01 Mart 2024 18:08
366
İDMAN
A- A+

"Bayer 04" klubu "Qarabağ"la matç üçün iştirak ərizəsini UEFA-ya təqdim edib


Almaniyanın "Bayer 04" klubu Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la keçirəcəyi matç üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
"Report"un qitə futbol qurumunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, baş məşqçi Xabi Alonso iştirak ərizəsinə 31 futbolçunun adını daxil edib.
Onlardan 23-ü A, 8-i B siyahısında yer alıblar.
Qapıçılar: Lukas Hradeçki, Matey Kovar, Niklas Lomb, Yesper Şliş, Luka Novodomski;
Müdafiəçilər: Yosip Stanişiç, Pierrot İnkapiyer, Conatan Tah, Odilon Kossunou, Edmond Tapsoba, Artur, Alexandro Qrimaldo, Ceremi Frimponq, Daniel Lanq;
Yarımmüdafiəçilər: Yonas Hofmann, Roberd Andrix, Florian Virtz, Ezekiel Palasias, Qustavo Puerto, Qranit Caka, Frankis Onyeka, Enes Yılmaz, Ayman Aurir;
Hücumçular: Borxa İqlesias, Patrik Şik, Natan Tella, Amin Adli, Viktor Bonifeys, Adam Hlozek, Ken İzekor, Noa Peş.
Qeyd edək ki, "Qarabağ" "Bayer 04" ilə martın 7-də Bakıda, martın 14-də isə Leverkuzendə qarşılaşacaq. 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video