22 İyul 2025 18:16
524
CƏMİYYƏT
A- A+
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada görüşlər keçirib  

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada görüşlər keçirib  


İki ölkə prokurorluqları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Ankara şəhərində səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edərək, onun məzarı önünə əklil qoyublar. Baş prokuror Kamran Əliyev Anıtqəbirin Şərəf kitabına ürək sözlərini yazıb.

Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda keçirilmiş görüşdə Muhsin Şentürk ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud yüksəksəviyyəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Baş prokuror Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamlarında öz əksini tapdığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ilə həyata keçirilən strateji layihələrin xalqlarımızın rifahına xidmət etdiyini qeyd edib.

Görüş zamanı hüquqi əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorları Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və digər çoxtərəfli platformalar çərçivəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Həmçinin hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və yeni imkanların nəzərdən keçirilməsi müzakirə olunub.

Həmin gün nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz ilə də görüşüb. Görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib. Tərəflər hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini vurğulayaraq gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişafına əminlik ifadə ediblər.

İyulun 22-də nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüş keçirib. Görüşdə hüquqi yardım, ekstradisiya, təlim səfərləri və Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində əməkdaşlıq, eyni zamanda, Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində, həmçinin Türkiyənin Baş Ombudsmanı Mehmet Akarca ilə də görüş keçirilib. Görüş zamanı insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi maarifləndirmə sahəsində birgə təşəbbüslər və institusional əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, qurumlar arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı razılıq ifadə ediblər.

Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror ölkəmizin Türkiyədəki səfirliyini ziyarət edərək səfirliyin heyəti ilə görüşüb, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Nümayəndə heyətinin səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!