Belə verilişlər bizə lazımdırmı?
Bir tamaşaçı kimi hər hansı televiziya verilişinə baxanda insanı daxilən zənginləşdirən fikirləri öyrənməyə çalışıram. Lakin ölkənin özəl telekanallarının əksər verilişlərində buna rast gəlmirəm.
Götürək elə özünü "ən baxımlı" kanal adlandıran "ATV"-nin "Onun yarısı" verilişini. Bu veriliş ilk baxışda tamaşaçını cəlb etsə də, mahiyyət etibarı ilə gəncləri şou əhval-ruhiyyəsi ilə aldatmağa çalışır.
Bir neçə dəfə görmüşəm ki, evlənmək üçün studiyaya gələn 20 yaşlı oğlana hələ evlənməyin tez olduğunu desələr də, 18 yaşlı qızı bəxtini axtaranların arasında əyləşdirirlər.
Eşitdiyimə, bildiyimə görə bizim ata-analarımız yaxından tanıdığı ailə ilə qohum olmağa çalışıblar. Qızın və oğlanın nəsli-nəcabəti, əxlaqı ilə maraqlanıblar. Bəs indi necə olur ki, bütün telekanalların toy şouları bu müqəddəs ənənənin bayağı və primitiv daşıyıcılarına çevriliblər? Necə olur ki, dünyagörüşü, səviyyəsi fərqli və hətta müxtəlif yaşlı insanlar bir zalda kəbin "ovuna" çıxırlar? Axı bizim əxlaqımız ona köklənib ki, böyüyün böyük, kiçiyin kiçik yeri olur. Yerimiz bu teleşoulardakı kimi qarışıq düşəndə böyük-kiçik arasında əsrlər boyu hörmətlə yanaşdığımız fərqlər itir. Bu verilişin böyüyü də, kiçiyi də, aparıcıları və alqışlayanları da düşünə bilən tamaşaçının gözündə cılızlaşırlar. Bir az darıxan, bekar qalanlar belə verilişə baxanda vaxtı ilə birlikdə tədricən mənəviyyatını da öldürür. Təəssüf ki, bunu hamı hiss etmir.
Yaxşı olmazmı ki, dünyanın hər yerində olduğu kimi, belə verilişlərin prodüserləri getsinlər bir zalı icarəyə götürüb, evlənmək istəyənləri orda görüşdürüb müqəddəs dəyərləri aşağılamasınlar.
O ki qaldı yüksək reytinqə, onu fikrimcə, təlekanalların sorğu xidmətlərinin meyarları ilə yox, zəngin və müqəddəs dəyərlərimizlə təyin etsinər.
Türkan HƏSƏNOVA,
Odlar Yurdu Universitetinin tələbəsi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Blinken yenə İsrailə gedir
27 Aprel
"Hizbullah"ın vacib simalarından biri öldürülüb
27 Aprel
Helikopter qəzası: Ölənlər var
27 Aprel
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!