25 Sentyabr 2026 20:55
678
İQTİSADİYYAT
A- A+
Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 

Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 


İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya və regional bağlantı imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas drayveri” mövzusunda panel sessiya təşkil edilib. Sessiyaya “AnewZ” telekanalının baş redaktorunun müavini Orxan Amaşov moderatorluq edib.

İqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın əsas platformalarından biri kimi rolunu vurğulayıb. Orta Dəhlizin inkişafı, yaşıl enerji, qarşılıqlı investisiyalar və nəqliyyat sahəsində birgə layihələrin regional iqtisadi inteqrasiyanı gücləndirdiyi qeyd olunub.

Tədbirdə Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Türkdilli Dövlətlər Təşkilatının (TDT) Budapeştdəki nümayəndəliyinin icraçı direktoru Balaş Hendrix, Türkiyənin “Sabancı Holding”in baş icraçı direktoru Kıvanç Zaimler, Birləşmiş Ərəb Əmirliklərinin “XRG” şirkətinin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev, Gürcüstanın LEPL İnvestisiya Agentliyinin baş icraçı direktoru Mixeil Xidureli, “Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev çıxış ediblər.

İştirakçılar Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq platformasının formalaşdırılması, Xəzər regionunda ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, siyasi dialoqun biznes, infrastruktur və institusional əməkdaşlıq üzrə praktiki təşəbbüslərlə tamamlanması barədə fikirlərini bölüşüblər. Müzakirələrdə region ölkələri arasında qarşılıqlı etimadın və iqtisadi əlaqələrin gücləndirilməsi, investisiya və maliyyələşdirmə imkanlarının genişləndirilməsi, özəl sektorun və institusional mexanizmlərin regional əməkdaşlığa töhfəsi, habelə Xəzər hövzəsi üzrə daha sıx iqtisadi inteqrasiyanın təşviqi məsələləri diqqət mərkəzində olub.

Xatırladaq ki, Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, “The European House - Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilən Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın siyasətində insan hüquqları amili prioritetdir  

14:39
22 Oktyabr

“Bundan böyük xoşbəxtlik ola bilməz”

14:19
22 Oktyabr

Orta Dəhlizdən keçən yüklərin həcmi 2040-cı ilədək 4 dəfə arta bilər  

14:12
22 Oktyabr

Rusiya hökumətində kadr dəyişiklikləri olub

14:01
22 Oktyabr

Böyük Qayıdış davam edir: Ağdamdan Xocalı və Ağdərəyə növbəti köç yola salınıb  

13:52
22 Oktyabr

Lerikdə və Yardımlıda Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirələr keçirilib  

13:36
22 Oktyabr

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək

12:48
22 Oktyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:37
22 Oktyabr

O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

12:23
22 Oktyabr

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

12:17
22 Oktyabr

Azərbaycan nefti cüzi bahalaşıb VİDEO

12:07
22 Oktyabr

Raket zərbələri nəticəsində Kiyevin körpü və metro infrastrukturu dağılıb, yaralılar var 

12:05
22 Oktyabr

Ermənistanda Rusiya qazının bahalaşmasının ÜDM üçün nəticələrini hesablayıblar  

11:57
22 Oktyabr

Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibətini bildirib  

11:56
22 Oktyabr

Ermənistanın imitasiyası və vaxt qazanmaq cəhdləri sülh gündəliyinə etimadı sarsıdır

11:37
22 Oktyabr

Nazir: Dövlət maliyyəsinin idarə edilməsində süni intellekt həlləri genişləndiriləcək 

11:29
22 Oktyabr

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

11:29
22 Oktyabr

Sahil Babayev: Dövlət müəssisələrinin maliyyə intizamının gücləndirilməsi üçün rəqəmsal həllər tətbiq olunur 

11:23
22 Oktyabr

Emin Əmrullayev: SABAH tələbələrinin gələcəyin liderləri kimi yetişməsi əsas hədəflərdəndir  

11:11
22 Oktyabr

Nazir: İndiyədək “e-müqavilə” altsistemi ilə 3 milyard manatlıq 7500-dən çox müqavilə rəsmiləşdirilib 

10:57
22 Oktyabr

Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub  

10:53
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!