18 Oktyabr 2025 12:21
703
DÜNYA
A- A+
Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində  

Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində  

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Argentinanın “Real Politik” xəbər agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb. Məqalədə qeyd olunub ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını qeyd edib. Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Diqqətə çatdırılır ki, Roma Papası XIV Leo Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib. Papa Leo Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü bildirib, onların əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Pontifik ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, Vatikanın bu birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərini Azərbaycana səfərə dəvət edib və bu jest Roma Papası tərəfindən məmnunluqla qarşılanıb.

Argentinanın “Radio María” xəbər və onlayn radio portalı da Mehriban Əliyeva Papa XIV Leonun görüşünü diqqətdə saxlayıb. Qeyd olunub ki, bu görüş Vatikan ilə Azərbaycan arasında yaxşı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm bir addımdır.

Yazıda Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşdüyü, tərəflərin qarşılıqlı maraq doğuran mövzuları müzakirə etdikləri bildirilib. Vatikanın Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasını yüksək qiymətləndirdiyi, regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyi diqqətə çatdırılıb. Eyni zamanda, mədəni sahədə əməkdaşlıq və Katolik Kilsəsinin ölkədəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

İtaliyanın “Eurasiaticanews” portalının materialında isə Azərbaycanın Birinci vitse-prezidentinin oktyabrın 16-da Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdiyi və həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu bildirilib. Qeyd olunub ki, mərasimdə Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri də iştirak edib.

Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilənin 2021-ci il martın 4-də imzalandığı xatırladılıb. Bildirilib ki, konservasiya işləri Komodilla katakombalarını inkişaf etdirmək məqsədi daşıyıb. Buradakı bərpa işləri işçilərin sağlamlığı üçün “yaşıl məhsullar”ın istifadəsi, nanotexnologiya ilə hazırlanmış məhsulların konsolidasiya edilməsi və boyalı səthlərdə lazer texnologiyasının istifadəsi daxil olmaqla ən qabaqcıl üsullar və metodologiyalar əsasında yerinə yetirilib. İstifadə olunan bütün materiallar yeraltı mühitlə yüksək uyğunluğu üçün seçilib.

Vurğulanır ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:40
13 Avqust

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb

18:35
13 Avqust

Gürcüstanlı gənclər Diaspor Gənclərinin VII Yay Düşərgəsindən zəngin təəssüratlarla qayıdıblar

18:30
13 Avqust

Sabahdan Bakıda 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır 

18:25
13 Avqust

Böyük Britaniyada sığınacaq axtaranların daha bahalı ərazilərdə yerləşdirilməsi planlaşdırılır

18:20
13 Avqust

Naxçıvanın yeni inkişaf modeli: iqtisadi tərəqqi və geniş logistik imkanlar

18:15
13 Avqust

Xəzərin Netçala sahilində növbəti təmizlik aksiyası keçirilib

18:10
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!