06 İyul 2025 08:50
934
İDMAN
A- A+
Burada gələcəyin çempionları yetişir

Burada gələcəyin çempionları yetişir


Neftçala Olimpiya İdman Kompleksi yeniyetmə və gənclərin sevimli ünvanıdır

 

İdmanın inkişafı bu gün dövlətimizin prioritet istiqamətlərindəndir. Bütün məsələlər kimi, bu mühüm sahə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun sayəsində ölkənin hər yerində Olimpiya İdman kompleksləri, idmanın ayrı-ayrı növləri üzrə mərkəzlər tikilir, idman qurğuları lazımi avadanlıqlarla təchiz edilir, kadr potensialı möhkəmləndirilir.

İdman sahəsində görülən tədbirlər gənclərimizin fiziki və mənəvi cəhətdən möhkəmlənməsinə, onların asudə vaxtlarının səmərəli keçməsinə, gənclərin pis vərdişlərdən uzaqlaşmasına, onlarda vətənpərvərlik hisslərinin güclənməsinə, fəal vətəndaşlıq mövqeyinin inkişafına vəsilə olur. Azərbaycan gənclərinin müntəzəm olaraq idmanla məşğul olması nəticədə onların hərbi sahədəki uğurları ilə birbaşa bağlıdır. 44 günlük Vətən müharibəsində bu cəhət özünü bariz şəkildə göstərdi. Şuşa kimi alınmaz qalanın mənfur düşməndən heç bir hərbi texnika tətbiq etmədən təmizlənməsində gənc əsgərlərimizin idmançı çevikliyinin, igidliyinin, cəsurluğunun necə böyük rol oynadığı hamının yadındadır.

Azərbaycan idmançıları müxtəlif növlər üzrə keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxır, bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Bunlar hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. İdmançılarımız qazandıqları qələbələrə görə dövlət tərəfindən yüksək mükafatlarla təltif olunurlar. Məhz bunların nəticəsidir ki, ölkəmizdə bu gün idman və bədən tərbiyəsi kütləvi hal almışdır.

Neftçalada idmanın zəngin ənənələri var. Keçən əsrin 60-80-ci illərində rayonda idmanın boks, ağırlıqqaldırma, futbol növləri üzrə uğurlu nəticələr əldə olunub. Respublika, eləcə də keçmiş SSRİ miqyasında keçirilən müxtəlif yarışlar və turnirlərdə uğurlu çıxış edən rayonun idmançıları Azərbaycanın, o cümlədən doğulub boya-başa çatdıqları Neftçalanın idman şərəfini layiqincə qorumuşlar. İdman ustası titulunu daşıyan həmin idmançılar yaşlı nəslin nümayəndələri tərəfindən bu gün də xoş və unudulmaz xatirələrlə anılırlar.

Adından da göründüyü kimi, Neftçala neft ərazisidir. Burada neft və qazçıxarma, yod-brom, kimya və balıqçılıq müəssisələri uzun illərdən bəri mövcuddur. Yaxın keçmişə qədər həmin idarələr tam gücləri ilə fəaliyyət göstərirdi. Bu müəssisələrdə çalışan cavanlar rayonda idmanın inkişafına da öz töhfələrini vermişlər. İndi SOCAR-ın balansında olan futbol stadionu o illərin yadigarıdır. Stadion bu gün neft şirkətinin diqqət mərkəzindədir. Vaxtaşırı olaraq təmir edildiyi üçün stadionda tez-tez yarışlar və digər kütləvi idman tədbirləri keçirilir.

Neftçala Olimpiya İdman Kompleksi isə 2022-ci ildən fəaliyyət göstərir. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi kompleks 4 hektar ərazidə salınmışdır. Möhtəşəmliyi ilə özündən əvvəlkilərdən fərqlənən Olimpiya kompleksi memarlıq cəhətdən Neftçala şəhərinə xüsusi yaraşıq verir. Burada 770 yerlik universal zal, süni örtüklü açıq və qapalı mini-futbol meydançası, 224 tamaşaçı yerlik üzgüçülük hovuzu, aerobika, boks, ağır atletika, trenajor, şahmat, gimnastika, güləş, taekvando-karate zalları, 28 nəfərlik kafe-restoran, 28 qonaq otağı olan mehmanxana, açıq havada idman meydançaları, qaçış zolağı, digər köməkçi və texniki binalar var. Təcrübəli məşqçilərin təşəbbüsü ilə kompleksə cəlb edilən yeniyetmələr və gənclər futbol, üzgüçülük, bədii gimnastika, trenajor, boks, güləş, cüdo, ağır atletika, stolüstü tennis idman növləri üzrə tərtib edilmiş qrafik əsasında müntəzəm məşq edir, seçdikləri idman növünün sirlərini dərindən mənimsəyirlər. Və bütün bunlar, təbii ki, nəticəsiz qalmır. Mirzəqurbanlı kənd tam orta məktəbin 8-ci sinif şagirdi Aynişan Rzazadə bu yaxınlarda qızlar arasında keçirilən boks birinciliyində 48 kiloqram çəki dərəcəsi üzrə gümüş medalın sahibi olmuşdur. Gimnastika üzrə məşqçi Flora Babaşova isə hər həftə 3 dəfə Bakıdan Neftçala şəhərinə gələrək yeniyetmə qızlara bu zərif idmanın sirlərini öyrədir. Çəkdiyi zəhmət də hədər getmir. Artıq neftçalalı qızlardan ibarət 11 nəfərlik komanda formalaşıb. "Gimnastika hamı üçün" layihəsi çərçivəsində bu günlər Bakıda keçirilən beynəlxalq tədbirdə həmin komanda uğurla çıxış edərək 3-cü olmuşdur.

Kompleksdə vaxtaşırı dövlət qulluqçuları, müəllimlər, həkimlər, tələbələr, şagirdlər arasında intellektual yarışlar, "Şahin" hərbi idman oyunları, rayon və respublika birincilikləri keçirilir. Ölkənin ali məktəblərinin müəllim-tələbə heyəti hər il bir neçə dəfə kompleksin qonağı olaraq fiziki hazırlıqlarını möhkəmləndirir, Xəzərin sahilində yerləşən Neftçala şəhərinin sosial həyatı ilə tanış olurlar. Elə bu yaxınlarda ayrı-ayrı günlərdə Sumqayıt, Lənkəran, Zaqatala dövlət universitetlərinin tələbələri 3 gün kompleksdə həm qonaq olmuş, həm də fiziki hazırlıqlarını möhkəmləndirmişlər.

Söz düşmüşkən onu da qeyd edək ki, Neftçala Olimpiya İdman Kompleksində hər cür şərait olduğundan Neftçala Uşaq-Gənclər İdman Məktəbi bura köçürülmüşdür.

Olimpiya idman kompleksində həyat, necə deyərlər, hər gün bulaq kimi qaynayır. Yeniyetmələr, gənclər çiyinlərində idman çantası ya kompleksə daxil olur, ya da məşqi başa çatdıraraq evlərinə yollanırlar. Onların hər birinin çöhrəsində sevinclə bərabər, qələbə hissi də görmək olur. Bu, Neftçalanın keçmiş idman şöhrətini yaxın vaxtlarda geri qaytarmaq inamından doğan bir hissdir.

               

Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

08:25
10 May

Milli dəyərlər, ictimai mühit və dövlətçilik ideologiyası

08:20
10 May

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

08:15
10 May

Azərbaycanın quruculuq salnaməsinin müəllifi

08:10
10 May

Müasir dövlətçilik tariximizin müəllifi

08:05
10 May

Zamanın fövqündə duran dahi

08:00
10 May

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

01:15
10 May

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

01:02
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!