24 Oktyabr 2025 18:41
629
CƏMİYYƏT
A- A+
Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilib – YENİLƏNİB 

Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilib – YENİLƏNİB 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Gülüstan” sarayında təşkil olunan konfransda hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələri, yerli və beynəlxalq ekspertlər, 20-yə yaxın ölkədən 350 nəfərə yaxın şəxs iştirak edib.

Tədbir Dövlət Himnimizin səsləndirilməsi və DOST Agentliyinin fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu konfrans, eyni zamanda, DOST Agentliyinin yeni “SocGov” brendinin ilk dəfə təqdim olunması ilə sosial idarəetmədə innovasiyaların və düşüncə tərzinin yeni mərhələsinin başlanğıcını ifadə edir.

Prezident İlham Əliyevin sosial sahədə siyasətinin mərkəzində insan amilinin dayandığını bildirən nazir bunun nəticəsi olaraq son illərdə sosial sahədə ardıcıl və dərin islahatların həyata keçirildiyini, 2018–2025-ci illərdə reallaşdırılan 5 böyük sosial islahat paketinin nailiyyətlərini, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.

Sosial ədalətin, şəffaflığın təminatı, sosial sahədə xidmətlərin operativ göstərilməsi, inzibati metodlardan xidmət modelinə keçid istiqamətində aparılan işləri qeyd edən Anar Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının bu istiqamətdə mühüm əhəmiyyətini vurğulayıb. O, DOST konsepsiyasının beynəlxalq uğurlarını, bir sıra ölkələrdə - Moldova, Özbəkistan və Serbiyada bu təcrübənin tətbiqinə xüsusi maraq göstərildiyini qeyd edib. Dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində son illər atılan mühüm addımları, nazirliyin 18 altsistem, 4 reyestrdən ibarət olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya edildiyini, nazirlik üzrə 150 xidmətin 90 faizdən çoxunun rəqəmsal platformadan, onlardan 52 xidmətin proaktiv qaydada təqdim edildiyini vurğulayıb.

Anar Əliyev bildirib ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə dövlət qurumları arasında 3 ildir ki, birinci yeri tutan nazirlik son illərdə 250-yə yaxın beynəlxalq tanınma və mükafata layiq görülüb. Həmin nailiyyətlər ölkəmizin sosial idarəetmə modelinin beynəlxalq aləmdə etibarlı, innovativ və insan mərkəzli bir nümunə kimi tanındığını göstərir.

Nazir süni intellekt texnologiyalarının tətbiqi istiqamətində nazirliyin Strategiyası çərçivəsində hazırlanmış üçillik Yol Xəritəsinə uyğun şəkildə işlərin aparıldığını qeyd edib. O, “Əlillik” altsistemində tətbiq edilən süni intellekt əsaslı funksionallıq vasitəsilə tibbi göndərişlərdə mətn analizinin həyata keçirildiyini, bu altsistemdə süni intellekt əsaslı məsləhət mexanizminin də hazırlanmaqda olduğunu bildirib. Bu mexanizmin qərarvermə prosesini sürətləndirməklə, obyektivlik və şəffaflığı daha da artıracağını, süni intellekt həllərinin məşğulluq və reabilitasiya sahələrində də tətbiqinin nəzərdə tutulduğunu, nazirliyin bütün fəaliyyət sahələrində bu həllərin tətbiqinin strateji hədəflərdən olduğunu vurğulayıb.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva çıxış ediblər. Onlar süni zəkanın sosial həyata təsirinin və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunduğu belə bir konfransın təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.

Tədbir panel müzakirələri ilə davam edib. “Rəqəmsal dövlət və süni intellektlə transformasiya”, “Sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik” və “Əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq” mövzularında keçirilən panel müzakirələrində yerli və beynəlxalq ekspertlər təmsil etdikləri qurumların təcrübələrini bölüşüb, sosial xidmətlər sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!