05 Noyabr 2025 18:13
373
CƏMİYYƏT
A- A+
Bakıda “Fərqliliyin rəngi” adlı festival keçirilib YENİLƏNİB 

Bakıda “Fərqliliyin rəngi” adlı festival keçirilib YENİLƏNİB 


2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə “Fərqliliyin rəngi” adlı festival keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Ekspo Mərkəzində təşkil edilən tədbirin məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin unikal nümunəsini təqdim etmək, habelə onların adət-ənənələrinin, mədəni irslərinin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.

Festivalda dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri, eləcə də digər dini məzmunlu materiallardan ibarət sərgilər açılıb.

Tədbir iştirakçıları əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Bakı şəhəri Dağ yəhudiləri dini icması, Sefarad yəhudilərinin Bakı dini icması və Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, Krişna şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmaları daxil olmaqla, bir çox dini qurumun stendləri ilə tanış olublar.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycandakı tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edərək, festival iştirakçılarının hər birinə mənəvi birliyə töhfə verdikləri üçün təşəkkürünü bildirib. Komitə sədri deyib ki, ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və milli-mənəvi dəyərlərə verdiyi önəm dayanır. Konstitusiyamızda təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelimizin əsas hüquqi dayağı, xalqımızın əsrlər boyu formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin təsdiqidir.

Ramin Məmmədov qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır. O vurğulayıb ki, festival təkcə mədəni tədbir deyil, həm də suverenliyimizin, Konstitusiya prinsiplərimizin və çoxəsrlik birgəyaşayış modelimizin canlı nümayişidir.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov dini icmalar üçün ayrılmış çadırlarla tanış olarkən nümayiş olunan, əsrlərin sınağından çıxmış müqəddəs kitablara diqqət çəkib. Tarixən olduğu kimi, bu festivalda da müxtəlif dinlərin, inancların ahəngdar qovuşuğunda birləşdiyini və bu mühitdə yaranan milli özünəməxsusluqların ahənginin yarandığını qeyd edib. R.Hüseynov Azərbaycanda tolerantlıq, dinlərin rəngarəngliyi, xalqların müxtəlifliyinin aparılan uğurlu dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib. Bu ənənələrin tarix boyu yaşadığını və gələcək nəsillərə də ötürüləcəyindən əminliyini qeyd edib. Sərgidə nümayiş olunan kitabların Azərbaycan dilində olmasını yüksək qiymətləndirib. Bu ahəngdarlığın ilahi tərəfdən Azərbaycana bəxş edildiyini və bunu qoruyub gələcəyə ötürməyin mühüm vəzifə olduğunu deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda tarixən yaşayan, sonradan buraya köç edən, özünə Vətən seçən insanların dini inancı, əqidəsi, dünyagörüşündən, asılı olmayaraq, bizi birləşdirən dəyərləri üstün tutduqlarını deyib. O bildirib ki, müstəqillik tam mənada xalqın iradəsinə söykənməsə, dövlətin bütövlüyünü qorumaq mümkün deyil. Biz tariximizdə belə acılı günləri yaşamışıq, amma Zəfər zirvəsindən keçmişə baxanda, bu günü dəyərləndirəndə və gələcəyə yönəlik planlarımızı formalaşdıranda istinad nöqtəmiz, ilk növbədə, bu, fərqliliyin yaratdığı vəhdətdir. Bu, fərqliliyin yaratdığı həmrəylik və birlikdir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan əhalisinin çoxluğunun müsəlman olmasına baxmayaraq, festival çərçivəsində qurulan çadırların rəngarəngliyinə diqqət çəkib. Bildirib ki, festival Azərbaycandakı tolerantlıq mühitinin mahiyyətini əks etdirir. Dövlətin tolerantlığı onun siyasətinin tərkib hissəsidir. Amma bir xalqın, millətin tolerantlığı özlüyündə mənəvi yetkinliyin, daxili mədəniyyətin, insanlığın göstəricisidir. O qeyd edib ki, çoxəsrlik tolerantlıq ənənəsinin daşıyıcısı olan Azərbaycan cəmiyyəti bu gün haqlı olaraq dünyada başqalarına örnək ola biləcək nadir cəmiyyətlərdən biri hesab olunur.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev festivalın Azərbaycanda mövcud olan birgəyaşayışın əyani təzahürü olduğunu deyib. Müxtəlif dinlərə mənsub insanların Azərbaycançılıq məfkurəsinin əsas prinsipləri olan tolerantlıq, qarşılıqlı hörmət və milli birlik ruhu altında birləşərək, ölkəmizin sülh və həmrəylik mühitinə töhfə verdiyini bildirib. Müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə vuruşaraq, Azərbaycan xalqının birliyini və həmrəyliyini sübut etdiyini vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycanın multikulturalizm modeli artıq yalnız ölkə daxilinə yönəlmiş siyasət deyil, eyni zamanda, qlobal səviyyədə nümunə olaraq təqdim olunur. O qeyd edib ki, fərqliliklərin yanaşı mövcud olması və bir-birini tamamlaması festivalın əsas iki mənasıdır. R.Həsənov bildirib ki, Azərbaycanda mövcud olan müxtəlif mədəniyyətlər və inanc sistemləri bir-birini tamamlayır, zənginləşdirir və harmonik şəkildə təqdim olunur. R.Həsənov vurğulayıb ki, festival həm də dinlərarası dialoqun real nümunəsidir. Fərqli inanca sahib insanlar burada bir-birinin nəşrləri ilə tanış olur, fikir mübadiləsi aparır və əməkdaşlıq qururlar.

Festival bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!