12 Noyabr 2024 01:26
3181
Qanunlar
A- A+
"Balıqçılıq haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Ovçuluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Balıqçılıq haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Ovçuluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362     (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8-ci maddənin birinci hissəsinin səkkizinci abzasında "limitlərini (kvotalarını)" sözləri "kvotalarını" sözü ilə əvəz edilsin;

1.2. 31-ci maddənin birinci hissəsinin ikinci abzasında "balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr" sözləri "balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin;

1.3. 32-ci maddə üzrə:

1.3.1. adına "istifadəyə" sözündən sonra "görə" sözü əlavə edilsin və "cərimələr" sözü "görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin;

1.3.2. üçüncü hissədə "cərimələr" sözü "görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin;

1.3.3. altıncı hissədə "növləri, dərəcələri" sözləri "məbləği" sözü ilə, "cərimələr" sözü "görə təbiətə dəymiş ziyan" sözləri ilə əvəz edilsin;

1.4. 35-ci maddənin ikinci hissəsində "cərimələrin" sözü "görə təbiətə dəymiş ziyan məbləğinin" sözləri ilə əvəz edilsin.

Maddə 2. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9-cu maddənin birinci hissəsinin səkkizinci abzasında "növlərini və dərəcələrini" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

2.2. 47-ci maddənin birinci hissəsinin ikinci abzasında "cərimələr" sözü "görə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

2.3. 48-ci maddə üzrə:

2.3.1. adında və üçüncü hissədə "cərimələr" sözü "görə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

2.3.2. dördüncü hissədə "növləri, dərəcələri" sözləri "məbləği" sözü ilə, "cərimələr" sözü "görə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

2.4. 51-ci maddənin üçüncü hissəsində "cərimələrin" sözü "təbiətə dəymiş ziyanın məbləğinin" sözləri ilə əvəz edilsin.

Maddə 3. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365) 27-ci maddəsinin 3-cü hissəsinə "ödəmələr," sözündən sonra "qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyan," sözləri əlavə edilsin. 

Maddə 4. "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316    (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 7.1.9-cu maddədə "növlərini və dərəcələrini" sözləri "məbləğini" sözü ilə əvəz edilsin;

4.2. 27-ci maddə üzrə:

4.2.1. adında "cərimələr" sözü "görə təbiətə dəymiş ziyanın məbləği" sözləri ilə əvəz edilsin;

4.2.2. mətnində "növləri, dərəcələri," sözləri "məbləği," sözü ilə, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində" sözləri "və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində və "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

Pərviz Şahbazov: Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

17:53
03 Mart

İran ABŞ-yə dəstək verəcəyi təqdirdə Avropa ölkələrini müharibə ilə hədələyib

17:43
03 Mart

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!