22 Avqust 2024 09:25
127
İQTİSADİYYAT
A- A+

Bu il rayon üzrə 290 hektarda çəltik əkilib

 

Son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik  istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. 
"Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın bu müsbət dinamikada rolu böyükdür. Proqram, eyni zamanda kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Astara rayonunun təsərrüfatlarında  cari ilin məhsulu üçün 290 hektar sahədə çəltik əkilmişdir ki, bu da keçən illə müqayisədə  54,2 hektar və ya 23 faiz çoxdur. Rayon  Statistika İdarəsinin rəis müavini Şövqiyyə  Məmmədovanın verdiyi məlumata görə, çəltikçilik Astaranın ənənəvi təsərrüfat sahəsidir və regionda çəltikçiliyin inkişafı üçün geniş prespektivlər var.
Artıq bir neçə ildir bölgənin brendi olan, ekoloji cəhətdən təmiz və keyfiyyətli Astara düyüsünə bazarda tələbat çoxdur. Bu, əkinçilərə çəltik sahələrini ildən-ilə artırmağa stimul verir. Çəltikçilik rayonun əsasən Səncərədi, Pensər, Kakalos və Ərçivan  ərazi nümayəndəliklərində geniş yayılıb. Hazırda bütün ərazilərdə əkin sahələrinin aqrotexniki tələblər səviyyəsində becərilməsi üçün ciddi səy göstərilir.

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video