Dünya tarixində çox sayda müharibələr olub. Müharibənin isə öz qanunları var. Əsgər əsgərlə döyüşər, dinc əhali hədəf alınmaz, mülki obyektlər dağıdılmaz. Ancaq neyləyək ki, ermənilər müharibəni də öz xislətlərinə uyğun aparırlar.
2020-ci ilin müxtəlif zamanlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərə, Gəncəyə, Bərdəyə çox sayda "Smerç", "Toçka-U", "Elburus" və "Qrad" tipli raketlər atıldı. Bu şəhərlər cəbhə xəttindən xeyli uzaq məsafədə yerləşir. Düşmən terroru böyük faciəyə səbəb oldu. Uşaqlar, qadınlar, qocalar, günahsız insanlar həyatla vidalaşdılar.
Müəllifi erməni faşistləri olan Bərdə terroru öz miqyası, ağrı-acısı ilə daha dəhşətli idi. 2020-ci il sentyabrın 27-dən oktyabrın 10-dək Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə 70-dən çox müxtəlif təyinatlı raket atılmışdır. Nəticədə 28 nəfər dinc sakin ölmüş, 108 nəfər yaralanmışdır.
Ermənilərin terrorçu xislətini, onların xüsusi amansızlıqla törətdikləri qanlı faciəni yaddaşlara bir daha həkk etmək üçün olanları xronoloji ardıcıllıqla xatırlamağı məqsədəuyğun hesab edirik:
5 oktyabr 2020-ci ildə Bərdə şəhərinə "Elburus" və "Qrad" raketləri atılmış, 2 nəfər ölmüş və 6 nəfər yaralanmışdır.
8 oktyabr 2020-ci ildə Qasımbəyli kəndində 2 "Smerç" və 2 "Elburus" raket zərbələri endirilmiş, nəticədə 6 nəfər dinc sakin yaralanmışdır.
27 oktyabr 2020-ci ildə Qarayusifli kəndinə 2 "Smerç" və 2 "Elburus" raketləri atılmış, 5 nəfər kənd sakini həlak olmuş, 14 nəfər yaralanmışdır.
28 oktyabr 2020-ci ildə Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan çoxsaylı ballistik raketlər böyük faciə törətmiş, 20 dinc sakin həyatını itirmiş, 82 nəfər isə yaralanıb müxtəlif xəsarətlər almışdır.
7 noyabr 2020-ci ildə rayonun Nəcəfqulubəyli kəndinə atılan raket 1 nəfər dinc sakinin ölümünə səbəb olmuşdur.
Bax, erməni faşizminin cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdə rayonunda törətdiyi qanlı terrorun ürək dağlayan acı mənzərəsi təxminən belədir. Qarabağı otuz il işğal altında saxlayan erməni ordusu şanlı Azərbaycan əsgərinin qisas əməliyyatları nəticəsində darmadağın oldu. 44 günlük müharibədə igidlərimiz erməniləri diz çökdürdü. Müzəffər Ali Baş Komandanın "dəmir yumruğ"u düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur etdi. Doğrudur, qələbə qurbansız olmur. Say-seçmə oğullar itirdik, şəhidlər verdik. Amma əyilən qəddimizi düzəltdik, xəcalətdən qurtulduq. Qarabağı azad edib itən qürurumuzu qaytardıq. Oğul itirən şəhid anasının "Təki Vətən yaşasın" kəlməsi milyon-milyon ürəklərə yenilməz təpər oldu.
Neyləyək ki, qismətimizə namərd qonşular düşüb. Başı qaçmış ermənilərin təxribatları bu gün də davam edir. İmza atdığı məlum müqavilənin şərtlərini yerinə yetirməyən, silahlı qüvvələrini Qarabağdan çıxaracağı barədə öhdəliyinə əməl etməyən Ermənistan rəhbərliyi bir yandan yeni döyüş əməliyyatlarına göstəriş verir, digər tərəfdən isə aparıcı dünya dövlətlərinə yalvarıb döyüşləri dayandırmağa köməklik istəyir. Bu, riyakarlığın, simasızlığın son mərhələsidir!
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bərdə terroru sonrası xalqa, Bərdə camaatına başsağlığı verərək əmin etdi ki, düşməndən layiqli qisas alınacaq, bu qan yerdə qalmayacaq. Bu, kişi sözü, müzəffər sərkərdənin verdiyi vəd idi. Və bu şərəfli vədin ardınca 44 gün davam edən şanlı savaşın uğurları sıralandı...
Bu gün Bərdədə şanlı Qələbənin doğurduğu xoş ovqat yaşanır. Amma təbii ki, heç kim unudulmur, heç nə yaddan çıxmır. İnsanlar axın-axın faciə baş verən meydana axışır, günahsız qurbanların xatirəsini ehtiramla yad edirlər. Biz xoşbəxtik ki, Azərbaycan kimi qüdrətli dövlətimiz, vətənimizi təhlükədən qorumağa qadir güclü ordumuz var.
Lazım QULİYEV,
"Azərbaycan"
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Ağdam rayonunda mina hadisəsi baş verib
Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib
ANAMA-nın əməkdaşı minaya düşüb
Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib
“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Almaniyanın ən məşhur gölü quruyur
HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb
Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!