16 Avqust 2025 08:15
2064
SİYASƏT
A- A+
Bölgəyə sülhün gəlməsi Rusiyanı niyə narahat edir?

Bölgəyə sülhün gəlməsi Rusiyanı niyə narahat edir?


Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ABŞ-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, iki ölkə arasında siyasi, diplomatik, iqtisadi, ümumiyyətlə, hərtərəfli strateji tərəfdaşlığın başlanğıcının qoyulması ilə yadda qaldı.   Azərbaycan Prezidentinin ABŞ-yə işgüzar səfəri  həm də Cənubi Qafqazda uzun müddətdir nail olunmağa çalışılan sülhün bərqərar edilməsi baxımından da əlamətdardır. 

Ağ Ev rəhbərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannamə imzalamaları, sülh sazişinin mətninin paraflanması yekun sülh sənədinin tezliklə imzalanacağını göstərir. Bakının sülh səyləri ilə Vaşinqtonda əldə olunan tarixi nailiyyətlər təkcə Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması baxımından deyil, ümumilikdə bölgəyə vəd etdiyi davamlı sülh şəraiti baxımından müstəsna əhəmiyyətə malikdir. 


Qərəzli siyasət


Lakin nədənsə Cənubi Qafqaz adına qazanılan bu uğurlar yürütdüyü aqressiv siyasəti ilə dünyada etibarlı tərəfdaşı, dostu qalmayan Rusiyanı narahat edir. Heç təsadüfi deyil ki, Vaşinqtondakı tarixi sülh sammiti dönəmində Rusiya Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sistemini, SOCAR-ın yanacaqdoldurma məntəqəsini növbəti dəfə hədəfə aldı və zərbələrə məruz qoydu. 

Xatırladaq ki, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edən zaman tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Bundan əvvəl də Rusiya Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirmiş,  daha sonra SOCAR-ın ofisinin yanına raket düşmüşdü. Bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq və ölkəmizə qarşı düşmənçiliyini isbat edən faktlardır.

Gerçəklikdir ki, Azərbaycan və Ermənistanın Ağ Evdə əldə etdikləri razılaşmalar heç bir halda region ölkələrinin mənafelərinə xələl gətirmir, əksinə, bölgədə sülh şəraitini formalaşdırır ki, bu da qarşılıqlı əlaqələrə, hərtərəfli  inkişafa böyük stimul verir. Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin "Fox News" telekanalına müsahibəsi zamanı Prezident İlham Əliyev də vurğulayıb ki, istər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar: "Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq".

Sözügedən telekanalın saytında dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlər əsasında yayımlanan materialda o da vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirilib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.  


Anti-Azərbaycan ritorikası faydasızdır


Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Rusiyanın bölgə  ilə bağlı mənfur planlarına sarsıdıcı zərbə vurub. Cənubi Qafqazı etnik zəmində bitmək bilməyən münaqişələrin, müharibələrin ocağı kimi görmək istəyən və bu istiqamətdə çirkin fəaliyyət göstərən şimal qonşumuzun mənfur planları artıq iflasa uğradılıb. 

Azərbaycan yürütdüyü çoxşaxəli və uzaqgörən diplomatik siyasəti ilə regionda güc balansını öz xeyrinə dəyişib. 8 avqustda Donald Trampın iştirakı ilə keçirilən Vaşinqton görüşü zamanı dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflanıb. Yekun sülh mətni hesab olunan bu sənədin Bakının irəli sürdüyü sülh şərtləri əsasında hazırlanması da diktə edən tərəfin məhz Azərbaycan olduğunu göstərir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın haqlı qələbəsini dünya gücləri də tanıyır və qəbul edir.  

Ölkəmiz üç onillik boyu apardığı haqq mübarizəsini ədalətli şəkildə həll etdi və Qarabağ münaqişəsini birdəfəlik bitirdi. Bununla da geniş perspektivdə Cənubi Qafqazda inkişafa və əməkdaşlığa yer açmış oldu. Heç də təsadüfi deyil ki, dünyanın supergüclü ölkəsinin rəhbəri Donald Tramp da Azərbaycanın səyləri ilə başladılan və müvəffəqiyyətlə irəlilədilən sülh prosesinə şəxsən dəstək verir.   

Ancaq imperiya təfəkkürü ilə siyasət yürüdən Rusiyanı Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qane etmir. Moskva əlində olan bütün təsir imkanlarını işə salaraq ölkəmizə təzyiq etməyə çalışır. Rusiyanın hava məkanında təyyarəmizin vurulması, Yekaterinburqda həmvətənlərimizə qarşı həyata keçirilən vandal davranışlar, absurd iddialarla ölkəmizə media savaşının açılması, Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin hədəfə alınması da qərəzin təzahürüdür. 

Sərnişin təyyarəmizi Qroznı üzərində vuran Rusiyadan  Azərbaycanın qətiyyətlə cavab tələb etməsi, ölkədəki güc strukturlarının burada yaşayan həmvətənlərimizə qarşı vandal davranışlarının hesabını sorması isə Moskvanı daha da özündən çıxarıb. Rusiyanın Əməkdar mədəniyyət işçisi və tanınmış jurnalisti Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi, Rusiya sülhməramlı kontingenti tərəfindən qeyri-qanuni şəkildə Xankəndidə quraşdırılan rəssam İvan Ayvazovskinin büstünün demontaj olunmasına Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun qərəzli yanaşma ortaya qoyması, bu ölkənin dövlət xəbər agentliyi olan TASS-da dərc edilmiş "informasiya"da Xankəndi şəhərinin "Stepanakert" adlandırılması, "Moskovskiy komsomolets" qəzetində yayımlanan qərəzli məqalədə Azərbaycanın nasist Almaniyası ilə müqayisə edilməsi və sadalamadığımız çoxsaylı çirkin faktlar da şimal qonşumuzun anti-Azərbaycan ritorikasını ortaya qoyur. 

Yuxarıda sözügedən müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında "Azərbaycan Hava Yolları"nın 8243 saylı təyyarəsinin vurulmasından danışan Prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür: "Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik".

Yəni Azərbaycan qətiyyətlə Rusiyadan haqqı olanı tələb edir. Rusiya isə qəzanın üzərindən səkkiz ay keçməsinə baxmayaraq, hələ də məsuliyyətini dərk etmək və Azərbaycanın haqlı tələblərini yerinə yetirmək istəmir. Təbii ki, şimal qonşumuzun bu rəzil siyasəti strateji müttəfiq olan ölkələrimiz arasındakı əlaqələrə zərbə vurmaqdan başqa heç nəyə yaramır. Bundan itirənin daha çox Rusiya tərəfi olacağı isə heç kəsdə şübhə doğurmayan reallıqdır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!