28 Sentyabr 2025 08:00
634
SİYASƏT
A- A+
BMT tribunasından birliyə və həmrəyliyə çağırış

BMT tribunasından birliyə və həmrəyliyə çağırış


Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə qlobal müstəvidə etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional əməkdaşlığın dərinləşməsinə xidmət edən təşəbbüsləri uzun illərdir bölgədə və daha geniş coğrafiyada davamlı və dayanıqlı inkişafa töhfə verir. Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyev BMT-nin yüksək tribunasından müasir və qüdrətli Azərbaycanın təqdimatını etdi.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, otuz il ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycan Vətən müharibəsində parlaq Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa edib. Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında tarixi qələbəmizdən və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrdən, qurtuluş müharibəsi ilə işğala necə son qoyulduğundan bəhs edərək müharibədə və sülh prosesində mütləq qələbə qazanan müasir, qüdrətli, dinamik inkişaf edən Azərbaycanı dünyaya təqdim etdi. 

Ölkə rəhbəri çıxışında Azərbaycanın müdrikliklə həyata keçirdiyi enerji siyasətindən də söz açdı. Komitə sədri dedi ki, prezident çıxışında qeyd etdiyi kimi, Azərbaycan boru kəməri vasitəsilə Qərbi qazla təmin edən ölkələr sırasında dünyada birinci yeri tutur: "Təbii ki, məhz ölkə başçısının uzaqgörənliyi sayəsində icra olunan nəhəng enerji layihələri Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə böyük töhfə verib. Azərbaycan qazı bu gün dünyanın 14 ölkəsinə nəql olunur ki, onların da əksəriyyəti Avropa ölkələridir. Həmçinin bu gün Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya nəql olunur. Bu da ölkəmizin enerji bazarlarında artan rolunun göstəricisidir".

COP29 kimi mötəbər tədbiri Azərbaycanın bir ildən az müddətdə uğurla təşkil etdiyini deyən Şahin İsmayılov bildirib ki, beynəlxalq konfransa 80 dövlət və hökumət başçısı, ümumilikdə isə 76 mindən çox iştirakçı qatılıb. Azərbaycanın uğurlu sədrliyi nəticəsində COP29 böyük nailiyyətlərə imza atdı, tarixi nəticələr qazandı.

Komitə sədri qeyd edib ki, ölkəmiz uzun illərdir beynəlxalq aləmə inteqrasiya prosesini milli maraqlar nəzərə alınmaqla inkişaf etdirir: "Təbii ki, beynəlxalq təşkilatlarla münasibətlərin daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindəndir. 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2023-cü illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun əyani göstəricisidir". 

Ş.İsmayılov vurğulayıb ki, ədalət, sabitlik, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycanı zirvələrə çatdıran Prezident İlham Əliyev nitqinin sonunda verdiyi mesajla bütün dünya xalqlarını ortaq gələcəyimiz naminə birliyə və həmrəyliyə çağırıb.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!