09 Sentyabr 2026 13:17
82
CƏMİYYƏT
A- A+
Bir uşağın həyatını dəyişən ailə

Bir uşağın həyatını dəyişən ailə


Bəzən bir uşağın ehtiyacı böyük imkanlardan deyil, sadəcə onu gözləyən bir evdən, qayğı göstərən bir ailədən və özünü təhlükəsiz hiss edəcəyi bir mühitdən ibarət olur. Azərbaycanda “Himayədar ailə” modeli məhz belə uşaqların ailə istiliyindən uzaq qalmaması məqsədi daşıyır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu institutun təbliği məqsədilə bir sıra rayon və şəhərlərdə yerli sakinlərlə görüşlər keçirilib. Qax, Bərdə, Biləsuvar, Şirvan, Salyan, Saatlı, Göyçay və Neftçalada təşkil olunan görüşlərdə 300-dən çox vətəndaş iştirak edib.

Görüşlərdə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailə mühitinin yaratdığı imkanlardan danışılıb. Bildirilib ki, “Himayədar ailə” modeli uşaqların yalnız gündəlik qayğı ilə təmin olunmasını deyil, onların fiziki, psixoloji və sosial inkişafının dəstəklənməsini də nəzərdə tutur. İştirakçılara himayədar valideyn olmaq üçün müraciət qaydaları, namizədlərə qoyulan tələblər və seçim mərhələləri barədə ətraflı məlumat verilib.

Əslində, bu modelin arxasında sadə, amma çox böyük bir fikir dayanır: hər uşağın böyüyəcəyi bir ailə mühitinə, qayğıya və özünü aid hiss edəcəyi bir evə ehtiyacı var.


Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

13:25
09 Sentyabr

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq

13:23
09 Sentyabr

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir 

13:20
09 Sentyabr

Bir uşağın həyatını dəyişən ailə

13:17
09 Sentyabr

Messi futbolçu kimi yox, klub sahibi kimi qayıdır

13:15
09 Sentyabr

Əhalinin gəlirləri artır: orta əməkhaqqı 1176 manatı keçib

13:10
09 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda

13:06
09 Sentyabr

İqtisadiyyata kredit qoyuluşları 34 milyard manatı ötüb

12:56
09 Sentyabr

İqtisadiyyata kredit qoyuluşları 34 milyard manatı ötüb

12:56
09 Sentyabr

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil

12:53
09 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub

12:50
09 Sentyabr

Xəzər geri çəkilir, Bakı Limanı hərəkətə keçir 

12:47
09 Sentyabr

Gəncədə beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılarla görüş keçirilib

12:45
09 Sentyabr

Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb

12:43
09 Sentyabr

Daşkəsəndə 3 gün davam edən tibbi aksiyadan 322 nəfər yararlanıb

12:40
09 Sentyabr

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

12:35
09 Sentyabr

Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır 

12:30
09 Sentyabr

Azərbaycan Vyetnam şirkəti ilə 200 meqavatlıq külək enerjisi layihəsini müzakirə edib

12:25
09 Sentyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

12:20
09 Sentyabr

BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb

12:15
09 Sentyabr

Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

12:13
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!