20 May 2025 09:20
533
DÜNYA
A- A+
Bir tərəfdən də aclıq...

Bir tərəfdən də aclıq...


Dünyada 295 milyon insan qida çatışmazlığından ölüm təhlükəsi ilə üzləşib


Dünyanın həssas bölgələrində kəskin ərzaq qıtlığı altıncı ildir ki, artmaqda davam edir. Bu barədə Qida böhranları üzrə qlobal hesabatda deyilir. 2024-cü ilə qədər 295 milyondan çox insan münaqişələr, iqtisadi sarsıntılar, ekstremal iqlim şəraiti və kütləvi köçkünlük nəticəsində sağ qalmaq üçün mübarizə aparırdı.

Məlumata görə, 53 ölkə və ərazidə 295 milyondan çox insan kəskin aclıqla üzləşib ki, bu da əvvəlki illə müqayisədə 13,7 milyon nəfər çoxdur. Xüsusilə rahatsızlıq doğuran odur ki, artıq beşinci ildir kəskin ərzaq çatışmazlığı ilə üzləşən əhalinin xüsusi çəkisi 20 faizi ötüb. 2024-cü ildə bu rəqəm 22,6 faizə çatıb. BMT təsnifatına görə, beşinci mərhələ - fəlakətli aclığın astanasında olan insanların sayı rekord həddə çataraq 1,9 milyon nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Bu, 2016-cı ildə monitorinqlər başlayandan bəri ən yüksək göstəricidir. Vəziyyət xüsusən Yəmən, Mali, Qəzza zolağı və Sudanda kəskindir. Həmin ərazilərdə uşaqlar arasında qida çatışmazlığının kritik səviyyələri qeydə alınıb. Başqa sözlə, 5 yaşınadək təxminən 38 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.

Digər rahatsızedici tendensiya məcburi köçkünlər arasında aclıqdır. Evlərini məcburən tərk edən 128 milyon insanın təxminən 95 milyonu ərzaq böhranı yaşayan ölkələrdədir. Bu sıraya Konqo Demokratik Respublikası, Kolumbiya, Suriya və Sudan kimi ölkələr daxildir.

Bu gün uzun müddətdir davam edən böhranlarla yanaşı, daha yeni bir fenomen baş verir: humanitar maliyyələşdirmənin kəskin azalması. BMT-nin Baş katibi Antonio Quterreş deyib: "Qida böhranları üzrə qlobal hesabatın bu buraxılışı dünyanın yanlış və təhlükəli istiqamətdə getdiyinə dair daha bir açıq xəbərdarlıqdır". Baş katib bildirib ki, bu gün dünya uzun müddət davam edən böhranlardan başqa, daha bir problemlə üz-üzədir. Bu, həyatları xilas edən humanitar maliyyələşdirmənin kəskin azalmasıdır. Problem təkcə mövcud mexanizmlərdə deyil, problem bəşəriyyətin tutduğu mövqedədir: "XXI əsrdə aclıq bir fenomen olaraq mövcud olmamalıdır. Biz aclardan üz döndərə bilmərik".

Ərzaq böhranının əsas amilləri arasında münaqişələr mərkəzi yer tutur. Bu, 20 ölkədə 140 milyon insana təsir edən kəskin aclığın əsas səbəbidir. Sudanda kütləvi açlıq artıq təsdiqlənib, Haiti, Mali, Qəzza və Cənubi Sudan isə "qaynar nöqtələr" kimi tanınıb. Bundan əlavə, iqtisadi şoklar, o cümlədən inflyasiya və devalvasiya 15 ölkədə 59,4 milyon insana təsir edib. 2023-cü ildən bir qədər azalma olsa da, bu səviyyə hələ də pandemiyadan əvvəlki səviyyədən, demək olar ki, iki dəfə çoxdur. Fəsadlar xüsusilə Əfqanıstan, Yəmən, Suriya və Cənubi Sudanda kəskin olub. Həmçinin ekstremal hava hadisələri, o cümlədən El Ninyo prosesi 18 ölkədə qida böhranına səbəb olub, əsasən Cənubi Asiya, Afrika və Afrika Buynuzu olmaqla 96 milyondan çox insana təsir edib.

2025-ci il üçün proqnoz heç də ürəkaçan deyil - Qlobal şəbəkə qida və qida böhranlarına cavab vermək üçün lazım olan humanitar maliyyənin indiyə qədər ən kəskin şəkildə azalacağını proqnozlaşdırır. Hesabat müəllifləri vurğulayırlar ki, artan böhran dairəsini qırmaq üçün yanaşmada qəti dəyişiklik - faktlara əsaslanan və nəticəyə yönələn tədbirlərə keçid tələb olunur. Bu, resursların birləşdirilməsi, effektiv həll yollarının genişləndirilməsi, habelə yardımı planlaşdırarkən və həyata keçirərkən təsirə məruz qalan icmaların ehtiyaclarının və rəylərinin nəzərə alınması deməkdir. Qida böhranlarına qarşı qlobal şəbəkə həmçinin həssaslığın əsas səbəblərini aradan qaldırmaq və şoklara davamlıq yaratmaq üçün yerli qida sistemlərinə və inteqrasiya olunmuş qidalanma xidmətlərinə investisiya qoyuluşunu tələb edir. Bu, xüsusən kənd sakinlərinin 70 faizə qədərinin yaşayışı kənd təsərrüfatından asılı olan regionlar üçün aktualdır.

Məlumat üçün bildirək ki, qida böhranlarına qarşı qlobal şəbəkə Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, hökumət və qeyri-hökumət təşkilatlarını birləşdirən beynəlxalq alyansdır. Onun üzvləri qida böhranlarının qarşısını almaq və aradan qaldırmaq üçün birlikdə çalışırlar. Aparıcı humanitar və əməliyyat strukturlarının, beynəlxalq maliyyə institutlarının, üzv dövlətlərin və müvafiq təşkilatların qarşılıqlı əlaqədə olduğu bu unikal platforma resursları və bilikləri birləşdirərək yoxlanılmış, sübuta əsaslanan yanaşmalardan istifadə etməklə aclığın miqyasını azaltmaq və nəticədə yox etməyi hədəfləyir.


Rizvan CƏFƏROV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qazturbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

04:58
26 May

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

04:57
26 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:56
26 May

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

04:44
26 May

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

23:01
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

22:36
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!