23 Oktyabr 2025 08:45
446
İQTİSADİYYAT
A- A+
"Azərkosmos" peyk istehsalına hazırlaşır

"Azərkosmos" peyk istehsalına hazırlaşır


Bu, ölkəmizin kosmik sənayesində yeni mərhələ olacaq


"Azərkosmos" idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov Bakıda keçirilən "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirdə bildirib ki, "Azərkosmos" peyk istehsalına hazırlaşır və bu, kosmik sənayenin inkişafında yeni mərhələ olacaq. 

Azərbaycanda müstəqil kosmik sənayenin əsası 2008-ci ildə qoyulub. "Azərkosmos"un yaradılması ilə ölkəmizdə kosmik fəaliyyətin inkişafına dövlət səviyyəsində sistemli dəstək verilir. Hazırda qurumun xidmətlərindən 50-dən çox ölkədə 200-ə yaxın şirkət yararlanır. Azərbaycan öz orbital mövqeyinə sahib 48 ölkədən biridir və kosmik resurslarından müstəqil şəkildə istifadə edir. 

Dunay Bədirxanov qeyd edib ki, yaxın aylarda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq və burada Azərbaycan peyklərinin istehsalının həyata keçirilməsi planlaşdırılır: "Artıq bu istiqamətdə ilkin addımlar atılıb. "Tədqiqat və İnkişaf" komandamız son bir il yarım ərzində İsraildə "Azersky-2" layihəsi çərçivəsində peyk istehsalı üzrə təlimlər keçib. Mərkəzin dizayn və layihələndirmə mərhələsi tamamlanıb və yaxın aylarda tikintiyə start veriləcək. Yeni peykimizin daşıyıcı raketi kimi "SpaceX" şirkətini seçmişik. Bununla bağlı "Azərkosmos" tarixində ilk dəfə törəmə müəssisə - "Spacecraft Development and Production" MMC yaradılıb".

"Azərkosmos"un sədr müavini Fuad Aslanov isə vurğulayıb ki, bu tədbir təkcə son 10 ilin uğurlarını paylaşmaq deyil, həm də gələcək əməkdaşlıqlar və strateji baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sədr müavini həmçinin bildirib ki, 2024-cü ildə qurum 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb: "Bu, xidmətlərimizə olan böyük tələbatın və keyfiyyət göstəricisinin sübutudur. Son illərdə "Azərkosmos" kənd təsərrüfatı, ekologiya, turizm, mədənçilik, neft-qaz və enerji sahələrində bir çox layihələr reallaşdırıb. 2022-ci ildə yaradılmış Coğrafi İnformasiya Sistemləri Mərkəzi vasitəsilə 100-dən çox kommersiya layihəsi həyata keçirilib. Hazırda qurum "FarmUp", "Platerra", "WebGis" və iqlim hesabatı kimi rəqəmsal platformaları istifadəyə təqdim etməyə hazırlaşır".

Kosmik peyklər bütün sahələrdə baş verən proseslərin öyrənilməsində önəmli rol oynayır. Bu imkandan istifadə iqtisadiyyata böyük fayda verir. Bu, müxtəlif sahələr üzrə tədbir iştirakçılarının çıxışlarında da təsdiqlənib. Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib ki, peyk müşahidələri kənd təsərrüfatında şəffaf subsidiyalaşma və torpaq resurslarının səmərəli idarə edilməsinə mühüm töhfə verir: "Peyk məlumatları vasitəsilə torpaq və su ehtiyatlarının vəziyyəti, əkin sahələrinin dinamikası və məhsuldarlıq göstəriciləri izlənilir. Bu, həm dövlət siyasətinin, həm də fermer qərarlarının daha düzgün formalaşmasına şərait yaradır". İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov isə deyib ki, kosmik müşahidə və rəqəmsal məlumatlardan istifadə iqtisadiyyatın müxtəlif sahələrinin monitorinqi və idarəetmənin optimallaşdırılmasında əsas vasitəyə çevrilib: "İqtisadiyyat Nazirliyi ilə "Azərkosmos" arasında qurulan əməkdaşlıq nəticəsində 1000-dən çox məlumat bazası yenilənib, 1500-ə yaxın məkan göstəricisi dəqiqləşdirilib". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Agentliyi idarə heyətinin sədr müavini Şahin Ataşov "Peyk təsvirləri meşə örtüyünün dəyişməsi, su hövzələrinin vəziyyəti və torpaq eroziyası kimi proseslərin izlənilməsində mühüm elmi baza yaradır. Ekoloji siyasətin formalaşdırılmasında kosmik məlumatlara əsaslanmaq bizə dəyişiklikləri vaxtında müəyyənləşdirməyə və onların təsirini azaltmağa imkan verir", - deyə vurğulayıb. Azərbaycan Dövlət Su Agentliyinin şöbə müdiri Yusif Əhədi isə bildirib ki, hazırda su hövzələrində suyun səviyyəsinin avtomatik müəyyən olunması ilə bağlı "Azərkosmos"la birgə layihə hazırlanır. "Elektron su təsərrüfatı ilə bağlı işlər icra olunur. Bu istiqamətdə peyk təsvirlərindən istifadə etmək bizim üçün mühüm əhəmiyyət kəsb edir", - deyə şöbə müdiri qeyd edib.

Məlumdur ki, işğaldan azad olunmuş ərazilərin təbii resurslarından istifadə hazırda qarşıda duran əsas hədəflərdəndir. Çünki həmin bölgələrin zəngin potensialından istifadə edilməsi iqtisadi inkişafımıza güc qatacaq. Tədbirdə qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə kosmik şəkillərin incələnməsi yolu ilə faydalı qazıntıların yayılma areallarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sonda Dunay Bədirxanov deyib: "Azərbaycanın kosmik sektorunun əsas məqsədi yalnız texnoloji imkanları genişləndirmək deyil, həm də qlobal iqlim siyasətinə dəstək göstərməkdir. "Azərkosmos"un təqdim etdiyi peyk məlumatları və coğrafi informasiya sistemləri kənd təsərrüfatı, ekoloji monitorinq, su ehtiyatlarının idarə olunması və təbii fəlakətlərin qiymətləndirilməsi kimi sahələrdə mühüm rol oynayır. 1000-dən çox layihə icra etmişik. Onların sırasında Böyük qayıdış dövlət proqramı çərçivəsində 30-a yaxın layihə də yer alır. "Azərkosmos" iqlim dəyişikliklərindən ən çox təsirlənən kiçik ada dövlətlərinə də kosmik məlumatlara əsaslanan həllər və təlimlər təqdim edir. Bu, həm sosial məsuliyyət, həm də texnologiya ixracı baxımından strateji addımdır. Biz sübut etdik ki, Azərbaycan kosmosda yalnız müşahidəçi deyil, həm də yaradıcı qüvvədir. Bizim üçün kosmos sonsuz məsafə deyil, sonsuz imkanlar məkanıdır".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!