24 Noyabr 2022 01:16
533
DÜNYA
A- A+
"Bu, hələ başlanğıcdır"

"Bu, hələ başlanğıcdır"

 

Rəcəb Tayyib Ərdoğan kəskin şəkildə bəyan etdi ki, Türkiyə lazım olan zamanda quru əməliyyatına başlayacaq

 

"Türkiyə terror hücumlarında iştirak edənlərin hamısını dərhal araşdırmaq və məsuliyyətə cəlb etmək üçün bütün imkanlara malikdir". Bunu dünən Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı İstanbulda 6 nəfərin ölümü və 80-dən çox adamın yaralanması ilə nəticələnən terror aktına, həmçinin Suriya ərazisindən ölkənin sərhədyanı rayonlarının atəşə tutulmasına və bunun iki dinc sakinin ölümünə səbəb olmasına diqqət çəkib.
Prezident qeyd edib ki, istintaq Türkiyə metropolitenindəki terror aktının təşkilatçılarını - Suriya ərazisində fəaliyyət göstərən PKK/YPG terrorçularını üzə çıxarıb.
Dövlət başçısı xatırladıb ki, son illər sərhədyanı Hatay, Qaziantep, Kilis, Şanlıurfa və Şırnak vilayətlərinin əraziləri 764 dəfə raket və minaatan hücumuna məruz qalıb, nəticədə 32 Türkiyə vətəndaşı həlak olub, 261 nəfər yaralanıb. "Türkiyə ərazisində terror fəaliyyəti imkanlarının zəifləməsi fonunda PKK yaraqlıları ölkəmizin sərhədyanı yaşayış məntəqələrini atəşə tutmağa başlayıblar. Əgər 2015-ci ildə Türkiyədə terrorçular 26 terror aktı təşkil edibsə, son illərdə bu rəqəm 2-3 olub", - deyə Ərdoğan bildirib.
Qardaş ölkənin Prezidentinin dediyinə görə, müəyyən qüvvələrin və dövlətlərin nəzarətində olan Suriya ərazilərindən Türkiyəyə qarşı təhlükənin yolverilməzliyi ilə bağlı verdiyi təminatlar sözdə qalır. Eyni zamanda Türkiyənin verdiyi hər bir bəyanat təkzibolunmaz reallıqlara söykənir və bunların aydın səbəbi var.
"Əgər sərhəd rayonlarının terrorçulardan təmizlənməsi ilə bağlı Suriya üzrə sazişlərin tərəfləri öhdəliklərini yerinə yetirməsələr, o zaman Türkiyə milli təhlükəsizliyə təhdidləri təkbaşına aradan qaldırmaq hüququnu özündə saxlayır", - deyə Türkiyə lideri vurğulayıb.
Prezident əmin edib ki, Türkiyə ölkə üçün ən uyğun vaxtda quruda antiterror əməliyyatını keçirəcək: "Hərbi Hava Qüvvələri, artilleriya və döyüş PUA-larının iştirakı ilə antiterror əməliyyatları hələ yalnız başlanğıcdır".
Prezident Suriya və İraqı Türkiyə ordusunun antiterror əməliyyatlarından narahat olmamağa çağırıb: "Ankara qonşu ölkələrin ərazi bütövlüyünə hörmət edir. Türkiyənin yeganə məqsədi dövlətin və əhalinin təhlükəsizliyidir".
Rəcəb Tayyib Ərdoğan Ankaraya təzyiq və hücumların əsl səbəbinin Türkiyənin regional lider kimi mövqelərinin güclənməsi olduğunu vurğulayıb. Bununla bağlı o, çıxışında deyib: "Avropa İttifaqına üzvlük danışıqlarında qərəzlə üzləşmişik. Eyni şey Türkiyənin F-35 proqramında iştirakı ilə böhran zamanı da baş verdi. Biz hava hücumundan müdafiə sistemlərinin Türkiyə ərazisindən çıxarılması zamanı, Kiprlə bağlı dialoq zamanı, miqrasiya və enerji sektorlarında da ikili standartların şahidi olduq".
Türkiyə Prezidenti Suriyada Tel Rıfat, Mənbic və Ayn əl-Ərəb şəhərlərində quru əməliyyatının keçiriləcəyinin anonsunu verib və həmin ərazilərin ölkə üçün lazım olan zamanda terrorçulardan təmizlənəcəyini bildirib: "Hava əməliyyatlarımızı fasiləsiz davam etdirərkən bizə uyğun zamanda qurudan da terrorçuların təpəsinə vuracağıq. Beton tunellərin məzarlığa çevriləcəyi gün yaxındadır. İraq və Suriya hökumətləri narahat olmasınlar, atacağımız addımlar bu ölkələrin ərazi bütövlüyünü təmin edəcək".

R. HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!