24 Dekabr 2025 09:20
241
CƏMİYYƏT
A- A+
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olunub

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olunub


Bakı Şəhər İcra Hakimiyyəti ilə "Regional İnkişaf" İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumunun 5 illiyi münasibətilə dekabrın 22-də Bakı Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri, eləcə də əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal olan könüllülər iştirak ediblər. Beş il ərzində görülən işlərin yekunlarına həsr olunmuş tədbirdə birgə fəaliyyətin nəticələri və gələcək perspektivlər müzakirə edilib.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin çoxşaxəli siyasəti nəticəsində ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir və bu inkişaf qurumlararası birgə uğurlu əməkdaşlıqda da özünü göstərir. Tədbir iştirakçıları cənab Prezidenti fürsətdən istifadə edib doğum günü münasibətilə təbrik edərək əldə olunan şanlı qələbələrə və uğurlara görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə həmçinin "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin fəal iştirakının paytaxtda ictimai nəzarətin gücləndirilməsində və şəhər mühitinin daha səmərəli qorunmasında mühüm rol oynadığı vurğulanıb.

Daha sonra "Regional İnkişaf" İctimai Birliyinin 10 illik fəaliyyəti və 5 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə görülən işlərin yekunlarına dair videoçarx nümayiş olunub.

Tədbirin sonunda əməkdaşlıq dövründə xüsusi fəallığı ilə seçilən Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə "Regional İnkişaf" İctimai Birliyi arasında qurulmuş bu əməkdaşlıq modeli paytaxtın daha abad, təhlükəsiz və yaşıl şəhərə çevrilməsinə xidmət edir və gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq memorandumu çərçivəsində ötən 5 il ərzində paytaxtda ictimai nəzarətin gücləndirilməsi, şəhər mühitinin qorunması, abadlıq və təmizlik sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Birgə fəaliyyət nəticəsində şəhərin müxtəlif ərazilərində monitorinqlər aparılıb, mövcud problemlər müəyyən olunaraq onların aradan qaldırılması üçün aidiyyəti qurumlarla koordinasiyalı işlər görülüb.

Birgə monitorinqlər əsasən küçə və prospektlərdə, yaşayış massivlərində, eləcə də park və yaşıllıq ərazilərində həyata keçirilib. Monitorinqlər nəticəsində şəhər infrastrukturunun yaxşılaşdırılması, səkilərin və yolların bərpası, park və yaşıllıq sahələrinin qorunması ilə bağlı konkret təkliflər hazırlanıb və icrası təmin olunub.

Yaşıllıqların mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində qurumuş və zədələnmiş ağaclar müəyyən edilərək onların əvəzinə yeni ağacların əkilməsi həyata keçirilib. "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiyalar zamanı 100 mindən çox ağac əkilib və onlara aqrotexniki qulluq göstərilib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib  

12:30
25 Dekabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb  

12:29
25 Dekabr

Türkiyədə fəaliyyət göstərən Karabük Azərbaycanlıların Həmrəylik, Mədəniyyət və İncəsənət Dərnəyinin sədri Eşqin İsmayılovdan  

12:29
25 Dekabr

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayevdən  

12:28
25 Dekabr

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

12:24
25 Dekabr

Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Günel Babanlıdan  

12:24
25 Dekabr

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyevdən  

12:23
25 Dekabr

Azərbaycanın strateji valyuta ehtiyatları 18 faizə yaxın artıb  

12:18
25 Dekabr

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan  

12:15
25 Dekabr

2026-cı ildә illik inflyasiyanın 5,7 faiz olacağı gözlәnilir  

11:53
25 Dekabr

Ukraynada yaşayan soydaşımız: Dünya azərbaycanlıları Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşiblər  

11:31
25 Dekabr

Bu gündən bütün "BakuBus" avtobuslarında bank kartları ilə gediş haqqını ödəmək mümkün olacaq  

11:31
25 Dekabr

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən

11:28
25 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

11:26
25 Dekabr

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

11:17
25 Dekabr

Azərbaycan nefti bahalaşıb  

11:16
25 Dekabr

Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənib – FAKTİKİ HAVA  

11:00
25 Dekabr

Qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub

10:49
25 Dekabr

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilovdan  

10:47
25 Dekabr

Estoniya–Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlıdan  

10:46
25 Dekabr

Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib  

09:39
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!