18 Aprel 2024 14:25
201
CƏMİYYƏT
A- A+

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb  

 

Aprelin 18-də Bakı Avropa Liseyində fövqəladə hallarla bağlı davranış qaydaları barədə müəllim və şagirdlərin maariflənməsi məqsədilə təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə danışıb.

Bildirilib ki, FHN-nin Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyətinin iştirak etdiyi təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq məlumat verməkdir.

Sonra liseyin direktoru Zülfiyyə Veysova təhsil müəssisələrində fövqəladə hadisələrlə bağlı aparılan maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Təlimin nəzəri hissəsində FHN əməkdaşları fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat veriblər. Həmçinin FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub. İştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib və maarifləndirici videoçarxlar nümayiş olunub.

Təlimin praktik hissəsində şərti zəlzələ həyəcanı elan edilib. Zəlzələ zamanı düzgün mövqe seçimi və davranışlar müəllimlərin iştirakı ilə göstərilib. Şagirdlərin təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video