15 Oktyabr 2025 14:08
446
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Belarus biznes forumu keçirilib

Azərbaycan-Belarus biznes forumu keçirilib


Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan və Belarus arasında qarşılıqlı iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi məqsədilə iki ölkənin işgüzar dairələri arasında müzakirələr aparılıb, şirkətlər arasında sənədlər imzalanıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan-Belarus biznes forumunda hər iki ölkədən rəsm şəxslərlə yanaşı, logistika, tikinti, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən 40-dək şirkət nümayəndəsi iştirak edib.

Forumda çıxış edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç iki ölkə arasında qurulan münasibətlərdən danışaraq Belarus ilə Azərbaycanın mövcud əməkdaşlıq potensialını yüksək qiymətləndirib.

AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan və Belarus arasında investisiya və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlər və yeni imkanlar barədə danışıb.

Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin baş direktorunun xarici iqtisadi əlaqələr üzrə müavini İrina İvanova ölkəsinin ticarət və sənaye potensialı, eləcə də Azərbaycanla birgə fəaliyyətin genişləndirilməsi üçün potensial sahələr barədə məlumat verib.

Tədbirdə həmçinin, AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Belarusun “Velikiy kamen” sənaye parkının nümayəndələri investisiya mühiti, biznes üçün yaradılan əlverişli şərait və imtiyazlar barədə təqdimatlarla çıxış ediblər.

Bundan əlavə, forumda Belarus şirkətlərinin fəaliyyətləri barədə videoçarxlar nümayiş olunub.

Forum çərçivəsində Azərbaycan və Belarus şirkətləri arasında əməkdaşlıq sazişləri imzalanıb. Tədbir B2B görüşlərlə davam edib.


10:52


İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç iki ölkə arasında qurulan sıx münasibətləri vurğulayıb, Belarus ilə Azərbaycanın mövcud əməkdaşlıq potensialını yüksək qiymətləndirib.

Tədbirdə hər iki ölkədən rəsm şəxslərlə yanaşı, logistika, tikinti, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən 40-dək şirkət nümayəndəsi iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

11:36
14 Noyabr

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

11:33
14 Noyabr

Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub  

11:33
14 Noyabr

Ekspert: Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir  

10:55
14 Noyabr

Ağalı sakini: O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram

10:25
14 Noyabr

Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

10:25
14 Noyabr

Belemdə COP31 sammitinə ev sahibliyi məsələsi hələ də açıq qalır

10:24
14 Noyabr

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb  

10:21
14 Noyabr

“OpenAI” GPT-5.1-i təqdim etdi: daha “ağıllı” və daha fərdiləşdirilmiş süni intellekt  

10:20
14 Noyabr

NYT: Pentaqon F-35-lərin Ər-Riyada tədarükü zamanı həssas texnologiyanın Çinə sızmasından narahatdır  

10:19
14 Noyabr

Kiyev raket və dronlarla vurulur, dağıntılar var  

10:04
14 Noyabr

Media: Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır

10:03
14 Noyabr

Bənzərsiz rolları ilə tamaşaçı rəğbətini qazanmışdır

09:00
14 Noyabr

Ən böyük qazancı sevgi və alqışlardır 

08:55
14 Noyabr

Şirin mərəzin fəsadları

08:50
14 Noyabr

"Azexport"un əlaqələri genişlənir

08:45
14 Noyabr

Kiber məkanda insan hüquqlarına təhdidlər və onlara qarşı mübarizə

08:40
14 Noyabr

Hərbi gücümüz artır

08:35
14 Noyabr

AMEA-nın prioritetlərinin fəlsəfəsi

08:30
14 Noyabr

Qayğı məmnunluq doğurur

08:25
14 Noyabr

Uzaqgörən strategiyanın nəticəsi

08:20
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!