14 Oktyabr 2025 16:29
405
İQTİSADİYYAT
A- A+
bp “Şahdəniz Kompressiya” layihəsi üçün 3 yeni müqavilə imzalayıb  

bp “Şahdəniz Kompressiya” layihəsi üçün 3 yeni müqavilə imzalayıb  


“Şahdəniz” konsorsiumu “Şahdəniz Kompressiya” (ŞDK) layihəsinin həyata keçirilməsi üçün dənizdə görüləcək işlər üzrə üç iri müqavilə imzalayıb.

AZƏRTAC bp şirkətinə istinadla xəbər verir ki, ümumi dəyəri təxminən 700 milyon dollar olan bu müqavilələr “Saipem/BOS Shelf” birgə müəssisəsinə verilib.

Müqavilələr üzrə görüləcək işlərin həcminə daxildir: Xəzər dənizində quraşdırılacaq 19 min tonluq yeni qurğu olan ŞDK platformasının bütövlükdə daşınması və dənizdə quraşdırılması; təxminən 26 kilometr uzunluğunda yeni sualtı kəmərlər də daxil olmaqla ŞDK platformasını mövcud “Şahdəniz” infrastrukturu ilə birləşdirmək üçün nəzərdə tutulmuş sualtı qurğuların layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması.

Quruda aparılacaq bütün tikinti işləri “BOS Shelf”in idarə etdiyi “Bakı Dərin Özüllər Zavodu”nda həyata keçiriləcək.

Dənizdə aparılacaq tikinti və quraşdırma işləri isə Azərbaycanın iki əsas gəmisi vasitəsilə yerinə yetiriləcək:

- “Şahdəniz” konsorsiumuna məxsus müasir texnologiyalı “Xankəndi” sualtı tikinti gəmisi;

- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “İsrafil Hüseynov” borudüzən barjı.

Dəyəri 29 milyon dollardan çox olan bu müqavilə günəş panellərinin təchizatı üçündür. Bu müqavilə “Trina Solar (Schweiz) AG” şirkətinə verilib. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.

Yeni müqavilələrin şərtlərinə əsasən hər iki gəmi “Saipem” tərəfindən idarə olunacaq.

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham deyib: “İrihəcmli tikinti və quraşdırma işləri üçün bu yeni müqavilələri verməklə biz ŞDK layihəsində mühüm irəliləyiş edirik. Bu müqavilələr yerli işçi qüvvəsini layihəyə cəlb etməklə ölkənin tikinti-quraşdırma sahələrindən və digər infrastrukturundan tam istifadəyə yol açır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həm quruda istehsal, həm də dənizdə quraşdırma işləri üçün beynəlxalq standartlara tam cavab verən dünya səviyyəli imkanları var. Bircə onu demək kifayətdir ki, 2026–2028-ci illərdə ŞDK layihəsi üçün ümumilikdə 3040 ton çəkisində sualtı infrastrukturun inşa ediləcəyi və quraşdırılacağı planlaşdırılır. Bu xeyli böyük bir iş həcmidir və rəqəm olaraq gördüyümüz işlərin miqyas və məramını çox aydın əks etdirir. Bu mühüm müqavilələrin bağlanmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Planlaşdırılır ki, dənizdə aparılacaq işlər 2026-cı ilin üçüncü rübündə dənizdibi payaların quraşdırılması ilə başlayacaq və 2029-cu ildə başa çatacaq.

Qeyd edək ki, “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin “Şahdəniz” yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq. Üzərində dörd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm “Şahdəniz Alfa” (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı “Səngəçal” terminalına göndərilməzdən əvvəl ŞDK-da kompressiya olunacaq. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və “Səngəçal” terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir. Tikinti işlərinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!