01 Dekabr 2024 08:05
1226
SİYASƏT
A- A+
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daha da möhkəmlənir

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daha da möhkəmlənir


Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə qanun layihəsini səs çoxluğu ilə təsdiq edib. Bununla bağlı "Azərbaycan" qəzetinə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyevin sözlərinə görə, Azərbaycanla Səudiyyə Ərəbistanı hökuməti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanın viza məsələləri sahəsində şəffaflıq siyasətini, eləcə də, beynəlxalq birliyin üzvü olan dost dövlətlərlə münasibətlərin inkişafına verdiyi dəyəri göstərir. 

Rizvan Nəbiyev qeyd edib ki, dost və qardaş Səudiyyə Ərəbistanı ilə münasibətlərin əsaslarının formalaşdırılmasına Ümummilli Lider Heydər Əliyevin 30 il əvvəl, 1994-cü ildə bu ölkəyə etdiyi rəsmi səfər böyük töhfə vermişdir. Ümummilli Liderin İki Müqəddəs Ocağın Xadimi, mərhum Kral Fəhd bin Əbdüləziz Al Səudla əldə etdiyi razılaşmalarla və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın ümumi istiqamətlərinə dair imzalanan hökumətlərarası baş sazişlə münasibətlərin möhkəm təməli qoyuldu. Məhz bu fundament üzərində qurulan və son 30 il ərzində iki dövlət arasında inkişaf edən əlaqələr Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən "strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş" münasibətlər kimi dəyərləndirilir. Bu strateji tərəfdaşlığın ikitərəfli yazılı sənəddə də hüquqi baxımdan təsbit olunması aktual və zərurə məsələ kimi diplomatiyamızın qarşısında durur.

Deputat bildirib ki, bu qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biri Səudiyyə hökumətinin torpaqlarımızın beynəlxalq hüquqa zidd işğalına uzun illər qlobal diplomatik müstəvidə göstərdiyi dəstək mövqeyi olmuşdur: "Bir faktı vurğulamaq istərdim ki, Azərbaycan Respublikası 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa edənədək Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmamışdır. Bu illər ərzində həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda göstərilən qarşılıqlı dəstək yüksək qiymətləndirilməlidir". 

Rizvan Nəbiyevin sözlərinə görə, əlaqələrimizin müsbət dinamika ilə inkişafı və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Son 2-3 il ərzində iki ölkə arasında müşahidə olunan qarşılıqlı səfərlər dinamikası buna əyani sübutdur. 2022-2023-cü illər ərzində Səudiyyə Ərəbistanı və Azərbaycan arasında müxtəlif səviyyələrdə qarşılıqlı olaraq 16 səfər həyata keçirillmişdir". 

Ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr də vacib yer tutur. Milli Məclis Sədrinin ötən illər ölkəmizdə səfərdə olan çoxsaylı səudiyyəli nümayəndə heyətlərinin rəhbərləri ilə Milli Məclisdəki görüşləri buna misaldır. 

Postmünaqişə dövründə də Səudiyyə Ərəbistanının dost münasibətini faktlarla izah etmək olar. Bu barədə danışan Rizvan Nəbiyev deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyəti üçün ayrılan 3 milyon ABŞ dolları məbləğində dəstək minnətdarlıqla qeyd edilməlidir: "Bu, digər dövlətlər üçün bir nümunədir. 30 illik işğalın nəticəsi olaraq bu gün də Azərbaycan ərazilərinin 12 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş olaraq qalmaqdadır. Səudiyyə Ərəbistanı investisiya naziri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən ilk əcnəbi hökumət üzvlərindən olub. Səudiyyəli nazir energetika, xüsusilə "yaşıl energetika", kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmaqda maraqlı olduqlarını qeyd edib. İqtisadi əməkdaşlıq potensialı böyükdür, layihələr üçün geniş imkanlar var. İki ölkə arasında iqtisadi əməkdaşlıq komissiyaları bu istiqamətdə fəaliyyətlərini uğurla davam etdirirlər".


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Solo gənclik” layihəsi çərçivəsində gənc vokal ifaçısı Altun Süleymanov konsert proqramı ilə çıxış edib

11:17
08 Dekabr

Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb  

11:02
08 Dekabr

Azərbaycan Prezidentinin köməkçisi: Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir  

11:01
08 Dekabr

DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib  

11:00
08 Dekabr

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər  

10:59
08 Dekabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:58
08 Dekabr

Tailand Kamboca ilə qarşıdurmaya döyüş təyyarələri cəlb edib  

10:57
08 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:56
08 Dekabr

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  

10:51
08 Dekabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbir keçirilib  

10:37
08 Dekabr

Maqnit qasırğası gözlənilir

10:15
08 Dekabr

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!