06 Sentyabr 2025 08:15
1225
SİYASƏT
A- A+
Azərbaycanla Vyetnam arasındakı əməkdaşlıq çoxşaxəlidir

Azərbaycanla Vyetnam arasındakı əməkdaşlıq çoxşaxəlidir


Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan əməkdaşlıq coğrafiyasını daha da genişləndirir. Qərb dövlətləriylə yanaşı, Asiya ölkələri ilə də əlaqələrin qurulmasına, inkişafına böyük önəm verilir. Coğrafi cəhətdən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz Vyetnamla da tarixi dostluq, tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır. Enerji, nəqliyyat, ticarət, mədəniyyət, təhsil və hərbi sahələrdə qurulan əməkdaşlığın genişlənməsi iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verir.

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. Son illər Azərbaycan və Vyetnam arasında dostluğa söykənən əməkdaşlıq dinamik inkişaf etməkdədir. Tarixi faktlar göstərir ki, iki ölkə arasında hələ keçmiş ittifaq dövründə də əməkdaşlıq və dostluq əlaqələri olub. Çox da uzaq olmayan tarixi vərəqləyəndə görürük ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-yə səfər edib. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Ümummilli Lider Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu əlamətdar, yaddaqalan səfərlər ölkələrimiz arasında əməkdaşlıq tarixinin möhkəm və etibarlı təməlini qoyub.

18-19 may 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açaraq əməkdaşlığın inkişafına müsbət təsir göstərmişdir. 13-15 may 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri  iki ölkənin münasibətlərinin tarixində vacib hadisə olmuşdur. Bu səfərlər qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə əlverişli zəmin yaratmışdır.

Vyetnamın dövlət başçısı Helen To Lamın 7 may 2025-ci ildə Azərbaycana  etdiyi rəsmi səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan vermişdir. Helen To Lamın Prezident İlham Əliyev ilə görüşündə, iqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Xüsusilə neft və qaz sahəsində birgə layihələrin həyata keçirilməsi üçün hüquqi çərçivələrin yaradılması vurğulanmışdır. Həmçinin təhsil sahəsində əməkdaşlığın artırılması, tələbə mübadilələrinin təşviq edilməsi və birbaşa aviareyslərin açılması məsələləri də gündəmə gəlmişdi. Görüşün sonunda iki ölkə arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlığı gücləndirmək məqsədilə bir sıra sazişlər imzalanmışdır. Bu səfər Azərbaycan və Vyetnam arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir addım olmuşdu.

Azərbaycan və Vyetnamın beynəlxalq səviyyədəki mövqeləri əməkdaşlığın daha da genişlənməsinə kömək edir. Hər iki ölkə BMT və digər beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir, bir-birini dəstəkləyir. Bütün bunlar hər iki ölkənin regional və qlobal məsələlərdə daha təsirli olmasına əlverişli şərait yaradır. Bundan başqa, Azərbaycanın Vyetnama təqdim etdiyi enerji layihələri, xüsusilə də bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri qarşılıqlı faydalılığı təmin edir.

Başqa sahələrdə olduğu kimi, Azərbaycanla Vyetnam arasında hərbi sahədə də qarşılıqlı əməkdaşlıq şəraitində görüşlər keçirilir, sıx əlaqələr qurulur. Daha səmərəli və optimal təcrübələr dərindən öyrənilərək hərbi tədris müəssisələrində tədris olunur. Şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın erməni işğalında qalmış ərazilərimizi azad etməsi Silahlı Qüvvələrimizin nüfuzunu dünyada daha da artırmışdır. Xüsusilə ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüşlərin gedişində üstünlüyü ələ almaq üçün tətbiq etdiyi sürətli taktiki gedişlər, müasir silahlardan peşəkarlıqla istifadə olunması beynəlxalq hərbi mütəxəssislərin və müşahidəçilərin diqqətini cəlb etmişdir. Başqa ölkələrlə yanaşı, Vyetnam da Azərbaycanla hərbi əməkdaşlığa can atır.

Azərbaycanın müdafiə nazirinin Vyetnama səfər etməsi qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Vyetnamda səfərdə olan general-polkovnik Zakir Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist Respublikasının Milli Günü münasibətilə keçirilən təntənəli mərasimə qatılıb. Dövlət rəsmiləri, xarici qonaqlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Hanoy şəhərində yerləşən "Ba Dinh" meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda apardığı tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi uğurlar vurğulanıb.

General-polkovnik Zakir Həsənov  ölkənin Baş naziri Pham Minh Chinh ilə görüşüb. Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycanla Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Səmərəli keçən görüş zamanı başqa sahələrlə yanaşı, əməkdaşlığın yeni perspektivləri də  müzakirə olunub.

Dost ölkə ilə hərbi əməkdaşlığın genişlənməsi məqsədilə Vyetnama səfər edən müdafiə naziri general-polkovnik Z.Həsənov həmkarı general Phan Van Giang ilə də görüşüb. Görüşdə Azərbaycan və Vyetnam arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri hərtərəfli müzakirə olunub. Olduqca səmərəli keçən görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb, bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə "Niyyət məktubu" imzalanıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnama səfəri çərçivəsində  bu ölkənin Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında da olub. Əvvəlcə Hanoy şəhərində yerləşən "Qəhrəmanlar və Şəhidlər abidəsi" və Prezident "Ho Chi Minh" mavzoleyi ziyarət edilib, əklillər qoyulub. Sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. General-polkovnik Z.Həsənov HDQ briqadasını və "Ha Long" buxtasını ziyarət edib, burada yaradılmış şəraitlə yaxından tanış olub.

Başqa sahələrdə olduğu kimi, Azərbaycanla Vyetnam arasında hərbi əməkdaşlıq da getdikcə genişlənir və inkişaf edir. Aparılan qarşılıqlı hərbi əməkdaşlıq hər iki ölkənin Silahlı Qüvvələrinin daha da güclənməsini və modernləşməsini sürətləndirir. Ən başlıcası isə odur ki, Azərbaycanla Vyetnam arasındakı əməkdaşlıq sülhə, əmin-amanlığa xidmət edir.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!