09 Dekabr 2025 13:50
260
CƏMİYYƏT
A- A+
Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb  

Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb  


Şirvan şəhərinin Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhimov Cəmil Nizami oğlunun xatirəsi anılıb.

Şəhər rəhbərliyinin, regional təşkilatların, idarə və müəssisələrin əməkdaşlarının, şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən ŞİH-nin başçısı İlqar Abbasov bildirib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir, xalqımız heç zaman Vətən naminə canını qurban vermiş şəhidləri unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. Qeyd edib ki, möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra itkin şəhidlərin nəşlərinin tanınması və ailələrinə təhvil verilməsi istiqamətində aparılan işlər şəhidlərimizin xatirəsinə olan ehtiramının nümunəsidir.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev,  DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid ataları Alim Zülfüqarov və Rəhim Hüseynov şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar. Şəhidin döyüş yoldaşları isə Cəmil Rəhimovla bağlı xatirələrini bölüşüblər. 

Qeyd edək ki, şəhid kiçik çavuş Cəmil Rəhimov 1969-ci il iyun ayının 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1992-ci il martın 4-də cəbhə xəttinə yola düşüb,1992-ci il mayın 8-də Şuşa uğrunda aparılan döyüş əməliyyatlarında itkin düşüb.

Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış araşdırmalar zamanı 33 ildir itkin düşmüş hesab olunan və yalnız bu il şəxsiyyəti müəyyənləşdirilən şəhidin nəşi Şirvana gətirilib, noyabrın 30-da şəhərdəki Şəhidlər xiyabanında dəfn edilib.

  “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK  

12:55
13 Yanvar

Siyasi şərhçi: Çinin Cənubi Qafqaz regionu ilə münasibətləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir VİDEO  

12:44
13 Yanvar

Kamran Əliyev: Bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər  

12:42
13 Yanvar

Nazir: Azərbaycan ixracının 46,7 faizi İtaliyanın payına düşür

12:31
13 Yanvar

Baş prokuror: Prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır  

12:01
13 Yanvar

Kamran Əliyev: Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək  

11:47
13 Yanvar

“Citigroup”: Qızılın qiyməti 5000 dollara yüksələ bilər  

11:30
13 Yanvar

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

Ötən gün 64 cinayətin açılması təmin edilib  

11:22
13 Yanvar

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb  

11:21
13 Yanvar

Sudanlı nazir müavini “ASAN xidmət”də  

11:19
13 Yanvar

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb  

11:17
13 Yanvar

Rusiya ordusu Ukrayna ərazisinə kütləvi hava hücumu edib, ölənlər və yaralananlar var  

11:14
13 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

10:51
13 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib  

10:48
13 Yanvar

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

10:31
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:21
13 Yanvar

N hərbi hissəsində taktiki təlim keçirilib  

10:18
13 Yanvar

Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

10:16
13 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:11
13 Yanvar

Azərbaycan nefti cüzi bahalaşıb  

10:06
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!