18 Dekabr 2021 00:26
2340
Elm və texnika
A- A+
Barmaq izi

Barmaq izi

 

Barmaq izləri şəxsi identifikasiyanın etibarlı vasitəsidir. Bu, fərqli adlardan istifadə edərək əvvəlki cinayətlərini gizlətmək istəyən insanların müəyyənləşdirilməsində xüsusi əhəmiyyətə malikdir. Elə bu məqsədlə də tətbiq olunmağa başlanmışdı.

Tarixdə barmaq izinə aid müxtəlif dövrlərin qeydləri mövcuddur. Ən erkən məlumat Çində Sin sülaləsinin dövründə, yəni eramızdan əvvəl 200-cü illərdə oğurluq araşdırmaları zamanı əl izlərindən istifadə edilməsi ilə bağlıdır. Dövrümüzün Orta əsrlərində Xacə Rəşidəddin Fəzlullah Həmədaniyə aid edilən farsca yazılmış Ümumbəşəri tarix kitabında şəxslərin barmaq izlərindən müəyyən edilməsi praktikası ilə bağlı məlumatlar var.

İlk dəfə barmaq izindən istifadə edən şəxs isə 1858-ci ildə Ceyms Herşel olub. Hindistanda baş həkim olan Herşel iş adamı Rajyadhar Konai ilə müqavilə bağlayan zaman onun əl izini çəkdirmişdi. Bunu etməkdə məqsədi qarşı tərəfi müqavilədən imtina etdiyi təqdirdə onu barmaq imzası ilə qorxutmaq idi. Sonrakı vaxtlarda Herşel yerli sakinlərlə bağlanan hər müqavilədə şəhadət və orta barmaqların izlərini tələb etməyi vərdişə çevirmişdi. Bu izləri sənədlə müqəddəs şəxsi bağlılıq hesab edən insanlar ondan bügünkü əsas funksiyasını dərk etmədən istifadə edirdilər.

Barmaq izlərinin hər hansı obyektdə qaldığını və bunun vasitəsilə bir çox cinayətin üstünün açıla biləcəyini isə ilk dəfə Tomas Taylor irəli sürmüşdü. Mikroskoplar üzrə peşəkar olan amerikalı alim bildirirdi ki, bunu tutulan şübhəlilər üzərində sınaqdan keçirmək əlverişli olar. Həmin şəxslərdən alınan izlərlə hər hansı əşyanın üzərində qalan izin müqayisəsi həqiqi cinayətkarın həbs olunması üçün şərait yarada bilər. Bundan sonra yayılan tendensiya bir çox dövlətlərdə uğurla tətbiq edilərək təhqiqatçıların işini asanlaşdırmışdı.

Frensis Qalton 1892-ci ildə izlərin fərdiliyini təyin edən “Barmaq izləri” adlı kitabını nəşr edib. Qaltonun hesablamalarına görə, iki ayrı barmaq izinin eyni olma ehtimalı 64 milyard insanda bir idi. O, Herşel və Fauldsun iddialarını elmi şəkildə sübut edə bilmişdi; barmaq izi fərdin həyatı boyu dəyişmir və hər bir iz yalnız şəxsin özünə məxsusdur. Hazırda şəxsi sənədlər alınarkən barmaq izinin götürülməsi zəruri tələblər sırasındadır. Bununla da sistemdəki qeydiyyat kimliyi asanlıqla müəyyənləşdirməyə şərait yaradır. Məxfiliyin qorunması məqsədilə müxtəlif əşyalarda barmaq izi ilə açılan şifrələrdən istifadə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi başlayıb

09:39
14 May

Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var

09:33
14 May

Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

09:31
14 May

Tramp: ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

09:30
14 May

İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb

09:28
14 May

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib  

09:25
14 May

Dünyada ən çox insan ölümünə səbəb olan canlılar müəyyənləşib

09:12
14 May

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

09:10
14 May

"Nə dünya məni unudacaq, nə insanlar"

09:05
14 May

Vens: Düşünürəm ki, İranla danışıqlarda irəliləyiş əldə edirik

09:01
14 May

Sağlam mal-qara sağlam qida deməkdir

09:00
14 May

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

08:55
14 May

Lənkəran kümçülərinə 200 qutu ipəkqurdu toxumu paylanılıb

08:53
14 May

Cəlilabadda müasir idman zonası salınır

08:50
14 May

Qusarda sağlam ailə münasibətləri mövzusu gündəmdən düşmür

08:45
14 May

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

08:40
14 May

Yeraltı nəqliyyatda yerüstü yenilik

08:35
14 May

Azərbaycan-BP tərəfdaşlığı bütün enerji sahələri üzrə davam edir

08:30
14 May

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

08:25
14 May

Gələcəyin qurucusu

08:20
14 May

"Binokl diplomatiyası" sülhə xidmət etmir

08:15
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!