05 Sentyabr 2024 10:59
506
CƏMİYYƏT
A- A+
Azərbaycanla Pakistan arasında ekstradisiya və məhkumların verilməsi üzrə sıx əməkdaşlıq həyata keçirilir

Azərbaycanla Pakistan arasında ekstradisiya və məhkumların verilməsi üzrə sıx əməkdaşlıq həyata keçirilir

 

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov sentyabrın 4-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, F.Əhmədov Qasım Mohiuddini bu vəzifəyə təyin edilməsinə görə təbrik edib, diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb. Səmimi qəbula görə təşəkkür edən səfir Azərbaycanda özünü vətənindəki kimi hiss etdiyini bildirib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək qiymətləndirildiyi, qarşılıqlı səfər və görüşlərin bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında hüquqi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, ekstradisiya və məhkumların verilməsi üzrə sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib. Həmçinin iyulun 11-də Prezident İlham Əliyevin Pakistana dövlət səfəri çərçivəsində imzalanmış və ötən günlərdə ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsinə və əlaqələrin dinamikasının artmasına təkan verəcəyi vurğulanıb.

Görüşdə hüquqi əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji iqtisadi tərəfdaşlıq sazişi imzalanıb  

19:16
13 May

Azərbaycan müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb  

19:05
13 May

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA  

18:50
13 May

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

18:39
13 May

Azərbaycanın nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu - 2025 ”də yenidən təmsil olunacaq

18:36
13 May

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb

18:13
13 May

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

18:09
13 May

Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

18:03
13 May

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub YENİLƏNİB 

18:02
13 May

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Türkmənistana ekstradisiya edilib

17:49
13 May

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib

17:47
13 May

“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur

17:06
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:04
13 May

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

17:02
13 May

“Almaniya Krallığı” təşkilatı qadağan edilib

16:58
13 May

Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

16:41
13 May

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir YENİLƏNİB

16:38
13 May

“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

16:27
13 May

DİN: Bank əməkdaşı zəng edib, vətəndaşdan kartın məxfi şifrələrini istəmir

15:51
13 May

“AzerGold” tərəfindən Azərbaycanda ilk dəfə geoloji kəşfiyyat informasiya sistemi yaradılıb

15:40
13 May

Qazaxıstan Xəzərin dayazlaşması ilə bağlı Rusiya və Azərbaycanla danışıqlar aparır

15:36
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!