09 May 2024 02:47
1109
PARLAMENT
A- A+

Bolqarıstan Prezidenti Rumen Radev ilə Milli Məclisdə görüş

 

Milli Məclisin Sədri Sahibə Qafarova mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb. 
AZƏRTAC xəbər verir ki, Bolqarıstan Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra Milli Məclisdə Heydər Əliyev Muzeyinə baxan Bolqarıstan Prezidenti Rumen Radev Xatirə kitabını imzalayıb.
Milli Məclisin Sədri Sahibə Qafarova Bolqarıstan Prezidentinin səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfəsini verəcəyinə inamını ifadə edib.
Söhbət zamanı Azərbaycanın və Bolqarıstanın dost, strateji tərəfdaş ölkələr olduğu qeyd edilib. Münasibətlərimizin inkişafında həm ikitərəfli səviyyədə, həm də çoxsaylı yüksəksəviyyəli səfərlərin və görüşlərin önəmi diqqətə çatdırılıb. 
Bu gün ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək bir sıra mühüm sənədlərin imzalanmasının, bolqar iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyəti qeyd olunub. 
Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün kifayət qədər böyük potensial və çoxlu imkanlar var. 
Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən R.Radev ölkəmizin Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi vurğulayıb. O, "Həmrəylik Halqası" layihəsinin reallaşmasında Azərbaycanın mühüm rol oynadığını vurğulayıb. 
Söhbət zamanı ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji istehsalı və ixrac potensialı nəzərə alınaraq, bu istiqamətdə də əməkdaşlığın daha da genişlənəcəyinə inam ifadə olunub. 
Sahibə Qafarova Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib, qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin önəmini vurğulayıb.  
Görüşdə, həmçinin Azərbaycan ilə Bolqarıstan arasında humanitar əməkdaşlığın xüsusi məna və əhəmiyyət daşıdığı, son illər bu sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. 
Söhbət zamanı Azərbaycanın COP29-a evsahibliyi haqqında da fikir mübadiləsi aparılıb. 
Ali qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Bolqarıstanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.  Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video