27 Avqust 2025 12:12
483
CƏMİYYƏT
A- A+
Baş Prokurorluq 30 il əvvəl qətlə yetirilmiş zərərçəkmişin şəxsiyyətinin müəyyən olunması üçün ictimaiyyətə müraciət edib  

Baş Prokurorluq 30 il əvvəl qətlə yetirilmiş zərərçəkmişin şəxsiyyətinin müəyyən olunması üçün ictimaiyyətə müraciət edib  


Ötən illərdən bağlı qalan qəsdən adamöldürmə cinayətlərinin açılması istiqamətində prokurorluq və daxili işlər orqanlarının səmərəli fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl, 1995-ci ilin may ayında paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş kişi cinsli şəxsin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib.

Hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar, Baş Prokurorluq zərərçəkmişin şəxsiyyətinin müəyyən olunmasına dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edib:

Zərərçəkmiş şəxsin fərdi əlamətləri:


- Doğum ili: 1955-1970-ci illər aralığında;

- Boy: təxminən 175 santimetr;

- Sol dirsək oynağının ön səthində çapıq izləri;

- Sol saidin yuxarı və orta 1/3 hissəsinin ön səthində 11 ədəd köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri;

- 1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə ölkəyə qayıdıb və həmin dövrdən etibarən itkin düşüb;

- MDB dövlətlərində, o cümlədən Rusiya Federasiyasında daimi və ya müvəqqəti yaşayan və yaxud işləmiş.


Bu xüsusiyyətlərə uyğun olan və ya belə bir şəxs barədə məlumatı olan şəxslərdən xahiş edilir ki, Bakı Şəhər Prokurorluğu və ya Suraxanı Rayon Prokurorluğuna aşağıdakı telefon nömrələri vasitəsilə məlumat versinlər:

- (+994 12) 361 04 06

- (+994 12) 361 04 09

- (+994 12) 361 02 51

- “961 Çağrı Mərkəzi”

Baş Prokurorluq ictimaiyyətə öncədən göstərdiyi diqqət, dəstək və əməkdaşlığa görə dərin təşəkkürünü bildirir. Hər bir vətəndaşın verdiyi məlumatın istintaq prosesinə böyük töhfə verdiyini vurğulayır və aidiyyəti şəxsləri məlumat verməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!