19 Sentyabr 2022 14:34
423
DÜNYA
A- A+

Bayden 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir, lakin hələ “qəti qərar qəbul etməyib”

 

ABŞ Prezidenti Co Bayden CBS teleşirkətinə müsahibəsində bildirib ki, o, ikinci prezidentlik müddətinə namizədliyini irəli sürmək niyyətindədir, lakin hələ “qəti qərar qəbul etməyib”.

AZƏRTAC xəbər verir ki, Bayden “60 dəqiqə” televiziya verilişinin efirində deyib: “Qulaq asın, dediyim kimi mənim ilkin niyyətim belədir ki, yenə namizədliyimi irəli sürəcəyəm. Lakin bu, yalnız niyyətdir. Namizədliyimi yenidən irəli sürməyi qəti qərara almışammı? Bunu hələ aydınlaşdırmaq lazımdır”.

Bayden və onun müşavirləri dəfələrlə bəyan ediblər ki, Ağ evin rəhbəri 2024-cü ildə namizədliyini irəli sürmək niyyətindədir. O vaxt onun 81 yaşı olacaq. Bununla belə onlar siyasətçinin öz niyyətini reallaşdırıb- reallaşdırmayacağını qəti bildirməkdən çəkiniblər. Baydenin özünün bəyanatına görə, bu qeyri-müəyyənlik seçki kampaniyasının maliyyələşdirilməsi haqqında qanunlarla bağlıdır, çünki həmin qanunlar namizəddən donorlar barədə informasiyanın açıqlanmasını və vəsait toplanmasının məhdudlaşdırılmasını tələb edir.

Bayden deyib: “Mən taleyimdən çox razıyam. Hazırda öz işimi yerinə yetirirəm və bunu davam etdirməyə hazırlaşıram. Çox ehtimal ki, növbəti seçki dövrəsindən sonra (2022-ci ilin aralıq seçkiləri nəzərdə tutulur) necə hərəkət etməyi gələn il qərara alacağam”. Baydenin ikinci müddətə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə şayiələr hələ 2020-ci ildə, ilk dəfə qalib gələndən sonra yayılmağa başlanıb. Həmin seçki kampaniyası dövründə Bayden “Demokratlar Partiyasının liderlərinin növbəti nəsli üçün körpü olmağa çalışacağını bildirirdi, lakin bu il inflyasiyanın artması fonunda onun reytinqinin aşağı düşməsi Demokratlar Partiyasından olan siyasətçilərin çoxunu belə deməyə məcbur edib ki, Baydenin öz siyasi karyerasını başa çatdırması vaxtıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video