11 Aprel 2025 08:15
318
SİYASƏT
A- A+
Cənubi Qafqaz sevimli və ya qeyri-sevimli dövlətlərə bölünməməlidir

Cənubi Qafqaz sevimli və ya qeyri-sevimli dövlətlərə bölünməməlidir


Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi  məkana çevrilib. Aprelin 8-9-da ölkəmiz növbəti dəfə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən qlobal foruma evsahibliyi edib. 

Azərbaycanın dünyada artan  beynəlxalq nüfuzu, cərəyan edən qlobal problemlər fonunda ölkəmizdə hökm sürən sabitlik dünyanın aparıcı beynəlxalq təşkilatlarının və ölkələrinin də diqqətindədir. Elə bu səbəbdən də beynəlxalq siyasətin müzakirəsinə həsr olunan forumda ötən illərə nisbətən daha çox xarici ölkə nümayəndəsi iştirak edirdi. Xatırladaq ki, indiyə kimi keçirilən ənənəvi konfranslarda 60 ölkədən 200-dən artıq ekspert və alim Bakıda, eləcə də azad edilmiş Qarabağın dörd şəhərində baş tutan  müzakirələrin iştirakçısı olublar.

Bu il keçirilən 7-ci konfransa isə rekord sayda - 80 siyasətçi iştirakçı qatılıb. Onu da qeyd edək ki, iştirakçıların 50 faizindən çoxu konfransda ilk dəfə iştirak edirdi. Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu isə qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün yeddinci dəfədir ki, Azərbaycanda olub. Bu səfərlər ölkəmizi daha da yaxşı tanımağa xidmət edir. Beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır: "Siz dünən otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir".

Dünya tektonik dəyişikliklərə, regional və qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına və çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə və zorakılığın dominantlığına məruz qaldığı bir vaxtda konfransın mövzusunun qlobal gündəmin vəziyyətinə çox uyğun seçildiyini xüsusi olaraq vurğulamalıyıq. Bundan əlavə,  forumda  miqrasiya problemləri, proteksionizm və ticarət müharibələri, yeni dünya düzəninin necə olacağı, Azərbaycan kimi ölkələrin cərəyan edən belə hadisələrdə və meyillərdə rolu geniş müzakirə olundu. 

Forumda çıxış edən və sualları cavablandıran dövlətimizin başçısı regionda baş verən hadisələrə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və digər vacib məsələlərə aydınlıq gətirdi. Əsas məqam ondan ibarətdir ki, dövlətimizin başçısının çıxışı beynəlxalq siyasətdə cəsarətli mövqe nümayişi ilə yanaşı, tarixi ədalətin səsi kimi dünyaya verilən bir mesaj oldu. Ölkəmizin rəhbəri xüsusi olaraq qeyd etdi ki, bütün şansların olmasına baxmayaraq, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Buna görə də Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından həmin imkanları itirib. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri nümunə ola bilər. Enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq və digər sahələrdə əldə edilən uğurlar hər iki dövlətə iqtisadi səmərə gətirib. Ermənistan özünü bunlardan məhrum edib, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilməyib.

O da qeyd edildi ki, Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Dövlət başçısı demişdir: "Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm".

Bu gün Azərbaycanın Ermənistandan əsas gözləntisi ölkəmizin ərazi bütövlüyünün təsdiqi, Ermənistan Konstitusiyasında olan iddialarının ləğv edilməsidir. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər. Prezident çıxışı zamanı onu da qeyd etmişdir: "Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik". 

Prezident İlham Əliyev forumda Avropa Komissiyasının Azərbaycana münasibətinə də toxunub. Avropa Komissiyasının ölkəmizə olan münasibətindən bəhs edərkən dövlətimizin başçısı bildirmişdir ki, bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu önə çəkən  dövlətimizin başçısı vurğuladı ki, ölkəmizin  Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan iqtisadi baxımdan güclü, enerji resurslarına, ordusu döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkədir.

Dünyada sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standartlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir. Bunu bəzi dünya güclərinin siyasətində aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırıldı. Lakin ABŞ qoşunları Əfqanıstandan qaçdıqdan sonra bunu ölkəmizə  qarşı yenidən tətbiq etməyə başladılar. Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. 

Dövlət başçısı forumda birmənalı şəkildə Azərbaycanın heç kimdən asılı olmayan müstəqil, daxili, xarici siyasəti haqqında məlumat verdi. Prezident çıxışında izah etdi ki, sülhün bərqərar olması ilk növbədə Ermənistana  lazımdır. Uzaqdan gələn hər hansı dövlət regionda sülhün bərqərar olmasına maneə yaratmamalıdır.  Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, müqavilənin imzalanması dünyada baş verən münaqişələrə də kömək edə bilər. Azərbaycan bütün platformalarda şəffaf, aydın bir siyasət yeridir. Prezident Ermənistana qayıdacaq azərbaycanlıların da yaşam şərtlərini birmənalı şəkildə ifadə etdi və bu məsələdə Azərbaycanın gözləntilərini və tələblərini  dilə gətirdi. 

Birmənalı şəkildə qeyd edə bilərik ki, dövlət başçısının dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb və vətəndaşlarımızın istəklərini ifadə edir. 


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!