18 Aprel 2023 01:02
6435
Mədəniyyət
A- A+
Bakının Qız qalası

Bakının Qız qalası

 

Min illərdir tarixə yoldaşlıq, Bakıya sirdaşlıq edir. Nə dəqiq tikilmə tarixini bilən var, nə adının niyə Qız qalası olduğunu izah edən. Bircə dəqiq bildiyimiz odur ki, min illərdir sinəsini Bakının küləyinə sipər edib, məğrur duruşu, heyranedici qaməti ilə hələ də gələnləri, görənləri özünə heyran edir. Yüz illərdir ki, daşıdığı "Bakının rəmzi" titulunu hələ min il bundan sonra da özündə saxlayacaq. Bu gün Bakıya gələn xarici qonaqların, turistlərin, hətta Bakıya ilk dəfə qədəm qoyan Azərbaycan vətəndaşlarının ən birinci üz tutub getmək istədiyi yer Qız qalasıdır. Xatırladaq ki, dünyanın müxtəlif yerlərində, eləcə də qardaş Türkiyədə də, qədim İstanbulda da eyniadlı qala var.
Dünyada ən möhtəşəm tanınmış Qız qalası isə Bakının qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində əbədi məskən salmışdır.  
Bəri başdan qeyd edək ki, Azərbaycan ərazisində eyniadlı  tarixi abidələrin sayı onlarcadır. İsmayıllı, Şəki, Şamaxı, Qəbələ, Oğuz, Qazax, Yardımlı, Gədəbəy, Naxçıvan Muxtar Respublikası və Qarabağ ərazisində də Qız qalaları mövcuddur. Niyə məhz Qız qalası? Qız, qadın millətimiz üçün həmişə namus, qeyrət rəmzi olub. 
Azərbaycanda mövcud olan Qız qalalarının hamısı istinasız olaraq müdafiə qalalarıdır. Müharibələr zamanı düşmənlər qız-gəlinləri ələ keçirib namuslarına ləkə salmasınlar, şanlarına kəsir gətirməsinlər deyə, şəhər başçıları, səlahiyyət sahibləri onları mühafizə etmək məqsədilə  qalalar tikdirib, döyüşlərdən əvvəl onları qalalarda yerləşdiriblər. Bu məqsədlə tikilmiş qalalar daha çox  müqəddəslik funksiyasını yerinə yetirdiyi üçün Qız qalası adlandırılıb. Eyni zamanda qalanın divarlarının qalınlığına, oddan, sudan, hər cür bəladan qorunmaq üçün davamlılığına da xüsusi önəm verilmişdir.
Qız qalasının tarixi ilə bağlı mübahisələr hələ də səngiməyib. Bəzi tarixçilər qalanın yaşının Şumer dövründən başladığını iddia edirlər. Amma Qız qalasının XII əsrdə tikildiyini sübut etməyə çalışanlar da az deyil. Qala divarları üzərindəki bir kitabədə isə ərəb dilində "Davudun oğlu Məsudun qülləsi" yazılıb.
Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lakonik məzmunlu kitabələrdə, adətən, memarların adının qeyd edildiyi nəzərə alınsa, Davudun oğlu Məsudun Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən, bir çox alimlərin fikrinə görə, Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün qalanın üst qatı həmin əsrlərdə inşa olunduğu bildirilir. Lakin bəzi alimlər bu fikirlərin səhv olduğunu deyirlər.
Qala  maili qaya üzərində inşa edildiyindən, hündürlüyü şimaldan 31, cənub tərəfdən 28 metrdir. Qalanın dəniz tərəfdən kontrfors adlanan, böyük, uzunsov bir dayaq divarı vardır. Şimal tərəfdən Qız qalasının divar səthi girintili-çıxıntılıdır. Divarlarının qalınlığı 5 metr təşkil edir. Qalanın dənizə doğru divarında mazğallar (pəncərə) düzəldilmişdir. Qalın qala divarlarında açılmış mazğallar içəriyə doğru genişləndiyi üçün həm qalanın içini işıqlandırır, həm də təmiz hava axını ilə təmin edir.
Qalaya yeganə giriş yolu onun Qərb tərəfində, Yer səthindən 2 metr hündürlükdə və 1,10 metr enində olan tağlı qapı keçidindəndir. Hazırkı giriş qapısı 1859-cu ildə quberniya mərkəzi Şamaxıdan Bakıya köçürüldüyü zaman açılmışdır. Qapının açılması ilə qalanın cənub-qərb divarı daxilindəki sanitar qovşaq sistemi pozulmuşdur. Həmin dövrdə çar Rusiyası qaladan bir müddət anbar, daha sonra ətrafına hasar çəkərək mayak kimi (göz qülləsi) istifadə etmişdir.
Qala səkkizmərtəbəlidir. Yonulmuş daşlarla tikilmiş mərtəbələr tağbənd formalı tavanlarla örtülmüşdür. Tavanların ortasında dairəvi boşluqlar var. Boşluqlar şaquli xətt istiqamətindədir və yaşlı sakinlərin söylədiklərinə görə birinci mərtəbədən yuxarıya doğru baxan insan bu boşluqlardan səmanı görə bilirmiş.
Qalanın birinci mərtəbəsinin hündürlüyü 3, digər mərtəbələrinin hündürlüyü isə orta hesabla 2,5 metrdir. Birinci mərtəbədən başqa, mərtəbələrarası əlaqə divar qalınlığında hörülmüş pillələr vasitəsilə saxlanılır. Əvvəllər birinci iki mərtəbə arasında əlaqə, yalnız tavanda olan dairəvi boşluqdan kəndir nərdivan və ya ip vasitəsilə həyata keçirilirmiş. Keçmişdə qapının ağzındakı qayalıqda bir neçə quyu olmuşdur. 
Qız qalasını  maraqlı edən cəhətlərdən biri də qalanın içərisində su quyusunun olmasıdır. Diametri 0,7 metr olan bu quyu qalanın cənub-şərq divarı istiqamətindədir. Quyunun ümumi dərinliyi 22,5 metrdir. Kolbanı xatırladan quyunun ağzı qalanın üçüncü mərtəbəsinə açılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə quyu qala divarı içərisində gizlədilmişdir. Quyudan tapılmış maddi-mədəniyyət qalıqları XII əsrdən başlayaraq ondan istifadə olunduğunu göstərir. Dəniz suyu səviyyəsi ilə heç bir əlaqəsi olmayan quyunun suyu kimyəvi analiz edilərək içməli olduğu müəyyənləşmişdir. Qalada su quyusunun olması faktı da qalanın müdafiə xarakterli olması ehtimalını xeyli gücləndirir.
Qız qalası və Şirvanşahlar sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur. 1982-ci ildə İçərişəhərin şərq tərəfində aparılan genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol Orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, bu yolun xətti XIV əsrdə tikilmiş Multani karvansarasının altından keçərək Qız qalasına doğru gedir.
Diqqətçəkən məqamlardan biri də qalanın gövdə hissəsində 32 çıxıntının  olmasıdır. 
1964-cü ildən muzey kimi fəaliyyət göstərən Qız qalası 2000-ci ildə UNESCO-nun  Ümumdünya İrs Siyahısına salınmışdır.

Hazırladı:
Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

“El Mundo”: NATO İran müharibəsi fonunda dərin böhran yaşayır

16:22
01 Aprel

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb  

16:21
01 Aprel

Baş nazir Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşüb

16:18
01 Aprel

Gürcüstanda xüsusi əməliyyat: 108 nəfər saxlanılıb

16:17
01 Aprel

“Politico”: Tramp administrasiyası neftin qiymətlərinin bir barel üçün 200 dollara qalxması ehtimalını müzakirə edir  

16:16
01 Aprel

Avstraliyanın Baş naziri əhalini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb  

16:11
01 Aprel

Düşünülmüş və məqsədyönlü siyasət Azərbaycanı ən təhlükəsiz ölkələrdən birinə çevirib

16:10
01 Aprel

Azərbaycan Bayrağı İtaliyanın “Miravalle” yüksəkliyində dalğalanır 

16:09
01 Aprel

Türkiyə Prezidenti maksimalizmdən imtina etməyə və İranla bağlı dialoqa çağırıb  

16:07
01 Aprel

Fransa Livan ordusuna 39 zirehli texnika verib

16:06
01 Aprel

Ağdərədəki mina partlayışı ilə bağlı birgə məlumat - YENİLƏNİB

15:25
01 Aprel

Media: ABŞ-nin NATO-dan çıxması müzakirə olunur

15:16
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!