12 Fevral 2025 08:55
454
İQTİSADİYYAT
A- A+
Bir vaxtlar perspektivsiz ucqar dağ rayonu sayılan Lerik

Bir vaxtlar perspektivsiz ucqar dağ rayonu sayılan Lerik


BU GÜN ILDƏN-ILƏ ABADLAŞAN, AQRAR SEKTORU INKIŞAF EDƏN MÜASIR TURIZM BÖLGƏSIDIR


Dağlar diyarı Lerikdə qış sərt keçir. Düzdür, bu ilin yanvar ayında burada da havalar nisbətən mülayim oldu. Amma fevral ayı girən kimi Kiçik çillə özünü göstərdi. Dağların başını duman aldı, güclü qar yağmağa başladı. 

Lerik RİH başçısının müavini Habil Məlikov bildirdi ki, qarın qalınlığı 80 santimetrdən çoxdur: "Elə buna görə də işığın verilməsində, avtomobil yollarında və digər sahələrdə müəyyən problemlər yaranıb. Lakin istər canlı qüvvə, istərsə də texnika baxımından bütün imkanlar  səfərbər edilərək yaranan çətinlikləri aradan qaldırmağa çalışırıq". Bununla belə, o da var ki, qar xeyir-bərəkətdir. Atalar onu haqsız yerə taxılın yorğanı adlandırmayıblar ki... 

Dəmyə şəraitində taxıl yetişdirən lerikli fermerlər üçün Allahın göndərdiyi bir nemətdir bu qar. Ümumiyyətlə, qışda qarın, şaxtanın təkcə taxıla deyil, bütünlükdə kənd təsərrüfatına xeyri var. O cümlədən heyvandarlığın inkişafına təsiri böyükdür. Yazda qar əridikdən sonra dağlar, yamaclar yamyaşıl ota, gül-çiçəyə bürünür ki, bu da bol yem ehtiyatı deməkdir. Eyni zamanda arı saxlayanlar da qar yağanda sevinirlər. Bütün bunlardan əlavə, belə havalarda torpaqda olan ziyanvericilər, qurd-quş məhv olub gedir. 

İndi Lerikdə keçən ilin nəticələrini təhlil edərək cari ilin vəzifələrini müəyyənləşdirirlər. Keçən ili isə rayon üçün uğurlu hesab etmək olar. İqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı üzrə ötən il rayonda 3 min 427,9 hektarda dənli-paxlalı bitki məhsulları yetişdirilmiş və 7 min 458,5 ton məhsul əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 21,7 sentner olmuşdur. Belə ki, 2 min 959,5 hektar buğda sahəsinin hər hektarından 22,3, 126,4 hektar arpa sahəsinin hər hektarından 20, 135 hektar çovdar sahəsinin hər hektarından 19 sentner məhsul götürülmüşdür. Eyni zamanda 176 hektar noxud, lobya, lərgə, paxla sahələrindən ümumilikdə 2 min 706, 1906,7 hektar bostan-tərəvəz sahələrinin hər hektarından 142 sentner olmaqla cəmi 27 min 89 ton məhsul götürülmüşdür. Dəmyə şəraitində yetişdirilən 1548 hektar kartof sahəsindən 22 min 446 ton məhsul yığılmışdır. 542,4 hektar meyvə bağından isə 1691 ton müxtəlif növ meyvə toplanmışdır. 

Son məlumata görə, rayon üzrə 37,6 min baş qaramal, 82,5 min baş davar, 172,4 min baş müxtəlif növ quş var. Keçən il rayonda 5 min 186,4 ton ət, 3 min 89,6 ton süd, 188 ton yun, 11 milyon 180 min ədəd yumurta tədarük edilmişdir. Bunlarla bərabər, 15 mindən çox arı ailəsindən 140 ton bal alınmışdır. Qeyd edək ki, həmin məhsulların çoxu Bakıda təşkil olunan "Kənddən şəhərə" yarmarkalarına çıxarılmışdır. 

Məlumdur ki, kənd təsərrüfatının inkişafı əsasən suvarma suyunun vaxtında verilməsindən asılıdır. Lerikdə isə məhsulların əksər hissəsi dəmyə şəraitində yetişdirilir. Bununla bərabər, son illər əkinlərin suvarılması sahəsində rayonda müəyyən işlər görülmüşdür və bu işlər davam edir. Azərbaycan Su Ehtiyatları Agentliyinin sifarişi ilə artıq rayonda 10 artezian quyusu qazılmışdır. Qarşıdakı illərdə Buruq, Murya, Barzavu, Soru, Bradi, Siyov, Nuravid, Blaband, Tikəband, Pirəsora, Kələzan, Qosmalian kəndlərində də belə quyuların qazılması nəzərdə tutulmuşdur. Bundan əlavə, bəzi ərazilərdə qar və yağış sularını toplayıb saxlayan anbarlar mövcuddur. Həmin ərazilərdə əkilən məhsulun yetişdirilməsində bu sulardan istifadə edilir. 

Lerikdə əhalinin sosial həyat şəraiti ildən-ilə yaxşılaşır. Bu baxımdan rayonun yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilməsi ölçüyə gəlməyən bir işdir. Leriklilər ömürləri boyu onların da evində mavi alovun şölələnməsini arzu edirdi. Prezidentin qərarı ilə onların bu istəyi reallaşdı. İndi rayonun 61 yaşayış məntəqəsi qazla təmin olunur. Hazırda isə daha 3 kənddə qazlaşdırma işləri görülür. Ordahal qazpaylayıcı məntəqəsinə yaxın olan Kirəvud, Böyükəndil, Gürdəsər, Laman, Şingədulan, Lərmərud, habelə digər bir istiqamətdə - qazdaşıyıcı xətt ətrafında olan Şonaçola, Qələsər, Hoveri, Divağac kəndlərinin qazlaşdırılması üçün bütün texniki məsələlər, layihə-smeta sənədləri hazırlanmışdır. Təbii qazın verilməsi ilə bağlı təbiətin ağciyərləri hesab edilən ağacların, meşələrin də canı, həyatı baltadan xilas edilir.  

Tikinti-quruculuq, abadlıq sahəsində də görülən işlər səngimir. Bunun sayəsində Lerik şəhərinin bir sıra küçələrində istinad divarları inşa edilmiş, səkilər təzələnmiş, pilləkənlər yenilənmiş, işıqlandırma sistemi yenidən qurulmuşdur. Lerik-Lənkəran avtomobil yolunun Lerik şəhəri ilə Noda kəndini birləşdirən ərazisində, Piran kəndinin mərkəzində yeni işıqlandırma dirəkləri basdırılmışdır. Şəhərin kənarında məişət tullantılarının utilizasiyası üçün yeni zavod poliqonu inşa olunmuşdur. Bunlardan savayı, uşaqların istirahətinin səmərəli təşkili ilə bağlı rayon mərkəzində uşaq-əyləncə mərkəzi salınmış, müxtəlif növ attraksionlar quraşdırılmışdır. 

Çayrud, Tikəband, Soru və Monidigah kəndlərində də yerli əhalinin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə  abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir. Çayrud, Tikəband, Gürdəsər, Cəngəmiran və Monidigah kəndlərinin mərkəzi küçələrində 400-dən çox işıqlandırma dirəyi qoyulmuş, Monidigah, Biləvər, Nüvədi və Digah kəndlərinə gedən yolda körpülər salınmış, Biləvər, Əvilə, Durğan, Küçəkəran, Veri-Əliabadi, Siyov, Dizdipok, Qılqılov və başqa kəndlərə gedən avtomobil yolları 52 nömrəli "Yol-İstismar" MMC-nin dəstəyi ilə təmir edilmiş, Noda kəndinə gedən avtomobil yolunun 2,2 kilometrlik hissəsinə asfalt döşənmiş, Sipyəreğon kənd sakinlərinin müraciətinə əsasən, Vizəzəmin kəndinə gedən avtomobil yolunun üzərində piyadalar üçün keçid körpüsü qoyulmuşdur. 

Ötən il həmçinin rayon ərazisində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə kampaniyaları həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin doğum günü, Zəfər Günü və digər tarixi günlərlə əlaqədar Lerik şəhərində, Əliabad, Cəngəmiran, Piran, Çayrud, Molaban kənd inzibati ərazi dairələrində, avtomobil yollarının kənarlarında, meşəətrafı sahələrdə, yaşayış məntəqələrinin ərazisində 15 mindən çox müxtəlif növ ağac əkilmişdir. 

Turizmə gəldikdə onu qeyd edə bilərik ki, "Relax", "Təbəssüm", "Meşəbəyi" və digər turizm istirahət mərkəzlərində yeni hotellər, istirahət meydançaları tikilir, yenidənqurma işləri aparılır. "Cənub" turizm istirahət-əyləncə mərkəzinə məxsus 1 hektar torpaq sahəsində ilkin dəyəri 1,1 milyon manat olan və hər birinin ümumi sahəsi 60, yaşayış sahəsi 50 kvadratmetr 4 nəfərlik 30 kottecin tikintisi isə artıq başa çatmışdır. Həmçinin Noda-Şingədulan-Xanagah yolunun 3-cü kilometrliyində iş adamı tərəfindən "Asəf" ailəvi istirahət mərkəzi inşa edilmişdir. Bunlardan başqa, digər bir iş adamının təşəbbüsü ilə Şingədulan kəndində Lerik Atçılıq Mərkəzi inşa olunmuşdur. Burada Qarabağ, ingilis, Kabardin-Balkar və s. cinslərdən olan 10 baş at bəslənilir. Mərkəzdə 5 nəfər rayon sakini daimi işlə təmin edilmişdir. Lerik şəhərində inşa edilən "Lerik-Palace" şadlıq sarayında isə son tamamlama işləri aparılır. 

Bunlar keçən il Lerikdə görülən işlərin qısa xronikasıdır. Rayon əhalisi ölkə iqtisadiyyatına töhfə vermək, daha çox kənd təsərrüfatı məhsulu istehsal etmək, yaxşı işləyərək yaxşı yaşamaq yolunu seçmişdir. Bir də leriklilər bu il daha yüksək nəticələr əldə etmək üçün qüvvə və imkanlarını səfərbər ediblər. Yaxşı başlanğıc isə uğurların təməlidir. 


Seyran CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!