16 Sentyabr 2023 02:01
5871
Təhsil
A- A+
Bilik Günü münasibətilə tədbir keçirilib

Bilik Günü münasibətilə tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov I kurs tələbələri ilə görüşüb.  Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aİİ-nin rəhbəri Aqil Şirinov I kurs tələbələrini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Rektor qeyd edib ki, tələbələr təhsil aldıqları illəri səmərəli keçirsələr, elmin, biliyin faydasını dərk etsələr, öz işlərinin peşəkarları olacaqlar. 
İnstitut rəhbəri vurğulayıb ki, anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev hər zaman gənc nəslin sağlam böyüməsinə, təhsilinə, həyatda layiqli yer tutmasına qayğı və diqqətlə yanaşmışdır.  
Aqil Şirinov daha sonra Aİİ-də tələbələr üçün yaradılmış şəraitdən, təhsilin səviyyəsindən danışıb, tələbə-müəllim münasibətlərinə toxunub. Bildirib ki, yeni tədris ilində tələbələr dərslərindən əlavə, müxtəlif əlavə pulsuz kurslarda da iştirak edə biləcəklər. Buna nümunə kimi ərəb və ingilis dilləri, həmçinin peşə hazırlığı kurslarını qeyd etmək olar. 
Ali təhsil müəssisəsi tərəfindən təşkil olunan yay və qış məktəbləri barədə söhbət açan Aqil Şirinov qeyd edib ki, semestr ərzində müvəffəqiyyət göstəricisi yüksək olan tələbələr bu layihələrdə iştirak edib, ölkəmizin müxtəlif regionları ilə tanış olmaq, elmi seminarlarda iştirak etmək imkanı qazanacaqlar. 
Aİİ rəhbəri həmçinin semestr ərzində ən yüksək göstəricilərə nail olan tələbələrə veriləcək təqaüdlər barədə də danışıb. Bildirib ki, tələbələr təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar. "Dinşünaslıq" ixtisası üzrə təhsil alan, semestr ərzində yüksək göstəricilərə malik olan 1 (bir) tələbə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təsis etdiyi, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF)  tərəfindən ödənilən - Ümummilli Lider Heydər Əliyev adına təqaüddən; "İslamşünaslıq" ixtisası üzrə təhsil alan, yüksək göstəricilərə malik olan 1 (bir) tələbə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsis etdiyi Şeyxülislam təqaüdündən; yüksək göstəricilərə malik olan 3 (üç) tələbə akademik Vasim Məmmədəliyev adına təqaüddən yararlanacaqlar. Həmçinin MDTF-nin tələbələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ayırdığı maddi yardımdan da bəzi tələbələr faydalana biləcəklər.
Rektor həmçinin vurğulayıb ki, tələbələr tədris ili ərzində pulsuz kitab, ödənişsiz yemək və digər xərclərlə də təmin olunurlar.
Sonda Aİİ-yə yüksək balla qəbul olan tələbələrə mükafatlar təqdim edilib.

"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!