21 Fevral 2023 02:16
3248
SİYASƏT
A- A+
Böyük ürək, mərhəmətli qəlb sahibi

Böyük ürək, mərhəmətli qəlb sahibi

 

Çoxcəhətli və çoxşaxəli fəaliyyətin unudulmaz məqamları

 

 

Kişilər həmişə sərt olurlar!

Qəzəblənəndə yumruqlarını düyünləməklə, acıqlı baxıb hündürdən danışmaqla hisslərini büruzə verirlər.

Allah onları belə yaradıb!

Qadınlar isə həmişə zəif və zərif olurlar!

Onların bir gözəlliyi də bundadır.

Səbirli olmağa, məsələni yumşaqlıqla, sülh yolu ilə həll etməyə üstünlük verirlər!

Xilqətləri belədir!

Dövlət idarəçiliyində hər ikisi vacib və gərəklidir!

Qüdrətli əl də, mərhəmətli davranış da!

Əslində, belə bir birlik və birgə fəaliyyət idarəetməni asanlaşdırır, xalqın maraqlarının, arzu və istəklərinin daha tez və uğurla həyata keçirilməsini, insanları xoş və firavan yaşayışa qovuşduraraq rahat və bəxtəvər ömür sürmələrini daha tez və daha yaxşı reallaşdırır.

***

 Müstəqil Azərbaycanın rəhbər sarıdan bəxti gətirib!

 Ölkədə naşılar, iradəsizlər iqtidarda çox qala bilməyiblər!

 Xalq özü belələrindən qəzəblə imtina edib!

 Həqiqi dövlət rəhbərləri isə öz əməlləri sayəsində tarixi şəxsiyyətlərə, dünya miqyasında görünən görkəmli liderlərə çevriliblər!

Dövlət başçılarını güclü edən həm də onların komandaları, çiyindaşlarıdır!

* Tarixinin ən qüdrətli Azərbaycanının yaranmasında...

* Ölkəmizin Cənubi Qafqazda söz sahibinə çevrilməsində...

* Dünyada yeni imicdə, Avropaya gərəkli ölkə kimi tanınmasında...

Hərbi gücünü və imkanlarını ortaya qoyaraq işğal altındakı torpaqlarını 44 gündə azad etməsində bu məqamın da xüsusi əhəmiyyəti olmuşdur!

***

Azərbaycanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanı sevməyən, ona hörmət və ehtiram bəsləməyən tapılmaz!

Mehriban xanım Əliyeva bu sevgini öz işi, əməli, yorulmaz və çoxcəhətli fəaliyyəti, insanlara arxa və dayaq durması, mərhəmət və xeyirxahlığı ilə qazanıb!

Mehriban xanım Əliyevanın gözəl nitq qabiliyyəti, aydın diksiyası, fikrini dəqiq ifadə etmək bacarığı var.

Amma uzun danışmağı, geniş nitq söyləməyi sevmir!

Sözünü əməli işi, gərgin və çoxcəhətli fəaliyyəti ilə əvəz edir, real, əməli işə daha çox üstünlük verir.

Həm də təbiətən təvazökardır...

Bəzən geniş ictimaiyyətin hansı layihənin harada icrasına başlandığından xəbəri olmur.

Yalnız açılış mərasimində necə bir gərəkli obyektin fəaliyyətə başladığını bilirik.

Çünki əsas məqsəd göstərmək yox, gərəkli olanı etmək, insanlara sevinc və rahatlıq bəxş etmək, istəklərini gerçəkləşdirməkdir!

***

Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu müstəqil Azərbaycanın dayaqlarından biri, inkişaf və quruculuğa dəyərli töhfələrini verən nüfuzlu qurumdur.

Bu fond Heydər Əliyev ideyalarını yaşadır!

Bu fond Heydər Əliyevin xalqa xidmət missiyasını davam etdirir!

Bu fond Heydər Əliyevin dövlətə və xalqa olan sonsuz sədaqət və məhəbbətini çoxcəhətli fəaliyyətində müasir dövrdə konkret addımlar və layihələr formasında daim yeniləşdirir, reallaşdırır!

Bəzən dövlətin həyata keçirməyə macal tapmadığı layihələri tez bir zamanda icra edir, bəzən yeni təşəbbüsləri ilə yaddan çıxanları gündəmə gətirir, hamıya gərəkli olanları edir.

Dövlətin dəstəyi olan Heydər Əliyev Fondu eyni zamanda vətəndaş məmnunluğunun yaranmasının mühüm amillərindən biridir!

Fondun yaradıldığı gündən indiyədək gördüyü işlərə nəzər salanda qürur duymamaq olmur!

Ulu Öndərin adına layiq fəaliyyət həm də bu qurumda vətənpərvər, fədakar, təşəbbüskar və zəhmətsevər insanların çalışdığından xəbər verir.

Şübhəsiz bu uğurların baş təminatçısı, ona sevgi və yaradıcılıqla rəhbərlik edən Mehriban xanım Əliyevadır!

Onun yaradıcı və yorulmaz fəaliyyəti, ən vacib məqamda ən gərəklisini etmək istedadı, dövrün çağırışlarını duymaq və cavablandırmaq məharəti uğurların təməlidir.

Əslində, bu qurum həm də Mehriban xanım Əliyevanın öz potensialını, bacarıq və məharətini, vətənə məhəbbət və sədaqətini gerçəyə çevirmək üçün geniş platforma funksiyasını da daşıyır!

***

İllər öncə Azərbaycan öz üzərinə böyük bir missiya götürdü:

I Avropa Oyunlarının keçirilməsini.

Bu, bir ilk idi!

Həm də yüksək etimad!

Ortada öyrəniləsi nümunə isə yox idi!

Əksinə, Azərbaycan ilk oyunun təşkilatçısı kimi özü bir nümunə yaratmalı olmuşdu.

Bu, təkcə Avropa qitəsində idman yarışlarının təşkili deyildi!

Həm də müasir Azərbaycanın idman oyunları fonunda dünyaya yeni imicdə, müasir, demokratik, qədim ənənələrə malik bir dövlət kimi də təqdimatı sayılırdı!

Dövlət başçısı cənab İlham Əliyev bu çətin və gərəkli missiyanın icrasını Mehriban xanım Əliyevaya həvalə etdi!

Nəticə...

Nəticədə dünyanı heyrətdə qoyan və daim yaddaşlarda yaşayan möhtəşəm bir idman bayramı baş tutdu!

I Avropa Oyunlarının açılış və bağlanış mərasimi isə öz orijinallığı, milliliyi, əzəmət və müasirliyi ilə insanlarda görünməmiş təəssürat yaratdı!

Bütün qonaqlar, mütəxəssislər, televiziya vasitəsilə bu möhtəşəm tədbirləri izləyənlər, idman yarışları ilə bağlı ən incəliyə qədər düşünülmüş məqamları, yarışlarla bərabər idmançılara yaradılan şəraiti, tamaşaçıların rahatlığını, bir sözlə, nəhəng bir mexanizmin saat kimi işləməsini maraq və razılıqla qarşıladılar.

Bu, Mehriban xanım Əliyevanın triumfu idi!

I Avropa Oyunları sonralar keçirilən digər oyunlar üçün etalona çevrildi!

Heç kim ondan yaxşısını təşkil etmək barədə düşünmürdü!

Hamı sadəcə olaraq ondan öyrənir və ona bənzəməyə çalışırdı!

IV İslam Həmrəyliyi Oyunları da eyni uğurla, ən yüksək səviyyədə baş tutdu!

Bu iki beynəlxalq miqyaslı idman tədbiri Mehriban xanımın sayəsində zirvəyə və nümunəyə çevrildi.

***

Dünyada ən şirin varlıq övladdır!

Ən ağır dərd də xəstə övlad dərdidir!

Öz balasını istəyənlər başqalarının da övladlarına pis gün arzulamırlar.

Ən ülvi insani xüsusiyyətlərdən də biri övladlara, uşaqlara qayğı göstərmək, onların yaman dərddən sağalmalarında valideynlərinə dayaq durmaqdır!

Azərbaycan xalqı Mehriban xanım Əliyevanı həm də xəstə və köməksiz uşaqların şəfqət anası, xilaskar mələyi kimi tanıyır və sevir!

Dünyaya uşaq gətirmək azdır!

Onu saxlamaq, böyütmək, ayaq üstə qoymaq, təhsil vermək, ev-eşik sahibi etmək - bütün bunlar həyatın davamının vacib şərtləridir.

Bu zəncirin hansısa halqasının qırılması insan həyatının şikəst olmasına, natamamlığına, özündən asılı olmayan səbəblərdən əziyyət çəkməsinə, bəzən isə faciələrə səbəb olur.

Ya zəlzələdən, ya vəlvələdən - hərdən övladlarından imtina edən, hətta onları küçəyə atan valideynlər də olur.

Övlad üçün də, valideyn üçün də əsl faciədir!

Həm də çox böyük günah!

Nə etməli, həyatdır...

Mehriban xanım Əliyeva valideynlərin, doğmaların imtina etdiyi balalara da sahib çıxır!

***

Sovet dövründə çoxsaylı körpələr evləri, internat məktəbləri vardı.

Pis-yaxşı fəaliyyət göstərirdilər.

Müstəqilliyin ilk illərində, xüsusən anarxiya dövründə bu tipli müəssisələrin də faciəli günləri başladı.

Diqqətsizlikdən, qayğısızlıqdan, vəsaitsizlikdən bina və avadanlıqlar sıradan çıxdı, ərzaqla təchizat məsələləri pisləşdi, hətta burada çalışanların əməkhaqlarının vaxtında ödənilməsində problemlər yaşandı.

Bütün bunları görən, yada salan, kömək əlini uzadan isə tapılmırdı...

Ta o vaxta qədər ki Mehriban xanım Əliyeva bu sahəni də öz himayəsinə götürdü!

Doğmaların imtina etdiklərinə Mehriban xanım Əliyevanın simasında Heydər Əliyev Fondu yiyə durdu!

Qısa müddət ərzində bərbad günə düşən binalar təmir edildi, yeni avadanlıqlar, zəruri əşyalar alındı, ərzaq təchizatı qaydaya salındı, işçilərin əmək-haqları artırıldı.

Valideyn himayəsindən məhrum olanlar - "günahsız qurbanlar" Mehriban xanım Əliyevanın timsalında isti qucaq tapdılar, şəfqətli ürək sahibinə qısıldılar.

***

Anadan qüsurlu doğulan, sağalmaz xəstəliklərə mübtəla uşaqların dərdi isə bir başqadır.

Valideyn onları nə ata bilir, nə saxlaya...

Nə müalicəsinə pul çatdırır, nə də dava-dərmanına!

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun xətti ilə bu sahənin bütün ağırlığını və qayğılarını öz çiyinlərinə götürdü!

Daun, talassemiya, hemofiliyalı xəstələrin müalicəsi, təminatı üçün neçə-neçə binalar tikildi, sağlamlıq mərkəzləri inşa olundu.

Bütün bunların sayəsində valideynlər böyük yükdən, sıxıntıdan, çarəsizlikdən qurtuldular.

Mehriban xanım Əliyevanın mərhəmət və qayğısının hədd-hüdudu, sərhədi yoxdur!

Bir qədər sonra başqa bir problem meydana çıxdı...

İnternat məktəblərində böyüyənlər müəyyən yaş həddinə çatdıqda, təhsillərini başa vurduqda oranı tərk etməli olurlar...

Lakin hayana?

Harada işləməyə, harada yaşamağa?

Çarəsizlik və ümidsizlik bəzilərinin həyatını korlayırdı...

Mehriban xanım Əliyevanın mərhəməti, Heydər Əliyev Fondunun dəstəyi sayəsində bu problem də çözüldü.

Bu qism gənclərdən ötrü bir neçə otaqdan ibarət çoxmərtəbəli yaşayış binaları tikildi, yeni həyata qədəm qoyanlara yeni mənzillər verildi.

Hətta bir qism talesiz gənc bir-biriləri ilə ailə həyatı quraraq yeni mənzil və iş yerləri hesabına ömürlərinin qalan hissəsini birgə keçirmək barədə qərar verdi.

Əsl xoşbəxtliklərinə qovuşdular!

Talesizliklərini Mehriban xanım Əliyevanın sayəsində daimi bəxtiyarlıqla əvəz etdilər!

Görün bunların savabı yerə-göyə sığarmı!

***

Özlərini "qədim", "mədəni" xalq adlandıran ermənilər Qarabağ münaqişəsinin ilk dövründən dünya KİV-ində şər-böhtan kampaniyası apararaq azərbaycanlıları "vəhşi xalq" adı ilə təqdim edirdilər.

Düşmən tərəfindən yaradılan bu stereotipləri   dağıtmaq vacib idi!

Mehriban xanım Əliyeva sözügedən məsələyə də öz töhfələrini verdi.

Həm də bütün dünyanın gördüyü, şahidi olduğu və qəbul etdiyi formada!

Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, bu qədimliyi və zənginliyi sübuta yetirən çoxsaylı maddi-mənəvi nümunələri də vardır.

Onların təqdiminin sovet dövründə mümkün olmayan formaları tapıldı.

UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərdiyi dövrdə Mehriban xanım Əliyeva mövcud imkanlardan səmərəli istifadə etdi.

Bir-birinin ardınca:

* Qobustan milli qoruğu;

* İçərişəhər memarlıq qoruğu;

* Azərbaycanın aşıq sənəti;

* Tar ifaçılığı sənəti və digərləri milli-mədəni abidələr kimi UNESCO-nun siyahısına salındı.

Beləliklə, həm onların Azərbaycan xalqının milli-mədəni sərvəti olduğu təsdiqləndi, həm qorunması təmin edildi, həm də turistlərin maraq dairələrinə yönləndirildi.

Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir sıra ölkələrində müxtəliftəyinatlı beynəlxalq əhəmiyyətli onlarla layihə gerçəkləşdirildi.

Bu layihələr həm dost ölkələrdə töhfə şəklində kömək məqsədilə icra olunurdu, həm də Azərbaycanın dünya mədəniyyəti nümunələrinin qorunmasına yardımının və diqqətinin təzahürünə çevrilirdi.

MƏSƏLƏN:

* Vatikanda müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü" barelyefi;

* Vatikan Bazilikasındakı katakombalarda yerləşən "Tullius Zethus" məqbərəsi;

* Vatikanda "Müqəddəs Komodiliya" katakombalarındakı mavzoley;

* "Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombalar bərpa olunub;

* Volqoqradda "Volqoqrad-Bakı Dostluq Parkı" salınıb;

* Həştərxanda "Meçta" uşaq kafesi yaradılıb;

* Həştərxanda Knyaz Vladimirin abidəsi ucaldılıb;

* Həştərxanda Azərbaycan və Rusiya Dostluq körpüsü salınıb;

* Həştərxanda "Arzu" uşaq əyləncə şəhərciyi yaradılıb;

* Sarayevoda "Dostluq parkı" salınıb.

Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası və digərləri ən uğurlu və önəmli layihələrdəndir.

***

Müharibə təkcə dağıntılara, ölüm-itimə səbəb olmur!

O həm də insanların bir qisminə sağalmaz yaralar vurur, həyat şəraitlərini kəskin şəkildə dəyişir, əzab və əziyyətlərə mübtəla edir.

Otuz ilədək davam edən Qarabağ müharibəsi də həmçinin.

Təkcə torpaqlarımız murdar ayaqların altında qalmadı...

Təkcə ev-eşiyimiz dağıdılaraq mal-mülkümüz tərac olunmadı...

Təkcə məscidlərimiz tövləyə çevrilmədi, qəbiristanlıqlarımız dağıdılmadı...

Təkcə yurd dərdi, Vətən həsrəti çəkmədik...

Həm də əzab-əziyyət çəkdik, tənə və qınaqlara tuş olduq!

İş tapmayanda dövlətin yardımına möhtac, normal yaşayışa həsrət qaldıq.

Belə ağır məqamlarda təkcə yardım yox, bir kəlmə ümidverici söz, arxamızda kiminsə dayandığını bilməyimiz də dərdimizə məlhəm oldu!

O ağır günlərdə Mehriban xanım Əliyeva məcburi köçkünlərin yaxınına, doğmasına çevrildi!

İndiyədək elə bir hal olmayıb ki, Mehriban xanım Əliyeva məcburi köçkünlərin hər hansı çağırış və müraciətinə biganə qalsın!

Ən ağır, ən çətin günlərdə biz Mehriban xanımı məcburi köçkünlərin yanında görmüşük!

Onlara dayaq durub, dəstək verib, əl tutub!

* Aprel müharibəsində mənfur düşmən Ağdamın ərazisini güclü mərmi atəşinə tutdu...

* 44 günlük Vətən müharibəsi başlayanda mənfur düşmən Gəncəni raket və mərmi atəşinə hədəf etdi.

Hər iki halda Mehriban xanım dinc vətəndaşlara həyan durdu, ürək-dirək verdi, yardım göstərdi, dağılmış evlərin tezliklə bərpası üçün əlindən gələni əsirgəmədi.

Mehriban xanımın dara düşənlərin yanında olmasının biz Şamaxı zəlzələsində də şahidinə çevrildik.

Onun necə insanlara can yandırdığını, hər vəchlə kömək istəyini müşahidə etdik.

Şəhid anaları, şəhid övladları Mehriban xanımı özlərinin qayğıkeşi, ən yaxın himayədarları sayırlar!

Bəzən bu böyük qəlb sahibinin şəhid ailələri ilə görüşərkən necə kövrəlməsindən riqqətə də gəlmişik...

***

Mehriban xanım Əliyeva 44 günlük Vətən  müharibəsinin iştirakçısı oldu.

Bir yerdə qərar tutub dayana bilmədi, hərdən hərbi paltar geyinərək hərbçilərlə görüşə də getdi.

Müharibədə şəhidlərlə bərabər, yaralılar da çox olur!

Həm də ən müxtəlif ağırlıq dərəcələrində.

Yaralı insana dərman qədər xoş sözlər də təsir edir!

Biz bunları həm də yarası sağalmış, yenidən normal həyata qayıtmış hərbçilərimizin dilindən dəfələrlə eşitmişik!

Mehriban xanım Əliyeva daim hospitallara baş çəkdi, yaralılarla həmsöhbət oldu, arzu və istəklərini yerinə yetirmək üçün əlindən gələni əsirgəmədi.

* Azərbaycanda sağalması müşkül olan bir çox yaralılar qardaş Türkiyəyə müalicəyə göndərildilər...

* Ağır xəsarət almış gənclərin həyatlarını yüngülləşdirmək üçün onlar ən müasir protezlərlə təmin olundular...

* Ehtiyacı olanların az vaxtda mənzil şəraiti yaxşılaşdırıldı…

Təkcə şəhid ailələri və qazilər deyil, hər bir Azərbaycan vətəndaşı Mehriban xanımın simasında Vətən müharibəsində iştirak etmiş insanlara qayğı və hörmətin şahidi oldu.

Dövlətin bu sahədəki siyasətinin ən fəal icraçılarından biri kimi Mehriban xanım Əliyeva mərhəmət, cəfakeş və qayğıkeşliyi ilə xalqın dərin və tükənməz məhəbbətini qazandı!

***

Əvvəlki fikrimizə qayıdırıq: Dövlət və Heydər Əliyev Fondu!

Bu qoşa qanad müstəqil Azərbaycanı yeni zirvələrə ucaldır!

Cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın timsalında!

Hələ qarşıda görüləsi çox iş var: Qarabağı və Şərqi Zəngəzuru bərpa edib dirçəltmək, Böyük qayıdışı uğurla başa çatdırmaq, saysız-hesabsız layihələri sürətlə reallaşdırmaq, xalqın firavan həyatını təmin etmək və s.

Birinci vitse-prezident kimi altı illik fəaliyyəti dövründə Mehriban xanım Əliyeva çox uğurlara imza atıb, çox istəkləri gerçəyə çevirib!

Ən əsası dövlət başçısı ilə yanaşı, hər bir Azərbaycan vətəndaşının qəlbində isti yuva qurub!

Bu əqidə və əməl birliyi Azərbaycan xalqını da yumruq kimi birləşdirib!

Şübhə etmirik ki, növbəti illərdə nailiyyətlərimiz daha da çoxalacaq, ürəyimizdəki arzuların hər biri dövlətimizin vətəndaş məmnunluğuna xidmət edən siyasəti sayəsində uğurla həyata keçəcəkdir.

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!