament seçkiləri gəlir və Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışan dairələr dəridən-qabıqdan çıxırlar ki, xalq ayağa qalxsın və hakimiyyəti devirsin", - deyə o əlavə edib.

A.Badamov qeyd edib ki, Paşinyan və onun komandası kənarda dayanıb vəziyyəti seyr  etməklə kifayətlənmir. Onlar radikallara və revanşistlərə qarşı əməli addımlar atırlar və o,  heç bir halda hakimiyyəti əlindən verməyəcək. Paşinyanın digərlərindən üstün cəhəti onun xalqa açıq olmasıdır. Belə ki, heç kimdən çəkinmədən sözünü deyir, camaatın arasına çıxır və xalqa daha yaxın olduğunu nümayiş etdirir. Həm də Paşinyan Ermənistanı bir dövlət kimi qorumağa çalışır. Bütün bunlar göstərir ki, Ermənistanda baş verən ictimai-siyasi gərginlik aradan qalxacaq və Paşinyan öz hakimiyyətini yenidən möhkəmləndirəcək.  

Deputatın sözlərinə görə, Paşinyanı istəməyən qüvvələr həm də regiona sülhün gəlməsini istəmirlər. Çünki Cənubi Qafqazın nəzarətlərindən çıxmamasının yeganə yolunu Ermənistanı nəzarətdə saxlayaraq, onun əli ilə digər region ölkələrinə təzyiq göstərməkdə görürlər. Həmin qüvvələr Cənubi Qafqazda yaranmış sülh və əməkdaşlıq reallıqlarını  görmək istəmirlər. "Bu gün sülhə olan maneələr də bu məsələlərdən qaynaqlanır.  Sülhün dayanıqlı olması üçün Cənubi Qafqaz ölkələri özünün müstəqil siyasətinə davam etməli, regionu kənar güclərin maraq dairəsinə çevirməkdən uzaqlaşdırmalıdır. Məhz belə olanda regionumuza davamlı sülh və əməkdaşlıq gələcək", - deyə o yekunda bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!