10 May 2024 11:40
280
İQTİSADİYYAT
A- A+

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub  

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli qızıldan ən yüksək keyfiyyət hesab edilən 999,9 əyarda istehsal edilmiş yeni qızıl sikkə nümunəsini təqdim edib.

“AzerGold”dan AZƏRTAC-a bildirilib ki, yeni sikkə Azərbaycanın unudulmaz tarixi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını əks etdirən, onun zəngin mənəvi irsini yaşadan, xeyirxah və nəcib təşəbbüsləri ilə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verən Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ildönümünə həsr olunub.

Heydər Əliyev Fondunun zəngin və çoxşaxəli fəaliyyətini tərənnüm edən sikkənin üzərində fondun loqosu təsvir olunub. Loqonu haşiyəyə alan, günəşin şəfəqlərini xatırladan həndəsi xətt və fiqurlar həyatı, işığı, həmçinin zamanı ifadə edir. Dizayn elementləri Heydər Əliyev Fondunu humanizm, mərhəmət simvolu kimi xarakterizə edir. Təsvir sikkənin yuxarı və aşağı hissəsində yubileyi ifadə edən “20” ədədi ilə tamamlanır.

20 qramlıq çəkidə istehsal edilmiş yeni qızıl sikkələr “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən etibarən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi keçmişi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi və sərfəli investisiya alətidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video