21 May 2026 11:56
97
CƏMİYYƏT
A- A+
Bakı-Tbilisi qatarının sərnişin tutumu 118 nəfərlikdir – İNFOTUR

Bakı-Tbilisi qatarının sərnişin tutumu 118 nəfərlikdir – İNFOTUR


Mayın 21-də media nümayəndələri üçün Bakı-Tbilisi qatarı ilə tanışlıq məqsədilə infotur təşkil olunub.

İnfotur çərçivəsində AZƏRTAC-a açıqlama verən Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.

Onun sözlərinə görə, marşrut üzrə qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək: “Qatar 1 ədəd “Lüks” sinif, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif, 3 ədəd “Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub.

Bundan başqa, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər”.

B.Hacıyev qeyd edib ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib.

Lüks sinif üzrə kupelər iki nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda, komfort+ sinif üzrə kupelər ikinəfərlikdir və hər bir kupe televizor, masa və əlüzyuyanla təmin edilib. Komfort sinif üzrə kupelər dördnəfərlikdir və hər birində televizor var.

Komfort və Komfort+ vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur.

Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur.

“Sərnişinlərə təmiz yataq dəsti, səfər paketi (komfort sinif üzrə nəm və quru salfet, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik; komfort+ sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik, dabankeş; lüks sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti) təqdim olunacaq”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XRİTDX WUF13-də kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir  

14:16
21 May

Cənubi Afrikalı mer: Azərbaycan urbanizasiya sahəsində inkişaf etmiş ölkələrdən biridir 

14:16
21 May

Amerikalı urbanist: Bakı əhalinin miqyasına hesablanmış yeni şəhər məkanları yaradılmasını uğurla həyata keçirir  

14:11
21 May

Zehra Zümrüt Selçuk: KOB-ların dayanıqlı şəhər transformasiyasının mərkəzində qalmasını təmin etməliyik  

14:07
21 May

Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub  

14:01
21 May

WUF13: Azərbaycan pavilyonunda qlobal mənzil idarəçiliyi və yerli həllər müzakirə olunub  

13:57
21 May

WUF13-də Azərbaycanın şəhərsalma təcrübəsi və azad edilmiş ərazilərdə yenidənqurma modeli təqdim edilib  

13:53
21 May

Vera Bukaçi gənclər siyasətinə verilən yüksək dəyərə görə Azərbaycan hökumətinə təşəkkür edib 

13:47
21 May

Prezidentin xüsusi nümayəndəsi: Şuşada bütün layihələr milli irsə uyğun icra olunur

13:39
21 May

Şükürbəyli kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:35
21 May

UN-Habitat: Qeyri-rəsmi yaşayış məskənlərinin yaxşılaşdırılması su problemlərinin həllinə töhfə verə bilər  

13:27
21 May

WUF13: “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” - panel sessiya

13:17
21 May

Sabah bəzi yerlərdə arabir yağış yağacaq

13:14
21 May

Orxan Məmmədov: Azad edilmiş ərazilərdəki işlər innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətinə sadiqliyi göstərir  

13:08
21 May

WUF13: Xarici media nümayəndələri Şamaxıda səfərdədir

13:03
21 May

Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul

12:43
21 May

WUF13-də iştirak edənlərin sayı açıqlanıb

12:41
21 May

WUF13-də 800-dən çox media nümayəndəsi fəaliyyət göstərir

12:31
21 May

BMT nümayəndəsi: Dayanıqlı şəhərlər üçün tərəfdaşlıq vacibdir

12:31
21 May

WUF13:“BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya işə başlayıb  

12:28
21 May

Dünya Bankının Qlobal Direktoru: Böhrandan sonra mənzil bərpası üzərində işləyən bəzi ölkələrə miqyaslı dəstək vermişik  

12:23
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!