24 Oktyabr 2025 16:45
677
CƏMİYYƏT
A- A+
Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq konfrans keçirilib - YENİLƏNİB  

Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq konfrans keçirilib - YENİLƏNİB  

Bakıda Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünaslar arasında bilik mübadiləsini təşviq etmək, dövlət və özəl sektorda çalışan hüquqşünaslar arasında əməkdaşlığı gücləndirmək, eləcə də Azərbaycanda arbitraj sektorunun inkişafı istiqamətində müzakirələr üçün dinamik platforma yaratmaqdır.

Konfransda 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq dövlət rəsmisi, hüquqşünas, xarici qonaq iştirak edib.

Tədbirdə Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva çıxış edərək bildirib ki, mərkəz yüksək beynəlxalq standartlara uyğun olaraq yaradılıb. Digər arbitraj mərkəzləri kimi Bakı Arbitraj Mərkəzinin də müvafiq qərarları olacaq:"Arbitraj qaydaları hazırdır. Bu qaydalar rus, fransız və türk dillərində də tərtib olunacaq. Həmçinin “Bakı Arbitraj hüququ” adlı jurnal tərtib etmişik. Bu, ixtisaslaşmış hüquq jurnalıdır. Jurnal ildə 2 dəfə Azərbaycan və ingilis dilllərində çap olunacaq”.

Ali Məhkəmənin sədri İnam Kərimov çıxışında qeyd edib ki, məhkəmələr və arbitraj bir-birinə rəqib deyil. Azərbaycan arbitrajı əsas beynəlxalq müqavilələrin, o cümlədən 1958-ci il Nyu-York Konvensiyasının iştirakçısıdır: “Arbitrajın yaxşı işləməsi üçün bizə güclü institutlar, qanunları ardıcıl və dürüst şəkildə tətbiq edən məlumatlı hakimlər lazımdır. Fədakar və peşəkar heyəti, eyni zamanda, beynəlxalq standartlara uyğun fəaliyyəti ilə mərkəz Azərbaycanın ədalətli və şəffaf mübahisə həllinə olan sadiqliyini nümayiş etdirir. Bu, arbitraja olan etimadı artıracaq və Azərbaycanda qanunun aliliyini daha da möhkəmləndirəcək. Arbitrajın uğurla həyata keçirilməsi üçün müvafiq institutlarla məhkəmə sistemləri arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.

Ədliyyə naziri Fərid Əhmədov vurğulayıb ki, Azərbaycanda beynəlxalq arbitraj proseslərinə dərindən bələd olan, bu sahədə ixtisaslaşmış yeni nəsil gənc hüquqşünaslar formalaşıb: “Onlar təkcə beynəlxalq arbitraj məhkəmələrində iş aparmaq bacarığına malik deyillər, eyni zamanda, müxtəlif arbitraj panellərində arbitr kimi fəaliyyət göstərmək imkanına da sahibdirlər. Bakı Arbitraj Mərkəzinin yaradılması Azərbaycanın hüquq sisteminin beynəlxalq arenaya inteqrasiyası və ədalətli mübahisə həlli mexanizmlərinin qurulması istiqamətində mühüm addımdır”.

Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişelin sözlərinə görə, arbitraj dövlətlərə, şirkətlərə və beynəlxalq investorlara sakit, etibarlı və ədalətli mühitdə fikir ayrılıqlarını həll etmək imkanı verir: “Vasitəçilikdən və barışdırmadan fərqli olaraq, arbitraj məhkəmə qüvvəsinə malik bağlayıcı qərar çıxarır. Bu, hüquqi aydınlıq və sabitlik yaradır. Daimi məhkəmələrdən fərqli olaraq, arbitraj prosesi çevikdir. Tərəflər öz arbitrlərini seçə, qaydalarını müəyyənləşdirə və nəticənin obyektivliyinə inanaraq bu prosesi şəffaf şəkildə idarə edə bilirlər. Bu baxımdan, arbitraj yalnız hüquqi mexanizm deyil, həm də etimadın, sülhün və hüququn üstünlüyünün simvoludur”

Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitutun keçmiş prezidenti Maria Chiara Malaguti deyib ki, regionda iqtisadi inteqrasiyanın, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün etibarlı hüquqi mühitin yaradılması vacibdir. Bu baxımdan, Bakıda Beynəlxalq Arbitraj Mərkəzinin təsis edilməsi çox mühüm və vaxtında atılmış addımdır. “Bu mərkəz təkcə hüquqşünaslar və mütəxəssislər üçün deyil, həm də ölkə və region üçün strateji imkan yaradır. Çünki arbitraj mübahisələrin sülh, qarşılıqlı hörmət və hüququn aliliyi prinsipləri əsasında həllinə xidmət edir. Arbitrajın əsas üstünlüyü onun elastikliyi və tərəflərə verdiyi azadlıqdır. O, iştirakçılara qaydaları özləri müəyyən etmək, münasibətləri pozmadan fikir ayrılıqlarını aradan qaldırmaq imkanı yaradır. Bu mərkəzin yaradılması Azərbaycan üçün həm investisiya mühitinin etibarlılığını artırmaq, həm də regional hüquqi infrastrukturun güclənməsi baxımından əhəmiyyətlidir”.

Çıxışlardan sonra tədbir panel müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!