02 Mart 2024 13:04
248
CƏMİYYƏT
A- A+
BMT-nin ətraf mühit üzrə Assambleyasında 15 qətnamə qəbul olunub  

BMT-nin ətraf mühit üzrə Assambleyasında 15 qətnamə qəbul olunub  

 

BMT-nin ətraf mühit üzrə altıncı Assambleyasının (UNEA-6) iştirakçıları iqlim dəyişikliyi, havanın çirkləndirilməsi ilə mübarizə, habelə təbiəti bərpa etmək əzmini bir daha təsdiq ediblər. Ölkələr nazirlər səviyyəsində verilən yekun deklarasiyada plastiklə cirkləndirməyə qarşı mübarizə üzrə beynəlxalq sənəd ətrafında danışıqlar aparılması öhdəliyini götürüblər.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın ətraf mühit üzrə Assambleyasının Nayrobidə keçirilən iclası 15 qətnamənin və kimyəvi maddələr və tullantılarla lazımi davranış qaydaları, çölləşmənin qarşısının alınması, torpaqların deqradasiyası, habelə su ehtiyatlarının qorunması sahəsində siyasətin gücləndirilməsi məsələlərini əhatə edən iki qərarın qəbul edilməsi ilə başa çatıb.

Yekun sənəd – nazirlər Deklarasiyasında BMT-yə üzv dövlətlər plastik çirkləndirilməsi ilə bağlı hüquqi cəhətdən icbari beynəlxalq sənədin işlənib hazırlanması üzrə birgə danışıqların aparılması öhdəliyini götürüblər.

Son iclasda Assambleyanın sədri, Mərakeşin enerji keçidi və davamlı inkişaf naziri Leyla Benali yekun mətni hazırlamağa imkan verən “konstruktiv əməkdaşlığa, çevikliyə və kollektiv zəkaya” görə bütün nümayəndə heyətlərinə təşəkkür edib.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) baş direktoru İnqer Andersen xalis sıfır emissiyaya keçid, münaqişələr zamanı və sonra ətraf mühitin qorunması, kimyəvi maddələrin və tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və qum və toz fırtınaları ilə mübarizə üçün zəruri olan metallar və minerallar üzrə qətnamələrin əhəmiyyətini vurğulayıb.

“Bizim, həmçinin beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin qarşısını almaq, təbiəti və Yer kürəsini bərpa etmək və çirklənmədən azad dünya yaratmaq öhdəliyini bir daha təsdiqləyən nazirlər bəyannaməsi var”, -deyə o əlavə edib.

Assambleya ətraf mühitlə bağlı məsələlər üzrə dünyanın ən yüksək qərar qəbul edən orqanıdır və 193 üzv dövləti birləşdirir. Bu qurumun qətnamələri hüquqi qüvvəyə malik olmasa da, onlar qlobal ekoloji sazişlər və milli siyasətlərin inkişafı yolunda mühüm ilk addım kimi qiymətləndirilir.

İnqer Andersen mətbuat konfransında bununla bağlı qeyd edib ki, bir çox qətnamələr dərhal beynəlxalq qanunlara və ya milli qaydalara çevrilməyəcək, lakin keçmiş təcrübəyə əsaslanaraq deyə bilərik ki, bu, ortamüddətli perspektivdə baş verəcək. O əlavə edib: “İnanıram ki, bu qətnamələrə əsaslanaraq, biz gələcəyi dəyişə biləcəyik”.

Assambleyanın altıncı sessiyasında 182 ölkədən 7 min nümayəndə, o cümlədən 170 nazir, həmçinin ekspertlər, fəallar və sənaye dairələrinin nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!