11 İyul 2025 15:32
503
İQTİSADİYYAT
A- A+
bp Azərbaycanın neft tarixinə dair yeni tədqiqat layihəsini təqdim edib  

bp Azərbaycanın neft tarixinə dair yeni tədqiqat layihəsini təqdim edib  

bp Azərbaycanın tarixində neftin həlledici rolunu araşdıran yeni tədqiqat layihəsini təqdim edib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Neftimizin Avropaya uzun yolu. Bu yolun bilinən və bilinməyən faktları, işıqlı və qaranlıq səhifələri” adlı əhatəli kitab nəşr olunub.

Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin tarixi və mədəni irsinin, o cümlədən onun enerji sahəsindəki möhtəşəm mirasının tədqiqi və təbliğinə verdiyi davamlı dəstəyinin bir hissəsidir. Layihə təkcə tarixi araşdırmalara töhfə verməklə kifayətlənmir, həm də neftin millətin kimliyinin və ölkənin qlobal tərəfdaşlıqlarının formalaşmasında oynadığı strateji rolu bir daha vurğulayır.

258 səhifədən ibarət bu nəşr Azərbaycanın neft və qaz sənayesinin inkişafını dörd əsas tarixi dövr üzrə sənədləşdirən ilk nəşrdir: çar Rusiyası dövrü, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), sovet dövrü və müstəqilliyin bərpasından sonrakı postsovet dövrü.

Kitabın əvvəlində XIX əsrin ikinci yarısından başlayaraq Bakıda həyata keçirilən neft hasilatına dair ümumi məlumat təqdim olunur, neftin xarici bazarlara erkən ixracı və Azərbaycanın qlobal arenada ön plana çıxmasında strateji rolu vurğulanır. Nəşrdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə aparılan müzakirələr, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında milli müstəqillik uğrunda neftdən bir vasitə kimi istifadə olunması üçün göstərdiyi səylər ətraflı şəkildə təhlil olunur.

Sonrakı fəsillərdə Sovet neft siyasəti və Azərbaycanda bolşevik işğalından sonra neft sənayesinin milliləşdirilməsi ilə bağlı məsələlər araşdırılır.

Kitabda, həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonrakı yeni neft erası, o cümlədən xarici neft şirkətləri ilə aparılan ilkin danışıqlar, qarşıya çıxan çətinliklər və 1994-cü ildə “Əsrin müqaviləsi”nin tarixi imzalanması hadisələri əhatə olunub. Nəşrdə Azərbaycanın enerji tarixində dönüş nöqtəsi olan həmin dövrdə aparılan mürəkkəb danışıqlar, siyasi intriqalar və ölkənin təhlükəsizliyinə olan təhdidlər barədə dəyərli məlumatlar təqdim olunur.

Hərtərəfli arxiv araşdırmalarına və tarixi qəzet materiallarına əsaslanan bu kitab, geniş oxucu auditoriyası cəlb etmək məqsədilə sadə və anlaşılan nəql üslubunda qələmə alınıb. Nəşrdə, həmçinin Azərbaycanın neft ixracı və beynəlxalq danışıqları ilə bağlı nadir və dəyərli sənədlərə də yer verilib.

Layihənin ümumi dəyəri 48 min 500 manat (təxminən 28 min 530 dollar) təşkil edir və bu məbləğ nəşr öncəsi işlər və layihənin idarə olunması, habelə ümumilikdə 1000 nüsxə tirajla kitabın nəşri üçün xərcləri əhatə edir.

Layihə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən həyata keçirilib. Kitabın müəllifi jurnalist Müsəllim Həsənovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!