01 Sentyabr 2026 17:15
124
SİYASƏT
A- A+
Britaniyalı ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı mərkəzinə çevrilir 

Britaniyalı ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı mərkəzinə çevrilir 


Azərbaycanın Mərkəzi Asiya, Xəzər regionu, Türkiyə və Avropa arasında əlaqələndirici ölkə kimi rolu getdikcə güclənir. Britaniyalı jurnalist və ekspert Neil Vatson bu fikirdədir.

O, AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin Qırğızıstana səfərini Avrasiyada baş verən daha geniş strateji dəyişikliklərin bir hissəsi kimi qiymətləndirib.

“Azərbaycan getdikcə özünü yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Mərkəzi Asiya, Xəzər regionu, Türkiyə və Avropa arasında əlaqələndirici güc kimi mövqeləndirir”, – deyə ekspert bildirib.

Neil Vatsonun sözlərinə görə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində yüksək siyasi səviyyədə iştirakı Bakıya Avrasiyanın mühüm platformalarından birində təmsil olunmaq imkanı yaradır.

Ekspert qeyd edib ki, rəsmi Bakı Türkiyə və Mərkəzi Asiya ilə yaxın münasibətlər saxlayır, Çinlə getdikcə daha mühüm tərəfdaşlıq qurur, Avropa ilə strateji enerji və iqtisadi əlaqələrə, Rusiya və digər Avrasiya gücləri ilə isə işgüzar münasibətlərə malikdir. Onun sözlərinə görə, Azərbaycanın ŞƏT-lə əməkdaşlığı ölkənin digər istiqamətlərdəki tərəfdaşlıqlarını əvəz etmir, əksinə, onları tamamlayır.

Neil Vatson, həmçinin ŞƏT-in Bişkek Sammiti çərçivəsində Prezident İlham Əliyevin regional liderlərlə keçirdiyi görüşlərə toxunub. O, Qazaxıstan Prezidenti ilə görüşü qeyd edib, həmçinin Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra Ermənistanla praktiki ticarət və tranzit əlaqələrinin formalaşması məsələlərinin müzakirə olunduğunu bildirib.

“Bu mənada Azərbaycan getdikcə geosiyasi sərhəd deyil, geosiyasi körpü kimi çıxış edir. Bu, olduqca mühüm fərqdir. Daha parçalanmış və çoxqütblü hala gələn beynəlxalq sistemdə bir neçə güc mərkəzi ilə funksional münasibətlər saxlaya bilən ölkələr daha böyük strateji əhəmiyyət qazanırlar”, – deyə britaniyalı ekspert vurğulayıb.

Neil Vatson Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətləri beynəlxalq bazarlara çıxış imkanlarını şaxələndirməkdə maraqlıdırlar.

“Azərbaycan Xəzər regionundan Gürcüstan, Türkiyə və Avropaya doğru ən qısa praktik qərb bağlantısını təmin edir”, – deyə ekspert qeyd edib.

Britaniyalı jurnalist Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik olduğunu da bildirib. Onun sözlərinə görə, Çin və Mərkəzi Asiyadan gələn yüklər Qazaxıstan və digər Mərkəzi Asiya dövlətlərindən keçərək Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan üzərindən Türkiyə və Avropa bazarlarına, yaxud Qara dəniz bağlantıları vasitəsilə Avropaya daşınır.

“Azərbaycan sadəcə bu marşrut üzərində yerləşən ölkə deyil. Məhz Azərbaycan Mərkəzi Asiyadan gələn quru nəqliyyatının Trans-Xəzər, daha sonra isə Avropa nəqliyyat sisteminə qoşulduğu əsas bağlantı nöqtəsidir”, – deyə Neil Vatson bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

Geosiyasi gücün və uğurlu diplomatiyanın təzahürü

18:41
01 Sentyabr

Bakı-Bişkek: ortaq maraqlar Orta dəhlizdə kəsişir   

18:37
01 Sentyabr

SOCAR ilə Çinin CNOOC şirkəti Anlaşma Memorandumu imzalayıb

17:40
01 Sentyabr

Çinin Baş prokuroru “ASAN xidmət”də

17:35
01 Sentyabr

Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb

17:33
01 Sentyabr

Rusiyalı mütəxəssislər Yeni Klinikada təcrübə mübadiləsi aparıblar

17:30
01 Sentyabr

Azad olunmuş ərazilərdə təhlükəsizliyi artırmaq üçün minaaxtaran itlər cəlb olunacaq

17:27
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!