26 Yanvar 2023 19:23
476
İQTİSADİYYAT
A- A+

“Azersky” peykinin təsvirləri vasitəsilə su təsərrüfatı sahələrinin monitorinqi aparılır

 

“Azərkosmos” ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “Azersky” peykindən əldə olunan təsvirlərlə su təsərrüfatı sahələrinin monitorinqi aparılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü su kanalı monitorinq edilib. Proses zamanı müxtəlif dövrlərə aid peyk təsvirlərindən istifadə olunub. Peyk təsvirləri vasitəsilə kanal üzərindəki hidrotexniki qurğuların vəziyyəti qiymətləndirilib. Kanalın ətraf ərazilərində təbii və antropogen amillərin təsiri nəticəsində baş verə biləcək dəyişikliklər analiz olunub, uyğun sxematik planlar hazırlanıb.

Qeyd edək ki, “Azersky” peyki vasitəsilə ölkə ərazisində su resursları davamlı olaraq izlənilir. Peyk təsvirlərinin monitorinq nəticələri əsasında su anbarlarının həcminin müəyyənləşdirilməsi, iqlim dəyişmələrinin göl və çayların su balansına təsiri, su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. “Azərkosmos”, həmçinin işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının səmərəli istifadəsi üçün bölgədəki su anbarları, dağ gölləri və çayları peyk təsvirləri ilə monitorinq edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video