25 İyul 2025 12:47
531
DÜNYA
A- A+
BMT-nin dayanıqlı inkişaf üzrə yüksəksəviyyəli forumu başa çatıb  

BMT-nin dayanıqlı inkişaf üzrə yüksəksəviyyəli forumu başa çatıb  


BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dayanıqlı inkişaf üzrə yüksəksəviyyəli forum (HLPF) başa çatıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə üzv dövlətlər, vətəndaş cəmiyyəti nümayəndələri və BMT agentlikləri arasında bir həftə yarım davam edən əsaslı müzakirələrin yekununa dair Bəyannamə qəbul edilib. ABŞ və İsrail sənədin əleyhinə səs verib, Paraqvay və İran isə bitərəf qalıb.

Bəyannamənin mətnində deyilir: “BMT-nin 2030-cu il Gündəliyi davamlı inkişafa nail olmaq və üzləşdiyimiz çoxsaylı böhranların aradan qaldırılması üzrə əsas yol xəritəsi olaraq qalır”.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müşaviri Junhua Li üzv dövlətlərin bu Bəyannaməni “çoxtərəfli qətiyyətin güclü təsdiqi” kimi qəbul etməsini yüksək qiymətləndirib. O əlavə edib: “Bu HLPF-dən irəliyə doğru yol göstərmək üçün yenilənmiş qətiyyət, paylaşılan imkanlar və gücləndirilmiş məsuliyyət hissi ilə ayrılırıq”.

HLPF 2010-cu ildən bəri hər il keçirilir və BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən 2030-cu il Gündəliyinin bir hissəsi kimi 2015-ci ildə qəbul edilmiş və daha ədalətli və əhatəli dünya yaratmağa çalışan 17 Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə irəliləyişləri və ya çatışmazlıqları müzakirə etmək məqsədi daşıyır.

Bu il forum bu məqsədlərdən beşi - yaxşı sağlamlıq və rifah, gender bərabərliyi, layiqli iş və iqtisadi inkişaf, su altında həyat və tərəfdaşlıq üzərində dayanıb.

Bəyannamədə üzv dövlətlər bildiriblər ki, həmin məqsədlərə nail olmaq üçün vaxt tükənir. BMT Baş katibinin HLPF-nin ilk günündə açıqlanan hesabatına əsasən, 2030-cu ilə qədər SDG-lərin yalnız 18 faizi ümid doğurur, onların yarıdan çoxu isə çox yavaş templərlə yerinə yetirilir.

Üzv dövlətlər davamlı inkişafa maneçilik törədən yoxsulluğun rolunu və inkişaf gündəliyinin bütün aspektlərini təhdid edən pisləşən iqlim böhranını xüsusi vurğulayıblar. Bəyannamədə bu iki problem dünyanın üzləşdiyi “ən böyük qlobal çağırışlar” adlandırılıb.

Hökumətlərin sülhün təşviqində oynamalı olduğu rolu vurğulayan SDG-nin 16-cı maddəsinə uyğun olaraq, üzv dövlətlər təsdiq ediblər ki, inkişafın ilkin şərti kimi sülhün reallaşdırılması üçün güclü idarəetmə və tərəfdaşlıq vacibdir. “Biz başa düşürük ki, davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz, dayanıqlı inkişaf olmadan isə sülh və təhlükəsizlik risk altında olacaq”, -deyə sənəddə bildirilir.


Fəaliyyət Planı


Çoxtərəfliliyə qarşı maneələr ilə bağlı üzv dövlətlər bəyan ediblər ki, Bəyannamə BMT-nin bu il qeyd olunan 80-ci ildönümündə çoxtərəfliliyə sadiqliyinin təsdiqidir. Daha yaxşı bir dünyaya nail olmaq məqsədilə Fəaliyyət Planının əhəmiyyəti vurğulanıb. Hökumətlər və vətəndaş cəmiyyətinə bu istiqamətdə təcili tədbirlər görülməsi tövsiyə edilib: “Biz heç kimi geridə qoymadan insanlar, planet, firavanlıq, sülh və tərəfdaşlıq naminə Fəaliyyət Planını həyata keçirmək üçün təcili hərəkətə keçəcəyik”.


Fərqlər, dialoq və həll yolları


ECOSOC-un prezidenti Bob Rey etiraf edib ki, Bəyannamə çox gərgin müzakirələrdən sonra qəbul olunub və səslənən fikir ayrılıqları aradan qaldırılmalıdır. “Gəlin açıq danışaq. Gender, irq, rəng və ya məzhəbdən asılı olmayaraq, hamımızın bərabərliyi davamlı inkişaf, insan hüquqları və çoxtərəfli sistemimizin etibarlılığı üçün əsasdır”,- deyən Şuranın prezidenti cəsarət və liderlik tələb edən yeni dialoqa təcili ehtiyac olduğunu vurğulayıb. O, BMT Nizamnaməsinə işarə edərək deyib ki, suveren dövlətlərin hüquqları ilə digər azadlıq və hüquqların universallığı arasında tarazlıq olmalıdır. Eyni zamanda, qlobal birliyin ən çox geridə qalan üzvlərinə diqqət daha da artırılmalıdır. “Bu gün stres şəraitində, yoxsulluğun sərhədində və aclıq içində yaşayan çoxlu insan var. Biz başa düşməliyik ki, əsas vəzifəmiz onlara yardım etməkdir”, -deyə Rey vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!