28 Noyabr 2024 08:40
244
SİYASƏT
A- A+
Azərbaycanla ABŞ arasında əvvəlki dövrlərdə təməli qoyulmuş münasibətlərin inkişafına inam böyükdür

Azərbaycanla ABŞ arasında əvvəlki dövrlərdə təməli qoyulmuş münasibətlərin inkişafına inam böyükdür


Prezident İlham Əliyev hələ 2-ci Şuşa Qlobal Media Forumunda çıxış edərkən demişdi: "Prezident Tramp "Vaşinqton Post"u və "Nyu York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Azərbaycanın dövlət başçısı çıxışının davamında xüsusi olaraq vurğulamışdı: "Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan, ABŞ-nin Cənubi Qafqazda maraqları baxımından strateji tərəfdaş rolunu oynayır. Enerji ehtiyatları və "Cənub qaz dəhlizi" kimi layihələr sayəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rola malik olması inkarolunmazdır. Rusiyanın Avropa enerji bazarındakı payının azalması fonunda, Azərbaycan Qərb üçün neft və qazın əsas təchizatçılarından birinə çevrilib.

Trampın enerji təhlükəsizliyinə dair yanaşması, tədarük mənbələrinin diversifikasiyasını dəstəkləməyə yönəlib. Ehtimal etmək olar ki, onun administrasiyası ölkəmizin  təşəbbüslərinə, xüsusilə də "Cənub qaz dəhlizi"nin genişləndirilməsinə və yeni infrastruktur layihələrinə dəstək göstərə bilər.

Tramp keçmiş prezidentliyi dövründə dövlətimizin başçısına göndərdiyi çoxsaylı məktublarda ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olduğunu bildirmişdi. 2020-ci ilin may ayında Donald Trampın Prezident İlham Əliyevə yazdığı məktubda qeyd olunurdu: "Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər". 

Prezident İlham Əliyev ölkəmizin ABŞ-də hansı liderin hakimiyyəti ilə yaxın münasibətdə olması sualını belə cavablandırmışdı: "Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi".

Şübhəsiz ki, Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi gözləniləndir. Neft, qaz və bərpaolunan enerji sahəsində böyük potensiala malik Azərbaycan amerikalı şirkətlər üçün cəlbedici tərəfdaşdır. Tramp administrasiyası dövründə yeni yataqların işlənməsi və infrastruktur layihələrində amerikalı investorların iştirakı da daxil olmaqla enerji sektorunda əməkdaşlığın genişlənməsini daha çox ehtimal etmək olar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla telefon danışığında da Prezident Donald Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacağını vurğulayıb. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib. 

Donald Tramp öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib. Dövlət başçılarının telefon danışığından aydın göründüyü kimi,  iki ölkə arasında əvvəlki dövrlərdə təməli qoyulmuş münasibətlərin inkişaf etdirilməsinə inam ifadə olunur.


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Afrika Respublikasında silahlı hücum nəticəsində 10 nəfər həlak olub

19:30
28 Noyabr

Putin: Ermənistanla KTMT arasında mövcud vəziyyətə ölkədəki daxili siyasi proseslər təsir edir  

19:25
28 Noyabr

ABŞ mətbuatı Fransanın və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb  

18:44
28 Noyabr

Bəzi ərazilərdə leysan xarakterli yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

17:40
28 Noyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

17:39
28 Noyabr

“Barselona”nın hücumçusu Lamin Yamal Avropanın ən yaxşı gənc futbolçusu seçilib  

17:36
28 Noyabr

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

17:27
28 Noyabr

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib 

15:46
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

15:39
28 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub

15:36
28 Noyabr

“Xarabalıqdan çıxmış milyonçu” filminin davam çəkilir  

15:11
28 Noyabr

Qərbi Azərbaycan İcması Yunanıstanın Ermənistanı silahlandırması ilə bağlı xəbərlərə münasibət bildirib  

15:10
28 Noyabr

Nazir müavini: Ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb

15:09
28 Noyabr

Polşa NATO-nu Ukraynaya qoşun göndərməməyə çağırıb  

13:30
28 Noyabr

Qayıdış hüququ mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

13:16
28 Noyabr

Fransada həmkarlar ittifaqları yenidən tətil elan ediblər

12:58
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

12:46
28 Noyabr

İcma: Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq  

12:41
28 Noyabr

DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb  

12:36
28 Noyabr

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası olacaq  

12:31
28 Noyabr

İş və istirahət günlərinin yerləri dəyişdirilib  

12:26
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!