09 İyul 2026 10:20
315
İQTİSADİYYAT
A- A+
Badamqırma müəssisəsi, meyvəqurutma sexi və əlavə 430 hektar intensiv meyvə bağı

Badamqırma müəssisəsi, meyvəqurutma sexi və əlavə 430 hektar intensiv meyvə bağı


Bunlar "Ağcabəditaxıl" MMC-nin yaxın gələcəkdə həyata keçirmək istədiyi yeni layihələrdir


Ölkəmizdə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun əsas sahələrindən aqrar sektor mahiyyətcə fərqli yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İnkişaf etmiş dünya dövlətlərinin qabaqcıl təcrübəsindən, mütərəqqi texnologiyalardan, elmi yeniliklərdən yaradıcılıqla istifadə etmək artıq bir zərurətə çevrilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sahəyə investisiya qoyuluşu ilə bağlı sahibkarlara etdiyi tarixi çağırış və proqramda müəyyən edilmiş hədəflər bu gün iri istehsalçılar üçün əsas fəaliyyət proqramıdır. "Ağcabəditaxıl" MMC-nin direktoru Ceyhun Məmmədov deyir ki,  dövlət başçısının "sahibkarlar investisiya qoymalı, yerli istehsal sahələri inkişaf etməlidir" tapşırığına əməli işlə cavab vermək üçün tədbirlər planı hazırlayıblar: "Starteji sahə olan pambıqçılığın sənaye təməli əsasında inkişafına böyük önəm veririk. Biz, sadəcə, pambıq istehsalını artırmaqla kifayətlənmirik. Pambıqçılığın müasir tələblər əsasında sənayələşməsi üzrə yeni investisiya mərhələsinə start vermişik. Fəaliyyətimiz yalnız Ağcabədi rayonu ərazisindəki işlərimizlə məhdudlaşmır. Dövlət başçısının tapşırıq və tövsiyələrinə, regional ixtisaslaşma çağırışlarına uyğun olaraq, digər rayonlarda da geniş ərazilərdə pambıq əkib becəririk. Bu böyük istehsal potensialını yetərincə dəyərləndirmək məqsədilə Biləsuvarda yeni emal müəssisəsi qurmağa başlamışıq. Bu layihə başa çatandan sonra həmin zonada yetişdirdiyimiz məhsulun itkisiz və sürətli emalını təmin edə biləcəyik".

Ağcabədidə 3,5 milyon manat sərmayə ilə quracaqları pambıq çiyidindən yağ istehsal edən müəssisənin ən mühüm layihələrindən olduğunu deyən C.Mehdiyev bildirdi ki, həmin müəssisə regional mərkəz rolunu oynayacaq: "Burada həm Ağcabədidəki, həm də digər rayonlardakı sahələrimizdən yığılan pambığın çiyidi emal ediləcək. Beləliklə, fərqli bölgələrin aqrar resurslarını bir sənayə mərkəzində birləşdirərək pambığın dərin emal zəncirini qurmuş olacağıq". Direktorun sözlərinə görə, hazırda MMC-nin mütəxəssisləri zavod üçün ən müasir texnoloji avadanlıqların alınması üçün Avropada işgüzar səfərdədirlər və bu istiqamətdə geniş bazar araşdırmaları aparırlar.

Məlumat üçün bildirək ki, "Ağcabəditaxıl"  MMC 2500 hektar ümumi sahəyə malikdir. Həmin sahələrin 1340 hektardan çox hissəsi 23 müasir pivot suvarma sistemi ilə təchiz olunub. Aqroparkın əhatə etdiyi sahələrdə taxıl, pambıq əkilir və intensiv bağ salınıb. MMC bu il 230 hektarda taxıl əkib. Təbiət xeyli çətinliklər yaratsa da, nəticə yaxşı oldu. Buğda zəmilərinin hər hektarından orta hesabla 54,5 sentner məhsul biçildi.

Aqroparkın ümumi meyvə bağları 460 hektarı əhatə edir. Nektarin, xurma, meyvə, badam bağları intensiv becərmə hesabına bol məhsul verir. Nektarin yığımı başa çatmaq üzrədir. Məhsuldarlıq qənaətbəxşdir. Badam və xurma bağlarından da bol məhsul gözlənilir. Onu da qeyd edək ki, aqroparkda 180 nəfər çalışır. Mövsümi işçilərin sayı isə 350 nəfərdən çox olur.

Ümumi investisiya portfeli 30,7 milyon manat olan aqropark xammalı ölkə daxilində tam hazır sənayə məhsuluna çevirərək idxaldan asılılığı azaltmaqda qərarlıdır. Yaxın gələcəkdə 15 min tonluq soyuducu anbar kompleksi yaratmağı nəzərdə tutan MMC saatda 1 ton meyvə qurutmaq gücündə olacaq sexin və badamqırma zavodunun inşasını da planlaşdırıb. Bunlardan əlavə, müəssisə 15 milyon manat investisiya hesabına intensiv meyvə bağlarını daha 430 hektar artırmaq istəyir.

Ceyhun Mehdiyev deyir ki, həyata keçirilən yeni layihələr - istər pambığın dərin emalı, istərsə də intensiv bağçılıq və logistik infrastruktur layihələri təkcə iqtisadi səmərə deyil, həm də region əhalisi üçün yüzlərlə yeni daimi iş yeri və minlərlə sakinin sosial rifahının davamlı yüksəlməsi deməkdir: "Biz sahibkarlar Prezidentin dəstək və diqqətindən, dövlətin yaratdığı geniş imkanlardan bacarıqla bəhrələnərək qarşıdakı 5 ili dinamik inkişaf və ərzaq bolluğu mərhələsinə çevirmək əzimindəyik".


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

“Dream Fest – 2026” möhtəşəm konsert proqramı atəşfəşanlıqla başa çatıb

14:01
27 İyul

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

13:52
27 İyul

ANAMA: Ötən həftə 212 mina və 753 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

13:46
27 İyul

ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir

13:21
27 İyul

Dövlət Xidməti: İyul çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

13:17
27 İyul

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

12:59
27 İyul

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

12:49
27 İyul

Sabah hava necə olacaq?

12:32
27 İyul

Dövlət büdcəsinin neft-qaz üzrə daxilolmaları proqnozu üstələyib

12:29
27 İyul

Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 faizədək artıb

12:19
27 İyul

Uqandada 19 nəfərin aclıqdan ölməsindən sonra hökumət ərzaq yardımı paylamağa başlayıb

12:11
27 İyul

Dövlət büdcəsinin gəlirlərinin 46 faizi vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb

11:53
27 İyul

Birinci yarımildə dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait açıqlanıb

11:49
27 İyul

Son iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
27 İyul

DİN-də xidmətə qəbulla bağlı növbəti sıra baxışı olub

11:37
27 İyul

Bu ilin 6 ayında icmal büdcə profisitlə icra olunub

11:29
27 İyul

Elbrus dağında beş bosniyalı alpinist həlak olub

11:19
27 İyul

Azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına birinci yarımildə ayrılan vəsait 1 milyard manatı ötüb

11:13
27 İyul

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

11:01
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!