Dekarbonlaşma prosesi artıq seçim məsələsi deyil, bizim üçün vacibdir. Əlbəttə ki, bizim resurslarımız məhduddur və bu baxımdan atılan hər bir addım əsaslandırılmalı, ona dəstək verilməlidir. Bütün bunlar enerji sektoruna böyük sərmayələrin yatırılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
O vurğulayıb ki, uğurlu enerji keçid layihələri böyük maliyyə resursları tələb edir.
“Bərpaolunan enerji mənbələrinə gəldikdə, biz nəinki ətraf mühitlə bağlı olan problemləri həll edə bilərik, o cümlədən bizim enerji sistemimizin sabitliyini təmin edə bilərik. Aydın mesaj ondan ibarətdir ki, region öz yaşıl keçidini sürətləndirməlidir ki, Avropa İttifaqı bazarda rəqabətcil qalsın. Bu baxımdan əlbəttə ki, regional əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi imperativdir. Bu, yaşıl keçidi daha da sürətləndirə bilər. Əsas prioritetimiz elan edilmiş dekarbonizasiya proseslərini tətbiq etməklə enerji sabitliyi və təhlükəsizliyini təmin etməkdir. Ölkədə təbii qaz üzrə daha çox interkonnektorların yaradılması və bu enerji mənbəyinin vətəndaşlar, biznes subyektləri üçün əlçatan edilməsinə sadiqliyimizi bir daha bəyan edirik”, - deyə o qeyd edib.
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli 235 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində çaylardan sel keçib – FAKTİKİ HAVA
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
ADY gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
Gürcüstan Prezidenti ilə Milli Məclisdə görüş keçirilib
Süni zəka itmiş şəxslərin tapılmasına kömək edəcək
Milli Məclisdə Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol hərəkəti qaydalarına ciddi riayət edin, piyadalara qarşı diqqətli davranın
Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib
Fransa ilə Əlcəzair arasında münasibətlər daha da pisləşir
Riçard Armitacın ailəsinə
Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb
Türkiyə nümayəndə heyəti DOST Mərkəzi, reabilitasiya və sosial xidmət müəssisələri ilə tanış olub
Türkiyə XİN: Yunanıstanın “Dəniz Məkanlarının Planlaşdırılması”nda göstərdiyi bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında iki məsələ müzakirə edilib
Hulusi Akar: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər səmimiyyətə və qardaşlığa əsaslanır
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!