05 Avqust 2026 16:44
844
CƏMİYYƏT
A- A+
Bir əsrlik xidmət: 107 il əmək hüquqlarının keşiyində

Bir əsrlik xidmət: 107 il əmək hüquqlarının keşiyində


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tarixinin 107-ci ildönümünü qeyd edir.

AZƏRTAC xəbər verir ki, əmək hüquqlarının qorunması sahəsində dövlət nəzarətinin əsası 1919-cu il avqustun 5-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Həmin tarixdə Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində Əmək Müfəttişliyi yaradılıb. Bu addım əməyin mühafizəsi, əməkhaqqı, əmək mübahisələri və işçi hüquqlarının müdafiəsi istiqamətində sistemli dövlət nəzarətinin əsasını formalaşdırıb.

Müstəqillik illərində bu institut yeni inkişaf mərhələsinə qədəm qoyub. 1997-ci ildə Dövlət Əmək Müfəttişliyi yaradılıb, 2011-ci ildə isə onun bazasında Dövlət Əmək Müfəttişliyi Xidməti təsis edilib. Elə həmin il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Xidmət haqqında” Əsasnamə təsdiq olunaraq fəaliyyətinin hüquqi çərçivəsi müəyyənləşdirilib.

Bu gün Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, eləcə də fiziki şəxslər – işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Xidmət əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir, qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərir.

Fəaliyyət zamanı xidmət mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, yerli özünüidarəetmə orqanları, eləcə də beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. Xidmətin vahid sistemini Aparat, regional bölmələr, tabeliyində fəaliyyət göstərən "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidməti təşkil edir.

Son illərdə rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatlar əmək münasibətlərində yeni mərhələnin başlanğıcı olub. Elektron həllərin tətbiqi, riskəsaslı və qabaqlayıcı nəzarət mexanizmlərinin genişləndirilməsi əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin daha şəffaf, operativ və səmərəli həyata keçirilməsinə imkan yaradıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin missiyası innovativ metodlarla əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirmək, riskəsaslı və preventiv mexanizmlərlə əmək hüququ pozuntularının, istehsalat risklərinin və peşə xəstəliklərinin qarşısını almaq, hər kəs üçün əlçatan xidmətlər təqdim etməklə təhlükəsiz və dayanıqlı əmək münasibətləri mühiti formalaşdırmaqdır.

Qanunçuluq, bərabərlik, şəffaflıq və hesabatlılıq, korrupsiyaya qarşı sıfır tolerantlıq, peşəkarlıq, operativlik, sosial tərəfdaşlıq və innovativlik prinsiplərini rəhbər tutan Dövlət Əmək Müfəttişliyi Xidməti bu gün də əmək münasibətləri sahəsində müasir çağırışlara cavab verən, risklərin qarşısının alınmasına əsaslanan və vətəndaş məmnunluğunu prioritet hesab edən fəaliyyəti ilə ölkədə sağlam və təhlükəsiz əmək mühitinin, etibarlı əmək münasibətlərinin və işçi hüquqlarının təmin olunmasına töhfə verməyə davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!