05 Avqust 2025 08:07
615
SİYASƏT
A- A+
Bölgədə sülh və sabitlik üçün əlverişli şərait yaranıb

Bölgədə sülh və sabitlik üçün əlverişli şərait yaranıb


Son beş il ərzində Azərbaycanın qazandığı qələbələr ümumilikdə regionda dayanıqlı sülh üçün mühüm zəmin formalaşdırıb.Təhlükəsizliyin qarantı olaraq yerləşdiyi coğrafiyanı xarici qüvvələrin bitməyən mənfur planlarından xilas edən ölkəmiz prinsipial və qətiyyətli müstəqil siyasəti ilə bölgədə yeni reallıqlar yaradıb. 

Hələ 44 günlük Vətən müharibəsi dövründə, eləcə də 2023-cü ildə keçirilmiş antiterror tədbirləri zamanı bölgədə maraqları olan xarici güclər layiqincə yerlərinə otuzduruldu. Azərbaycana qarşı qeyri-dost hərəkət sərgiləyənlər, düşmən mövqedə dayananlar, təcavüzkara dəstək verənlər niyyətlərinə çata bilmədilər. Torpaqlarımız işğaldan azad olundu, dövlət suverenliyimiz təmin edildi. Qarabağ və Şərqi Zəngəzurda yaradılan "boz zona"ya son qoyuldu. 

Bu minvalla onilliklər boyu adı qaynar münaqişə bölgəsi kimi hallanan Cənubi Qafqaz nəhayət ki, rahat nəfəs almağa başladı. Hazırda regionda əməkdaşlıq, qarşılıqlı əlaqələr, rifah, tərəqqi üçün yaranmış hərtərəfli şərait də məhz Azərbaycanın ortaya qoyduğu sarsılmaz iradənin nəticəsidir.


Bu, yeganə seçimdir


2023-cü ildən sonra Azərbaycan ilə Ermənistanın münasibətlərinin normallaşması istiqamətində də nəzərəçarpacaq irəliləyişlərə nail olunub və bu prosesin üçüncü tərəflərə lüzum görülmədən həyata keçirilməsi diqqətçəkən məqamdır. Məlumdur ki, həm münaqişə, həm də postmünaqişə dövründə məhz tərəflər arasında vasitəçilik etmək istəyən dairələrin qərəzli mövqe sərgiləmələri barışın əldə edilməsinə birbaşa maneə yaradan amillərdən olub. 

Ötən müddətdə İrəvanın dildə sülh tərəfdarı olduğunu deməsi, reallıqda isə revanşa hazırlaşması və sülhdən yayınması da Fransa kimi xarici himayədarlarının verdiyi siyasi, hərbi dəstəyin nəticəsi idi. Bir tərəfdən sülh danışıqlarında tərəf kimi iştirak etmək üçün çaba göstərən Fransa digər tərəfdən Ermənistanı silahlandırmaqla sülhə əngəl yaradıb. Bu günlər Fransa Milli Assambleyasında ölkəmizlə bağlı qərəzli qətnamə layihəsinin hazırlanması da Cənubi Qafqazda kövrək sülh mühitini pozmaq niyyəti güdür. Bədnam qətnamə iyulun 22-də Fransa Milli Assambleyasındakı "Sağ Respublikaçılar" qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri LoranVokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten  tərəfindən irəli sürülüb. Başdan-başa yalan və iftira üzərində qurulan qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütovlüyü şübhə altına alınır. 

Ancaq erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı təşkil olunan qərəz kampaniyaları iflasa məhkumdur. Çünki indiyə qədər havadarlarının çaldıqları havaya həvəslə oynayan, siyasi iradə ortaya qoymağı bacarmayan rəsmi İrəvan artıq anlayır ki, sülhdən başqa çıxış yolu yoxdur. Azərbaycanla yeni müharibə hərtərəfli tənəzzül yaşayan, Vətən müharibəsində hərbi  gücü darmadağın edilən Ermənistanın bir dövlət olaraq məhvi anlamına gəlir. Ermənistan 44 günlük müharibə zamanı da gördü ki, xarici himayədarları ona heç bir kömək edə bilmirlər. Azərbaycanın qətiyyətli siyasi, diplomatik siyasəti qərəzli güclərə əl-qol açmağa imkan vermədi.  


Proses geridönməz xarakter alıb


Eləcə də İkinci Qarabağ müharibəsindən sonra qərəzli xarici güclərin Ermənistan üzərindən bölgədə yenidən münaqişə, müharibə ocağı qalamaq istəyi özünü büruzə verməyə başladı. Avropa İttifaqının "müşahidə missiyası"nın bölgəyə yerləşdirilməsi də bunun tərkib hissəsidir. Halbuki Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə yerinə yetirərək beynəlxalq hüququ təmin edib və bununla bölgədə münaqişəyə son qoyub. Yəni bu "missiya"nın bölgədə müşahidə edəcəyi hər hansı qarşıdurma, münaqişə, müharibə mövcud deyil.  

Cənubi Qafqazda sülhün təşəbbüskarı rəsmi Bakıdır. Azərbaycanla Ermənistan  arasında sərhədlərin delimitasiya və demarkasiyasına start verilməsi, sərhəd dirəklərinin quraşdırılması, sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesinin yekunlaşması, həmçinin Ermənistan-Azərbaycan normallaşma prosesində ikitərəfli dialoqlara başlanılması məhz ölkəmizin sülh səylərinin uğurlu nəticələridir. Həmçinin  Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi şəhərində keçirilən görüşü sülh müqaviləsinin imzalanması istiqamətində atılan mühüm addımdır. Görüşdə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı müzakirələr aparılması da bunu təsdiqləyir.  

 III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Prezident İlham Əliyev söyləmişdi ki, bu iki məsələ - Ermənistan Konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, - həll edilən kimi sülh müqaviləsi imzalana bilər: "Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq". 

Dövlət başçısı hesab edir ki, bu proses geridönməz xarakter alıb: "Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik. Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq..."

Vurğulayaq ki, sülh istiqamətində əldə olunan bu müsbət irəliləyişlərə beynəlxalq birlik də dəstəyini bildirir. Əbu-Dabidə Ermənistan ilə Azərbaycan liderlərinin ikitərəfli görüşündən dərhal sonra ABŞ tərəfindən bölgədə sülh səylərinin dəstəkləndiyi ilə bağlı açıqlama verilməsi bunun təsdiqidir. Həmçinin ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağına inandığını bildirməsi, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş tərəfindən Əbu-Dabi görüşünün bölgədə dayanıqlı sülhə gedən yolda ciddi irəliləyiş, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilməsi də  görüşün dünyada geniş rezonans doğurduğundan xəbər verir. 

Göründüyü kimi, sülh təşəbbüsçüsü olaraq Azərbaycanın yürütdüyü məqsədyönlü siyasət yerləşdiyi coğrafi bölgənin yenidən münaqişə, müharibə ocağına çevrilməsinin qarşısını qətiyyətlə alır. Bütün bunlar isə Cənubi Qafqaza sabitlik və inkişaf vəd edir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!