24 Oktyabr 2025 09:15
501
İQTİSADİYYAT
A- A+
Bəşəriyyətin ən böyük sınağı

Bəşəriyyətin ən böyük sınağı


Qlobal iqlim dəyişikliyi okean və dənizlərə ciddi təhdiddir


İqlim dəyişikliyi artıq gələcəyin deyil, bu günün problemidir. Qlobal istiləşmə sadəcə elmi anlayışdan çıxıb, hər gün hiss etdiyimiz reallığa çevrilib. Yer kürəsinin temperaturu yüksəldikcə qütblərdə buzlaqlar əriyir, okeanlar istiləşir, fırtınalar və quraqlıqlar isə getdikcə daha dağıdıcı hal alır. 

Bu proses bəşəriyyətin ən böyük təbii sərvəti - su və həyat mənbəyi olan okeanları ciddi təhlükə ilə üz-üzə qoyur. Artıq bu, yalnız təbiətin deyil, həm də insanların, heyvanların və bütövlükdə planetdəki həyatın gələcəyini təhdid edir.

Yerin səthinin təxminən 70 faizini əhatə edən okeanlar planetin iqlim sistemində mühüm rol oynayır. Okeanlar havanı tənzimləyir, karbon qazını udur, həyatın ritmini qoruyur. Lakin son onilliklərin müşahidələri göstərir ki, okean sularının orta temperaturu tarixdə görünməmiş səviyyəyə çatıb. Alimlərin hesablamalarına görə, son 50 ildə okeanların udduğu istilik enerjisi insan sivilizasiyasının bütün enerji istehsalından dörd dəfə çoxdur. Bu isə buzlaqların əriməsini, dəniz səviyyəsinin qalxmasını, təbii fəlakətlərin daha dağıdıcı hal almasını, bioloji müxtəlifliyin, qida və su resurslarının azalmasını sürətləndirir.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına əsasən, atmosferdəki karbon qazının səviyyəsi 2024-cü ildə rekord həddə çatıb. Bu, daha uzunmüddətli istiləşmə və ekstremal hava şəraiti ilə nəticələnib. Yeni Zelandiya ətrafında aparılan müşahidələr göstərir ki, okean sularının temperaturu qlobal orta göstəricidən 34 faiz daha sürətlə artır. 1982-2023-cü illər arasında bölgədə hər onillikdə 0,16-0,26 dərəcə yüksəlib. Bu artımın əsas səbəbi kimi Cənub qütbündəki axınların istiləşməsi göstərilir.

Tədqiqatçıların bildirdiyinə görə, okeanlar istixana qazlarının buraxdığı enerjinin 90 faizini udur. Qrenlandiyada və Antarktidada hər il təxminən bir trilyon ton qütb buzunun əriməsi dəniz səviyyəsinin qalxmasına gətirib çıxarır. Bu, sahilyanı ölkələr və adalar üçün birbaşa fəlakət təhlükəsi deməkdir.

Bu yay Sakit okeanın şimalında tarixdə ən yüksək su temperaturu qeydə alınıb. İyul-sentyabr aylarında səthin istiliyi 2022-ci ildəki rekordu 0,25 dərəcə keçib. Bu artım Aralıq dənizindən təxminən on dəfə böyük bir ərazini əhatə edib. Alimlər bildirirlər ki, əsrin sonuna qədər dünyada təxminən 3,1 dərəcə istiləşmə gözlənilir.

Daha bir narahatedici fakt da odur ki, 23 ölkədən 160 alimin hesabatına əsasən,  okeanlardakı riflərin 80 faizindən çoxu ekstremal okean temperaturundan zərər çəkib. Əgər qlobal orta səth temperaturu 1,2 dərəcədən yuxarı qalxarsa, mərcan riflərinin əksəriyyəti məhv ola bilər. Halbuki riflər okean həyatının təxminən dörddəbirini dəstəkləyir. Onların yox olması milyonlarla növ canlı üçün ölüm hökmü deməkdir.

BMT və Avropa İttifaqının elmi agentliklərinin məlumatına görə, orta qlobal temperatur artıq sənayedən əvvəlki dövrə nisbətən 1,3-1,4 dərəcə artıb. Son iki il isə müşahidələr tarixində ən isti illər kimi qeyd olunub. Nəticədə dənizin isti dalğaları planetin riflərinin 84 faizinin ağarmasına, bir çoxunun isə məhv olmasına səbəb olub.

Təhlükə təkcə riflərlə məhdudlaşmır. Alimlər xəbərdarlıq edirlər ki, temperaturun daha da artması Şimali Atlantik okeanında mülayim iqlimi təmin edən əsas axının - AMOC-un pozulmasına gətirib çıxara bilər. Bu axın dayanarsa, Avropa qitəsində iqlim dəyişər, qışlar sərtləşər və təbiət tarazlığı pozular. Exeter Universitetinin ekoloqu Tim Lenton bildirir: "Təəssüf ki, iqlim və biosferdə dəyişikliklər sürətlə baş verir. Amma bəşəriyyət hələ də bu gedişi dayandıra bilər. Bunun yolu qazıntı yanacaqlarından imtina edib bərpaolunan enerjiyə keçiddən keçir".

Bu istiqamətdə müəyyən ümid işıqları da görünür. Məsələn, "Ember" qeyri-kommersiya analitik mərkəzinin məlumatına əsasən, 2025-ci ildə ilk dəfə olaraq bərpaolunan enerji mənbələri hesabına kömürdən daha çox elektrik enerjisi istehsal olunub. Bu, gələcəyə doğru atılan mühüm addımdır.

Mütəxəssislər bildirirlər ki, iqlim böhranı ilə mübarizə aparmaq və onun dağıdıcı təsirlərinin qarşısını almaq üçün 2100-cü ilədək temperatur artımını 2 dərəcənin altında saxlamaq zəruridir. Bu məqsədə çatmaq isə yalnız bir ölkənin, bir təşkilatın və ya bir fərdin işi deyil - bütün bəşəriyyətin ortaq məsuliyyətidir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları - COP sessiyaları mühüm əhəmiyyət kəsb edir. 2015-ci ildə Fransada keçirilmiş COP21 konfransında qəbul olunan Paris İqlim Sazişi sənayedən əvvəlki dövrə nisbətən qlobal istiləşməni 1,5 dərəcə Selsidə saxlamaq məqsədini ortaya qoyub.

Azərbaycan da bu sazişə qoşulmuş, üzərinə düşən öhdəlikləri ardıcıl şəkildə yerinə yetirən ölkələrdəndir. İqlim dəyişikliyinin fəsadlarının, istixana qazı emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin və enerji səmərəliliyinin artırılması istiqamətində ölkəmiz mühüm layihələr həyata keçirir. 2024-cü ildə COP29-un Bakıda keçirilməsi isə həm diplomatik uğur, həm də Azərbaycanın dünyaya verdiyi güclü ekoloji mesaj oldu. Bu konfransda qəbul edilən qərarlar qlobal iqlim siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Emissiyaların azaldılması, kömürdən imtina və bərpaolunan enerji strategiyalarına keçid istiqamətində atılan addımlar insanlığın gələcəyini müəyyənləşdirəcək.

Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji zonası"nın yaradılması da bu böyük missiyanın bir parçasıdır. Günəş, külək və su enerjisi layihələri bu bölgələri ekoloji sabitliyin və yenidənqurmanın rəmzinə çevirəcək. Bu gün hamımızın evi olan planetimizin sabahı naminə atılan hər bir addım gələcəyə dəyərli töhfədir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!